10 min nəfərlik cinayətkar imperiyanı idarə edən 11 nəfər edam olundu
Çində Myanmada mafiya tipli dələduzluq mərkəzlərini idarə edən və qaçmağa cəhd göstərən işçiləri öldürən məşhur Min ailəsinə məxsus cinayət qruplaşmasının 11 üzvü edam edilib. Bu barədə cümə axşamı Çin dövlət KİV-ləri məlumat yayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Min ailəsi Myanmanın şimalındakı "dörd ailə" kimi tanınan cinayət sindikatlarından biri olub. Bu qruplaşmalar internet dələduzluğu, fahişəlik və narkotik istehsalı ilə məşğul olan yüzlərlə təşkilatı idarə etməkdə ittiham edilirdi.
Edam edilən 11 nəfər sentyabr ayında ölüm cəzasına məhkum olunub. "Sinxua" xəbər agentliyinin bildirdiyinə görə, onlar qətl, qanunsuz azadlıqdan məhrumetmə və dələduzluq kimi cinayətlərdə təqsirli biliniblər.
Təqsirləndirilən şəxslərdən ikisi apellyasiya şikayəti versə də, iş Çinin ən ali məhkəmə instansiyası olan Ali Xalq Məhkəməsinə göndərildikdən sonra ilkin hökm qüvvədə saxlanılıb.
Min Syüeçan tərəfindən idarə olunan cinayətkar ailə uzun müddət Myanma-Çin sərhədində yerləşən, muxtar ərazi olan Kokanqdakı "Sürünən Pələng Villası" kimi tanınan məşhur komplekslə əlaqələndirilirdi. Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, qrup ən güclü dövründə dələduzluq və digər cinayətlərlə məşğul olan təxminən 10 min nəfəri özündə birləşdirib.
CNN telekanalı qeyd edir ki, Kokanqın paytaxtı Laukkayq Myanmanın "qanunsuzluğun hökm sürdüyü" bölgələrində kök salaraq milyardlarla dollar dövriyyəsi olan dələduzluq sənayesinin mərkəzinə çevrilib. Bu mərkəzlərdə insan alverinin qurbanı olan şəxslər mürəkkəb onlayn sxemlər vasitəsilə yad insanları aldatmağa məcbur edilib.
İllər boyu bu dələduzluq mərkəzlərində işləməyə məcbur edilmiş insanların yaxınlarının şikayətlərindən və beynəlxalq medianın artan diqqətindən sonra Pekin 2023-cü ildə bu komplekslərə qarşı tədbirlər görməyə başlayıb.
Həmin ilin noyabrında Çin hakimiyyəti ailə üzvlərinin həbsi üçün orderlər verib, onları dələduzluq, qətl və insan alverində ittiham edərək tutulmalarına görə 14 min dollardan 70 min dollara qədər mükafat təyin edib.
Min Syüeçan ailəsinin başçısı, eyni zamanda Myanma parlamentinin üzvü olmuş şəxs, daha sonra həbsdə olarkən həyatına son qoyub. Bu barədə o zaman Çin dövlət KİV-ləri məlumat yayıb.
Cümə axşamı "Sinxua" agentliyi bildirib ki, edam olunanlar arasında Syüeçanın Kokanq sərhəd qoşunlarının komandiri olan oğlu Min Qopin və nəvəsi Min Çjençjen də olub. Məlumatda qeyd olunur ki, hökm icra olunmazdan əvvəl onlar yaxın qohumları ilə görüşüblər.
"Sinxua"nın yaydığı xəbərə görə, Min ailəsinin sindikatı başqa bir cinayət qruplaşmasının lideri U Hunminlə (o da edam edilib) əlbir olaraq qəsdən qətl, xəsarət yetirmə və dələduzluqla məşğul olan şəxslərin qanunsuz saxlanılması kimi əməllər törədib. Bu hadisələr nəticəsində 14 Çin vətəndaşı həyatını itirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1277 Tarix: 29 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMakronun siyasəti Fransanı hara apardı? - ŞƏRH
Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind
11:24 169 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
14:39 173 Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"
"Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üst
12:22 150 Yəməndə husilərə qarşı müharibə illərlə davam edəcək
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin husilərin nəzarətində olan əraziləri geri almaq üçün başladığı hərbi əməliyyat uzun və çətin ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri "Royal United Services Institute"in beynəlxalq təhlükəsizlik üzrə əməkdaşı Bara
12:13 164 Təyyarə səfərləri haqqında sərnişinlərin bilmədiyi maraqlı faktlar
Təyyarə ilə səyahət edərkən sərnişinlərin çoxunun bilmədiyi bir sıra maraqlı detallar var. Ekipajın istifadə etdiyi gizli təhlükəsizlik vasitələrindən tutmuş, təyyarənin quruluşundakı mühəndislik həllərinə qədər bir çox detal uçuş təhlükəsizliyində mühüm rol oynayır. xarici mediaya istinadən xəbər veri
18:30 1 Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib
Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu
15:48 149 Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətl
17:57 0 Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı
Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay
19:15 1 18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib
Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat
14:00 225