Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ

Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Şəki şəhəri, Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında yerləşən keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzilləri təmir edəcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 459 min 892 manat təşkil edir.

Məlumata görə, yaşayış evlərində genişmiqyaslı cari təmir işlərinin aparılması nəzərdə tutulur. İşlər çərçivəsində damların metal örtükləri təmizlənərək yenidən rənglənəcək, daxili və xarici divarlardakı yararsız suvaqlar söküləcək, köhnə boya qatları təmizlənəcək və divarlar yenidən bərpa olunacaq.

Bundan başqa, istismara yararsız vəziyyətə düşmüş 84 ədəd taxta qapı bloku sökülərək yeniləri ilə əvəz ediləcək.

Layihənin həyata keçirilməsi nəticəsində keçmiş məcburi köçkün qəsəbələrində yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşacağı, evlərin daha təhlükəsiz və istifadəyə yararlı vəziyyətə gətiriləcəyi gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 144   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyanın ən məşhur kafedralına giriş ödənişli oldu

Almaniyanın və Avropanın ən məşhur dini-memarlıq abidələrindən biri olan Köln kafedralına giriş artıq ödənişlidir. Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb. Məlumata görə, iyulun 1-dən etibarən kafedralın daxili hissəsini ziyarət etmək istəyənlər 12 avro ödəməl

14:24 137
.

Sabiq rektor Nurlana Əliyeva vəfat etdi

Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib. Nurlana Əliyeva son vaxtlar səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlikdən əziyyə

13:23 194
.

Bakıda musiqiçini maşın vurub öldürdü

Ötən gecə Bakıda ağır yol qəzası baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə gecə saat 02 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü Vasif Aslanov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 1963-cü il təvəllüdl

17:04 0
.

Xanımı İbrahim Borçalıdan üzr istədi

Həyat yoldaşı Zöhrə Həsənova müğənni İbrahim Borçalı üçün "Günə uğurla" verilişinə zəng edib. Axşam.az xəbər verir ki, bir neçə il əvvəl oğlu Rəhimi avtomobil qəzasında itirən Z.Həsənova ifaçıdan üzr istəyib:. "Biz elə bir yük, acı daşıyıb, ayaqda dururuq ki. Övladı cənnətdə olan valideynlər

10:58 318
.

Bir canlı yayımın ortaya çıxardığı acı həqiqətlər

"Gəncə məktəbində baş verən hadisəni təkcə bir şagirdin davranışı kimi deyil, ailə, məktəb və cəmiyyətin ortaq məsuliyyətinin zəifləməsinin nəticəsi kimi qiymətləndirmək daha doğru olar. Ekspertlərin valideyn məsuliyyətini önə çəkməsi əsaslıdır. Lakin problemi yalnız valideyn amili ilə izah etmə

14:31 179
.

Əfqanıstan Pakistana hava hücumlarının edildiyini, İslamabadın isə dronların vurulduğunu bildirdi

Əfqanıstanın Talibanı Pakistan ərazisinə hava hücumları təşkil etdiyini, İslamabad isə qüvvələrinin cənubdakı ehtiyatlarla zəngin Bəlucistan əyalətində dörd ibtidai dronu ələ keçirdiyini və vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, çərşənbə axşamı baş verən danışıqlar Cənubi Asiy

12:24 162
.

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri azadlığa buraxıldı

"Qurtuluş" Reabilitasiya Mərkəzinin adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə cinayətlərində ittiham olunan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşının məhkəmə araşdırması başa çatıb. Axşam.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinfə keçirilən son iclasda hökm oxunub. Hökm

13:30 200
.

Şahdağa qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərin

12:16 142
.

Şengen zonasına giriş yoxlamaları yumşaldıla bilər

Avropa Beynəlxalq Hava Limanları Şurası (ACI Europe) Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə sərnişin axınının pik dövrlərində hava limanlarında biometrik rəqəmsal nəzarət sisteminin müvəqqəti dayandırılması xahişi ilə müraciət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financia

11:35 160
.

TOP MP3