Dollarla bağlı HƏYƏCANLI XƏBƏR - Devalvasiya qapıda?

Dollarla bağlı HƏYƏCANLI XƏBƏR - Devalvasiya qapıda?Qlobal maliyyə bazarlarında son aylarda müşahidə olunan proseslər dünya iqtisadiyyatında yeni risk mərhələsinin başlandığını göstərir.

ABŞ dollarının əsas valyutalara qarşı sürətlə dəyər itirməsi artıq texniki dalğalanma kimi yox, strateji tendensiya kimi qiymətləndirilir. Donald Trampın zəif dolları açıq şəkildə dəstəkləyən açıqlamaları, ABŞ-yə olan institusional etimadın zəifləməsi, geosiyasi gərginliklər və investorların dollardan qaçaraq qızıl və digər "təhlükəsiz limanlara" yönəlməsi bu prosesin daha da dərinləşə biləcəyini göstərir.

Belə bir şəraitdə dolların uzunmüddətli zəifləməsinin Azərbaycan kimi valyuta siyasəti dollar üzərində qurulan ölkələr üçün hansı nəticələr doğura biləcəyi xüsusi aktuallıq kəsb edir.
Dollarla bağlı HƏYƏCANLI XƏBƏR - Devalvasiya qapıda?Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, dolların qlobal zəifləməsi ilk baxışda Azərbaycan üçün təhlükəli görünməsə də, proses uzandıqca risklər daha aydın şəkildə üzə çıxmağa başlayacaq.

Onun sözlərinə görə, əsas problem manatın məzənnə mexanizmi ilə bağlıdır:

"Manat dollara sabitləndiyi üçün dolların avro və digər əsas valyutalara qarşı ucuzlaşması manatın real effektiv məzənnəsinin möhkəmlənməsi deməkdir. Bu isə idxalın ucuzlaşmasına səbəb olsa da, ixrac üçün ciddi mənfi nəticələr yaradır.

Azərbaycan iqtisadiyyatında qeyri-neft ixracının zəif olduğu bir şəraitdə manatın bahalaşması bu sektoru daha da çətin vəziyyətə salır. Yerli istehsalçılar Avropa və digər bazarlarda qiymət baxımından rəqabət aparmaqda çətinlik çəkir, nəticədə ixrac həcmləri azalır və tədiyyə balansında qeyri-neft kəsiri dərinləşir. Bu proses uzunmüddətli olarsa, iqtisadi artım tempinə də mənfi təsir göstərə bilər".

Natiq Cəfərlinin sözlərinə görə, dolların zəifləməsi neft gəlirləri baxımından da ziddiyyətli təsirlər yaradır:

"Qısamüddətli dövrdə neftin dollar ifadəsində qiymətinin artması mümkündür. Bu, dövlət büdcəsi və Dövlət Neft Fondu üçün müəyyən rahatlıq yarada bilər. Lakin dolların zəifləməsi qlobal iqtisadi durğunluqla paralel gedərsə, enerji tələbatının azalması ehtimalı yüksəlir. Bu halda neft qiymətlərindəki artım davamlı olmur və Azərbaycan üçün gəlir riskləri yenidən gündəmə gəlir.

Maliyyə sektorunda da dəyişikliklər qaçılmazdır.

Dolların gəlirliliyinin azalması əhalinin və investorların davranışına təsir göstərə bilər. Dollarla saxlanılan əmanətlərin bir hissəsi avroya, qızıla və digər alətlərə yönələ bilər ki, bu da bank sistemində valyuta strukturunun dəyişməsinə səbəb olar. Eyni zamanda psixoloji faktorlar güclənərsə, valyuta bazarında əlavə təzyiqlər formalaşa bilər".

Ekspert bildirib ki, ən həssas məsələ isə yeni devalvasiya ehtimalıdır:

"Hazırkı mərhələdə dolların zəifləməsi birbaşa olaraq manatın devalvasiyasına səbəb olmur. Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun kifayət qədər valyuta ehtiyatları var və bu, qısa müddətdə məzənnəni qorumağa imkan verir. Lakin risklər tamamilə istisna edilmir. Əgər dollar uzun müddət zəifləyərsə, manatın real dəyəri həddindən artıq möhkəmlənərsə və bu fonda ixrac azalaraq büdcə və tədiyyə balansında problemlər yaranarsa, orta müddətli perspektivdə məzənnə ilə bağlı qərarlar yenidən gündəmə gələ bilər".

İqtisadçının fikrincə, əsas təhlükə ani devalvasiyada deyil, iqtisadiyyatın dollar asılılığının qalmasındadır:

"Bu asılılıq davam etdikcə qlobal valyuta dalğalanmaları avtomatik olaraq Azərbaycana da ötürülür. Ona görə də dolların zəifləməsi fonunda əsas prioritet qeyri-neft sektorunun gücləndirilməsi, ixracın diversifikasiyası və manatın real effektiv məzənnəsinin iqtisadi əsaslarla tənzimlənməsi olmalıdır. Əks halda, bu gün təhlükə kimi görünməyən proseslər gələcəkdə daha ciddi makroiqtisadi çağırışlara çevrilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1516   Tarix: 30 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd

00:13 288
.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

11:30 133
.

Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb

Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə

14.11.2026 228
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 139
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

14:10 0
.

Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi

Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb

14:00 0
.