2050-ci ilə qədər hər kəs eynək taxa bilər: Günahkar təkcə telefonlar deyil
Dünya üzrə uzağı görmə pozuntusu - yəni miopiya - artıq səssiz epidemiya kimi yayılır. Uzun müddətdir bu problemin əsas səbəbkarı kimi əlimizdən düşməyən smartfon və planşetlər göstərilirdi. Lakin "SUNY Optometri Kolleci"nin tədqiqatçılarının apardığı yeni araşdırma məsələnin təkcə ekran qarşısında keçirilən vaxtla məhdudlaşmadığını ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, alimlərin fikrincə, əsas risk amili zəif işıq şəraitində gözləri davamlı şəkildə yaxın nöqtəyə fokuslamaqdır. Yəni problem yalnız telefondan istifadə deyil, bunu əksər hallarda gözləri həddindən artıq yoran yanlış işıqlandırma şəraitində etməyimizdir.
Mövcud proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən yarısı miopiya ilə yaşamaq məcburiyyətində qala bilər. Miopiya inkişaf etdikdə göz alması bir qədər uzanır və bu struktur dəyişiklik uzaq məsafəyə fokuslanmanı mümkünsüz edir. Yeni araşdırma bu pozulmanın arxasında "yaxın məsafə və zəif işıq" amillərinin birgə təsirinin dayandığını göstərir.
Normal şəraitdə açıq havada parlaq işıq altında göz bəbəklərimiz qoruyucu mexanizm kimi kiçilir, lakin torlu qişaya kifayət qədər işıq düşür. Ancaq zəif işıqlı otaqda kitab oxuyarkən və ya telefona baxarkən göz bəbəkləri görüntünü aydınlaşdırmaq üçün yenə kiçilir, baxmayaraq ki, işıq kifayət deyil. Bu isə torlu qişaya çatan işığın miqdarını kritik həddən aşağı salaraq gözün strukturunda dəyişikliklərə səbəb ola bilər.
Araşdırmanın nəticələri göstərir ki, zəif işıqda uzun müddət yaxın məsafəyə fokuslanmaq, xüsusilə artıq görmə problemi olan şəxslərdə prosesi daha da sürətləndirir. Mühit çox qaranlıq olduqda, qısa izləmə məsafəsində göz bəbəkləri normadan artıq daralır. Bu isə sağlam görmə qabiliyyətinin formalaşmasına mane olur və göz almasının formasının dəyişməsinə zəmin yaradır.
Digər tərəfdən, yaxşı işıqlandırılmış mühitdə göz bəbəkləri yalnız fokus məsafəsinə deyil, həm də işığın intensivliyinə reaksiya verir və torlu qişa sağlam şəkildə stimullaşdırılmağa davam edir.
Tədqiqatın müəllifləri bildirirlər ki, nəticələr hələ yekun hesab olunmur, lakin miopiya ilə mübarizədə yeni yanaşma üçün imkan yaradır. Professor Xose-Manuel Alonso qeyd edib ki, bu araşdırma görmə vərdişləri, işıqlandırma və fokuslanma arasındakı əlaqəni yenidən izah edən güclü hipotez irəli sürür.
Əgər bu nəzəriyyə gələcək tədqiqatlarla təsdiqlənərsə, uşaqlarda və böyüklərdə miopiyanın qarşısını almaq üçün təkcə ekran vaxtını azaltmaq kifayət etməyəcək. Eyni zamanda oxu və iş mühitlərində işıqlandırmanın keyfiyyətinin artırılması da həyati əhəmiyyət daşıyacaq.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 946 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1178 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 919 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3426 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 923 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053 Hər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
01.11.2026 790 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 911