Qışda sağlam qalmaq üçün beş vacib məqam

Qışda sağlam qalmaq üçün beş vacib məqam"Qış dövründə kişi sağlamlığı üçün kiçik çanaq nahiyəsinin soyuması, fiziki aktivliyin azalması, yüksək kalorili qidalanma və D vitamini çatışmazlığı risk yaradır".

Lent.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə "SM-Klinika" Reproduktiv Sağlamlıq Mərkəzinin həkim-uroloq-androloqu Artur Boqatıryev məlumat verib.

Onun sözlərinə görə, soyuq mövsümdə soyuqlamaq kifayət qədər asandır, lakin kişilər üçün xüsusi təhlükə məhz kiçik çanaq nahiyəsinin soyumasıdır:

"Şaxtada uzun müddət qalmaq, xüsusilə də kifayət qədər isti geyim olmadıqda, sidik-cinsiyyət sistemində iltihabi proseslərə - sistit, uretrit və prostatitə səbəb ola bilər", - deyə Boqatıryev qeyd edib.

Həkim bildirib ki, digər mühüm amil fiziki aktivliyin azalmasıdır. Qısa gündüz saatları və soyuq hava kişilərin daha çox qapalı məkanda vaxt keçirməsinə səbəb olur. Hərəkətsizlik balanssız qidalanma ilə birlikdə kiçik çanaq orqanlarında qanın durğunluğuna gətirib çıxarır ki, bu da prostat vəzinin qan təchizatını pisləşdirə bilər.

Bundan əlavə, uroloq vurğulayıb ki, soyuq mövsümdə bir çox insan daha kalorili, yağlı və şirin qidalar qəbul etməyə başlayır. Lakin lif və vitamin çatışmazlığı fonunda bu, çəki artımına və ümumi sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Bu amillər isə kişi reproduktiv sisteminə mənfi təsir göstərir.

"Qış aylarında bir çox proseslərin, o cümlədən cinsi sistemin fəaliyyətinin tənzimlənməsində iştirak edən D vitamini çatışmazlığı riski artır. Əlavələrin qəbulu məsələsi mütləq həkimlə məsləhətləşərək həll olunmalıdır, çünki özbaşına qəbul təhlükəli ola bilər", - deyə ekspert əlavə edib.

Boqatıryev sonda qeyd edib ki, isti geyim, müntəzəm hərəkət, balanslı qidalanma, zərərli vərdişlərdən imtina və vaxtında diaqnostika kişi sağlamlığının qorunmasında mühüm rol oynayır:

"Profilaktika hər zaman artıq inkişaf etmiş xəstəliklərin müalicəsindən daha effektivdir".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 691   Tarix: 01 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 946
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1178
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17.10.2026 919
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3426
.

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların

01.11.2026 923
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 790
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 911
.