6 ildir sirri açılmır - Parçalanan quyruqlu ulduzdan nə qalıb?
Günəşə yaxınlaşarkən parçalanan "C/2019 Y4 ATLAS" adlı kometanın tamamilə yox olub-olmadığı hələ də dəqiq bilinmir.
Qaynarinfo-nun Space.com-a istinadən məlumatına görə, 2020-ci ilin aprel ayının sonlarında kometa Günəşə yaxınlaşarkən onlarla hissəyə parçalanıb. Bu hadisə həm səma müşahidəçilərini məyus edib, həm də astronomlar üçün yeni bir sirr yaradıb. ATLAS kometası 2019-cu ilin dekabrında kəşf edilmişdi. 2020-ci ilin əvvəlində sürətlə parlaqlaşan səma cisminin may ayında Yerə ən yaxın məsafədən keçərkən çılpaq gözlə görünə biləcəyi proqnozlaşdırılırdı.
Alimləri düşündürən əsas sual isə kometanın nüvəsindən geriyə əhəmiyyətli bir parçanın qalıb-qalmamasıdır.
Boston Universitetindən olan tədqiqat qrupu 2020-ci ilin avqust və oktyabr aylarında səmanı müşahidə edərək mümkün qalıqları axtarıb. Lakin araşdırma zamanı heç bir konkret izə rast gəlinməyib.
Bununla belə, bu fakt kometadan heç nə qalmadığı anlamına gəlmir. Alimlərin fikrincə, qalan hissə teleskopların aşkarlama həddindən kiçik - təxminən yarım kilometrdən daha balaca ola bilər.
Araşdırma nəticələrinə əsasən, ölçüsü yarım kilometrdən kiçik olan bir parçanın hələ də Günəş ətrafındakı orbitində hərəkət etməsi mümkündür.
Kometa parçalandıqdan sonra Hubble Kosmik Teleskopu və digər rəsədxanalar təxminən iki düzünə yaxın fraqmenti izləyib. Qalıqlar sonuncu dəfə 8 iyun 2020-ci ildə NASA-nın STEREO kosmik aparatı tərəfindən görüntülənib və həmin vaxt nüvənin "tamamilə parçalanmış" göründüyü bildirilib.
Fraqmentlər "A" və "B" kimi adlandırılıb. "A" parçasının ilk üç gün ərzində kütləsinin təxminən 70 faizini itirdiyi ehtimal edilir.
Tədqiqatçılar mövcud məlumatlarla böyük bir parçanın sağ qalıb-qalmadığı barədə qəti nəticəyə gəlməyin mümkün olmadığını vurğulayıblar.
C/2019 Y4 ATLAS kometasının taleyi təkcə bir səma cisminin aqibəti ilə bağlı deyil. Bu araşdırma Günəşə yaxınlaşan kometaların yüksək temperaturun təsiri altında necə parçalandığını anlamağa kömək edir.
Bəzi elmi ehtimallara görə isə C/2019 Y4 minlərlə il əvvəl parçalanmış daha böyük bir kometa ailəsinin üzvü ola bilər. Bu fakt kometaların minilliklər boyu keçdiyi təkamül prosesini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 897 Tarix: 13 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSiqaret çəkənlər daha tənha olur
Siqaret çəkən insanların tənhalıq hissini daha çox yaşadığı müəyyənləşib. Axşam.az xəbər verir ki, bunu London İmperial Kollecinin alimləri araşdırma zamanı müəyyən ediblər. Tədqiqatda Avropanın 15 ölkəsindən 50 mindən çox insanın məlumatları araşdırılıb. Nəticələrə görə, siqaret çəkənlər araşdırmanı
19.09.2026 211 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
15.09.2026 1133 65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13.09.2026 328 Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20.09.2026 331 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20.09.2026 229 1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...
Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir. Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir. Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqram
13.09.2026 478 Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20.09.2026 209 İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17.09.2026 294 Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın
13.09.2026 497