Ramazan ayında nə yemək olmaz? - AQTA

Ramazan ayında nə yemək olmaz? - AQTARamazan ayında oruc tutan insanların düzgün və balanslı qidalanması xüsusi əhəmiyyət daşıyır. Uzun müddət ac və susuz qaldıqdan sonra orqanizmi birdən-birə ağır yeməklərlə yükləmək müxtəlif həzm problemlərinə, halsızlığa və digər narahatlıqlara səbəb ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilir ki, iftara ilıq su ilə başlamaq ən doğru addımlardan biri hesab olunur.

"1-2 stəkan su içmək orqanizmin susuzluğunu aradan qaldırır və mədəni yeməyə hazırlayır. Ardınca xurma, zeytun, tərəvəz salatı və göy-göyərti kimi yüngül qidalar qəbul etmək tövsiyə edilir. Təxminən 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə keçmək daha məqsədəuyğundur.

Əsas yeməklər mümkün qədər yüngül və balanslı olmalıdır. Yeməyə yüngül şorba ilə başlamaq həzm sisteminə müsbət təsir göstərir. Sobada bişmiş ət, toyuq və ya balıq, yanında tərəvəzlər, az miqdarda bulqur və ya düyü ideal seçim sayılır. Bu cür qidalanma orqanizmi lazımi zülal, vitamin və minerallarla təmin edir, eyni zamanda ağırlıq hissi yaratmır.

Bununla yanaşı, bəzi qidalardan uzaq durmaq vacibdir. Xəmir xörəkləri, qızartmalar, çox yağlı və souslu yeməklər iftar süfrəsində məhdudlaşdırılmalıdır. Acılı, çox ədviyyatlı və turş qidalar isə həm susuzluğu artırır, həm də mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Yeməkdən dərhal sonra şirniyyat yemək artıq çəkiyə və həzm pozuntularına səbəb olur. Buna görə şirniyyatların yeməkdən 1-2 saat sonra qəbul edilməsi daha düzgündür. Şərbətli və ağır desertlər əvəzinə südlü şirniyyatlar, meyvələr və ya quru meyvələrə üstünlük verilməsi daha sağlam seçimdir", məlumatda qeyd olunub.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 467   Tarix: 22 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun "ScienceAlert" nəşri istinadən məlumatına görə, aktyor bildirib ki

13.07.2026 514
.

Böyrək sağlamlığı üçün ən faydalı 9 məhsul

Böyrəklər orqanizmdə qanın filtrasiyası, arterial təzyiqin tənzimlənməsi və maye balansının qorunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, "Prevention" nəşrinin yazdığına görə, diyetoloqlar və nefroloqlar böyrəklərin qorunması üçün düzgün qidalanmanın vacibliyini vurğulayırlar

30.06.2026 564
.

Hər gün ananas yeyənlər XƏSTƏLİK ÜZÜ GÖRMÜR: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyük dəstək olurlar. Bəs bədəndəki iltihabı qurutmağa qadir olan ananasın sirlər

21.06.2026 436
.

Niyə xərçəngi məğlub etmək mümkün deyil? - Alimin CAVABI

Nobel mükafatı laureatı orqanizmdəki hansı təbii proseslərin xərçəngin inkişafına səbəb ola biləcəyini izah edib. İnsan hüceyrələrində daim baş verən təbii proseslər səbəbindən xərçəngi tamamilə məğlub etmək mümkün olmaya bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, bu fikri araşdırmalarını DN

05.07.2026 431
.

Gecələr tərləmənin beş səbəbi: Həkimdən açıqlama

Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. -ın xəbərinə görə, bu barədə ümumi praktika həkimi Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Amir Xan bu vəziyyəti yaradan səbəbləri açıqlayıb. Mütəxəssisin sözlərinə görə, gecə tərləməsi menopauza və perimenopauza

19.07.2026 248
.

Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər - Kardioloq açıqladı

Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir. xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb. Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqinin kəskin yüksəlməsi adətən baş ağrısı, ürəkbulanma, halsızlıq və göz önündə qaraltıların uçuşmas

05.07.2026 371
.

Hansı qızılbalıqda omeqa-3 daha çoxdur: Təzə, yoxsa konservləşdirilmiş?

İnsan orqanizminin omeqa-3 yağ turşularına ehtiyacı var. Bu maddələri qida əlavələrindən, həmçinin qoz-fındıq, toxum və yağlı balıq kimi məhsullardan əldə etmək mümkündür. Qaynarinfo "Real Simple" nəşrinə istinadən xəbər verir ki, qızılbalıq da orqanizmi omeqa-3 yağ turşuları ilə təmin edə

03.07.2026 390
.

Yayda buzlu su içmək təhlükəlidirmi?

Yay aylarında temperatur yüksəldikcə insanlar sərinləmək üçün daha çox buzlu və çox soyuq suya üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq soyuq suyun qəbulu bəzi hallarda sağlamlığa mənfi təsir göstərə bilər. Ölkə.az xəbər verir ki, həkimlərin sözlərinə görə, çox soyu

14.07.2026 432
.

Yoğun bağırsaq xərçənginin qarşısını necə almaq olar? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında yoğun bağırsaq xərçəngi barədə müzakirə aparılıb. Yoğun bağırsaq xərçəngi nədir?. İrsi meyillilik xəstəliyin yaranma riskini artırırmı?. Qidalanma yoğun bağırsaq xərçənginə necə təsir edir?. Bütün poliplər təhlükəlidirmi?. Gənclərdə yoğu

11.07.2026 319
.

TOP MP3