Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"

Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil""Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üstə düşməyib".

BiG.AZ xəbər verir ki, bunu "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspertin sözlərinə görə, hazırda əsas məsələ Avropanın Ukraynaya maliyyə yardımından tamamilə imtina edib-etməyəcəyidir.

Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil""Burada mənzərə bir qədər fərqlidir. Avropa Ukraynaya yardımı dayandırmayıb. Əksinə, Avropa İttifaqı 2026-2027-ci illər üçün 90 milyard avroluq maliyyə mexanizmi formalaşdırıb və oktyabrın əvvəlində Ukraynaya əlavə 2,9 milyard avro vəsait ayrılıb. Almaniya isə cəmi bir neçə gün əvvəl daha 1 milyard avroluq hərbi yardım elan edib", - deyə B.Quliyev bildirib.

Ekspert qeyd edib ki, burada mühüm dəyişiklik ondan ibarətdir ki, Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz və şərtsiz yanaşma üzərində qurulmur.

"Artıq Avropa ölkələrinin öz iqtisadi problemləri, ictimai narazılıqları və siyasi təzyiqləri artır. Ukrayna üçün ayrılan vəsaitlərin bir hissəsinin verilməsi də islahatların həyata keçirilməsi ilə əlaqələndirilir.

Deməli, "Avropa Ukraynadan üz döndərir" demək hələlik fakt kimi təqdim oluna bilməz. Amma "Avropada Ukrayna müharibəsinə əvvəlki qədər səbir və maliyyə imkanının qalmaması barədə ciddi müzakirələr gedir" demək reallığa daha yaxındır", - deyə siyasi ekspert vurğulayıb.

B.Quliyev hesab edir ki, hazırda əsas məsələ yalnız silah və maliyyə yardımı deyil.

"Əsas məsələ müharibənin siyasi həllinin nə zaman və hansı şərtlərlə mümkün olacağıdır. Çünki müharibə uzandıqca Ukraynanın maliyyə yükü artır, Avropanın üzərinə düşən məsuliyyət böyüyür, Avropa cəmiyyətlərində isə "Bu müharibə nə vaxta qədər davam edəcək?" sualı daha çox səslənir.

Ona görə də qarşıdakı qış həm Ukrayna, həm Rusiya, həm də Avropa üçün yalnız hərbi deyil, həm də siyasi və iqtisadi sınaq olacaq.

Hesab edirəm ki, bu mərhələdə ən real yanaşma müharibənin kimin nə qədər yardım alması ilə deyil, sülh danışıqlarının real nəticəyə çevrilməsi ilə ölçülməlidir. Çünki uzanan müharibənin ən böyük problemi odur ki, hər yeni il əvvəlkindən daha baha başa gəlir və bunun siyasi qiyməti də artır", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 130
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

00:15 100
.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev

21.11.2026 190
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 168
.

Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib

Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində

21.11.2026 174
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21.11.2026 189
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21.11.2026 120
.

Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün

21.11.2026 134
.

Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu

21.11.2026 160
.