Avtomobiliniz üçün gizli təhlükə: Bir USB ilə bütün sistemi sıradan çıxara bilərsiniz
Adi fleşkart təsiri bağışlayan, lakin əslində elektronikanı sıradan çıxarmaq üçün hazırlanmış "USB Killer" adlı qurğu ciddi təhlükə yarada bilər. Müasir avtomobillərin əksəriyyətində telefonların enerji ilə təmin olunması və Android Auto kimi sistemlərə qoşulmaq üçün USB çıxışları mövcuddur və sürücülər bu portları adətən təhlükəsiz hesab edirlər.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobilin USB-portuna qətiyyən qoşulmaması tövsiyə edilən xüsusi bir USB cihazı var. Söhbət zahirən adi fleşkartdan seçilməyən, lakin daxilində fərqli mexanizmə malik olan "USB Killer"dən gedir.
Bu cihaz USB-portuna taxıldıqda əvvəlcə elektrik enerjisini yığır, daha sonra isə yüksək gərginliyi bir neçə dəfə birbaşa portun daxilinə ötürür. Nəticədə USB çıxışının idarəetmə çipi və onunla əlaqəli elektron komponentlər ani şəkildə sıradan çıxa bilər. Avtomobillərdə bu risk daha böyükdür, çünki USB portlar çox vaxt multimedia sistemi, bort kompüteri və digər vacib modullarla birbaşa əlaqəlidir.
Məlumata görə, məşhur texnobloqer EverythingApplePro belə bir cihazı avtomobilinin USB-portuna qoşaraq sınaqdan keçirib. Nəticədə avtomobilin multimedia sistemi yenidən başladılıb və USB-port tamamilə işləməz vəziyyətə düşüb. Qurğu çıxarıldıqdan sonra belə port artıq smartfonu şarj etməyib.
Bundan əlavə, bəzi USB-ionizator və hava təmizləyicilərinin "USB Killer" kimi gizlədilə biləcəyi bildirilir. Bu cür təhlükəli qurğuları adi USB aksesuarlarından ayırd etmək demək olar ki, mümkün deyil, çünki fərq çox vaxt yalnız daxili naqillərdə olur. İstifadəçi hansı cihazla üzləşdiyini əksər hallarda yalnız avtomobilin elektronikası zədələndikdən sonra anlayır.
Mütəxəssislər sürücülərə avtomobildə yalnız etibarlı mənbədən alınmış kabellərdən və yaddaş qurğularından istifadə etməyi, mənşəyi bilinməyən və şübhə doğuran USB cihazlarını isə zahirən adi fleşkart olsa belə, heç vaxt avtomobilin USB-portuna qoşmamağı tövsiyə edirlər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 815 Tarix: 25 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19.09.2026 295 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
15.09.2026 1133 Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20.09.2026 332 Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20.09.2026 246 Mətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?
Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo
20.09.2026 269 Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
20.09.2026 234 Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20.09.2026 201 Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20.09.2026 232 Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20.09.2026 210