Meyvə nə vaxt yeyilməlidir? - Mütəxəssislər doğru zamanı açıqlayır
Meyvə istehlakı ilə bağlı cəmiyyətdə geniş yayılmış bir çox inanclar mövcuddur. Lakin mütəxəssislərin bildirdiyinə görə, bu inancların əksəriyyəti elmi faktlara əsaslanmır. Meyvənin nə vaxt istehlak olunması ilə bağlı məsələlər düzgün və etibarlı məlumatlar əsasında qiymətləndirilməlidir. Meyvə istehlakının sağlamlıq üçün çoxsaylı faydaları var. Portağal, alma, armud, giləmeyvə növləri və digər meyvələr vitamin və mineral baxımından zəngin hesab olunur. Ancaq bu faydalardan maksimum yararlanmaq üçün meyvələrin düzgün şəkildə istehlakı vacibdir. Mütəxəssislər bildirir ki, meyvə ilə bağlı cəmiyyətdə "doğru" kimi qəbul edilən bir çox yanlış təsəvvür mövcuddur.
Meyvə boş mədəyə yeyilə bilər?
Qaynarinfo xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssislər liflə zəngin qidaların toxluq hissini daha uzun müddət saxladığını qeyd edirlər. Bu baxımdan meyvələr gün ərzində toxluq hissinin qorunmasına kömək edə bilər.
Cəmiyyətdə geniş yayılmış inanışa görə, meyvə boş mədəyə yeyildikdə daha faydalı olur. Həmçinin hesab edilir ki, meyvə tox halda qəbul edildikdə həzmi çətinləşdirir və mədə narahatlıqlarına səbəb olur. Lakin mütəxəssislər bildirir ki, meyvənin tərkibindəki liflərin həzmi dəstəkləməsi faktı istisna olmaqla, onun həzm prosesinə zərər verdiyini sübut edən elmi dəlil yoxdur.
Meyvələrdən maksimum fayda əldə etmək üçün mütləq boş mədə ilə istehlak edilməli olduğu fikri də elmi əsaslara söykənmir. Əksinə, meyvələr tərkibində C vitamini baxımından zəngin olduğu üçün digər qidalardakı dəmirin orqanizm tərəfindən mənimsənilməsini artırır və qida maddələrinin sorulmasına mane olmur.
Meyvəni təkbaşına yemək vacibdirmi?
Mütəxəssislər bildirir ki, meyvənin təkbaşına qəbul edilməsinin həzmi yaxşılaşdırdığına dair elmi sübut yoxdur. Qidalanma üzrə mütəxəssislər meyvənin əsas yeməklərlə və ya ara öyünlərlə birlikdə istehlak olunmasını tövsiyə edirlər.
Bəzi inanışlara görə, meyvə kimi şəkər miqdarı yüksək olan qidalar qan şəkərinin sürətlə yüksəlməsinə və həzm sisteminin "oyanmasına" səbəb olur. Lakin mütəxəssislər vurğulayırlar ki, karbohidrat tərkibli istənilən qidanın günün istənilən saatında qəbul edilməsi qlükozanın sorulmasına və qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Bununla belə, bu proses metabolizmanın sürətinə birbaşa təsir göstərmir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşC vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır. BİG.AZ xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafat
01.09.2026 359 Sarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12.09.2026 425 Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13.09.2026 484 Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür: Nə faydası var?
Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür. Qaynarinfo -a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarında
08.09.2026 388 Mədə şişkinliyinə qarşı bunları edin
Şişkinlik, həzmsizlik və mədə ağrıları qeyri-sağlam qidalanmanın ən mühüm əlamətləridir. Mütəxəssislər şişkinlik və həzmsizlik zamanı bəzi qidaların dərhal istehlak edilməsi lazım olduğunu bildirirlər. Bu qidalar şişkinliyi dərhal aradan qaldırır. Onu istehlak etdiyiniz andan işləyir və həzmi asanlaşdırır
30.08.2026 247 Qaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
01.09.2026 345 Hər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12.09.2026 248 Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18.09.2026 332 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 333