Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı
Yeni Suraxanı-Hövsan dəmiryolu xəttinin bərpası istiqamətində söküntü işlərinə başlanılması bölgədə daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.
Daşınmaz əmlak bazarı üzrə müşahidələrə əsasən, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması adətən həmin ərazilərdə yaşayışa tələbi artırır və nəticədə evlərin qiymətində bahalaşma müşahidə olunur. Ekspert qiymətləndirmələrinə görə, layihə tam başa çatdıqdan və dəmiryolu xətti istifadəyə verildikdən sonra Yeni Suraxanı və Hövsanda həm həyət evlərinin, həm də mənzillərin qiymətlərində artım gözlənilir.
Qaynarinfo "milli.Az"a istinadən xəbər verir ki, hazırda Yeni Suraxanı və Hövsanda həyət evlərinin böyük hissəsi 90 000-140 000 manat aralığında təklif olunur.
Layihənin uğurla yekunlaşması və nəqliyyat əlaqələrinin yaxşılaşması halında bu evlərin qiymətinin orta hesabla 20-35 faiz bahalaşacağı proqnozlaşdırılır. Belə ki, hazırda 100 000 manata satılan həyət evi gələcəkdə 120 000-135 000 manata, 150 000 manatlıq ev isə 180 000-200 000 manata qədər yüksələ bilər.
Bina mənzilləri bazarında da oxşar tendensiya gözlənilir. Hazırda ərazidə mənzillərin qiyməti əsasən 75 000-140 000 manat arasında dəyişir.
Dəmiryolu xətti istifadəyə verildikdən sonra mənzillərin orta hesabla 15-30 faiz bahalaşacağı ehtimal edilir. Bu halda 100 000 manatlıq mənzilin qiyməti 115 000-130 000 manata, 130 000 manatlıq mənzil isə 150 000-165 000 manata qədər arta bilər.
Ən böyük qiymət artımının dəmiryolu stansiyalarına yaxın, çıxarışlı və nəqliyyat baxımından əlverişli mövqedə yerləşən daşınmaz əmlaklarda müşahidə olunacağı gözlənilir.
Bununla yanaşı, layihənin icra müddəti, ümumi iqtisadi vəziyyət və daşınmaz əmlak bazarındakı dəyişikliklər də qiymətlərin formalaşmasına təsir göstərəcək əsas amillərdən olacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 769 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 422 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 229 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
20:00 107 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
17:20 164 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
19:40 124 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 221 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
16:07 252 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 467 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
17:50 180