İnsan 122 il yaşa bilər - YOLU BUDUR
Alimlər insan ömrünü uzatmağın yolunu tapıblar. Aparılan araşdırmalar zamanı orta insan ömrünün ən azı 122 il olmasının mümkünlüyü təsdiqlənib.
Metbuat.az xəbər verir ki, biokimya üzrə tanınmış mütəxəssis Ayşegül Çoruhlu bunun yollarını açıqlayıb. Alim Yaponiya və Amerikada yaşı 100-dən yuxarı olan insanların sayının sürətlə artdığını bildirib: "Çox yaşamaq üçün çox yatmaq lazımdır." Əlbəttə, söhbət 10-12 saatlıq yuxudan getmir. Normal insan sutkada ən azı 8 saat yatmalıdır. Yuxu saatı sistemli olmalıdır. Bir gün gecə, bir gündüz, digər gün isə günorta yatmaq doğru deyil. Sistemli yuxu o deməkdir ki, insan hər gün eyni vaxtda yatıb, eyni vaxtda durmalıdır".
Ayşegül Çoruhlu çox yaşamaq üçün hüceyrələrin yeninəlməsinin vacib olduğunu deyib. Qeyd edib ki, saçlar, dəri, qan hücəyrələri və daxili orqanlarda davamlı olaraq yeninlənmə prosesi gedir: "Bu prosesin normal getməsi, xəstəliklərin yaranmaması üçün orqanizmi təbii enerji qaynaqları, vitamin və minerallarla təmin etmək lazımdır".
Mütəxəssis çox yaşamaq istəyən insanların qida rejiminə riayət etməsinin vacibliyini önə sürüb. Vurğulayıb ki, sağlam qidalanmanın əsas şərtlərindən biri də səhər yeməyidir. O, səhər yeməyi yemədikdə hüceyrələrin sürətlə qocaldığını vurğulayıb: "Günorta yeməyi də çox vacibdir. Amma axşam yeməyi şərt deyil. Mütləq nəsə yemək lazımdırsa, yağsız, yüngül yeməkləri seçməliyik. Məsləhətdir ki, axşam saat 5-dən sonra heç nə yeyilməsin. Amma su içmək olar".
Tanınmış alim tələsmədən qida qəbul etməyi tövsiyə edib: "Biz qaşıqla, yaponlar çubuqla yemək yeyir. Biz yeməyimizi 10 dəqiqəyə bitiririk, onlar isə 30-40 dəqiqə, bəzən isə 1 saat süfrə arxasında əyləşirlər. Biz çörək, şirniyyat yeyirik, yaponlar isə dəniz məsullarına üstünlük verirlər. Yağlı yeməklər və şirniyyat onların qida rasionuna yaddır. Yaponlar təbiətin qoynunda yaşamağa, stressdən uzaq qalmağa üstünlük verirlər. Buna görə də yüz il yaşamaq onların ölkəsində adı hal sayılır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 760 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu - VİDEO
Sosial şəbəkələrdə yayılan video diqqət çəkib. xəbər verir ki, görüntüdə uşağa qələmi düzgün tutmağı öyrətmək üçün maraqlı üsul tətbiq olunur. Qələmin barmaqlar arasında düzgün yerləşdirilməsi üçün istifadə edilən bu üsul izləyicilərin marağına səbəb olub. Paylaşım qısa zamanda sosial şəbəkələrdə yayılı
25.10.2026 677 Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
01.11.2026 446 Hansı qan qrupu daha uzunömürlü ola bilər? - Alimlər araşdırdı
Müxtəlif qan qruplarına sahib insanların təhlükəli xəstəliklərə tutulma riski və sağlamlıq göstəriciləri bir-birindən fərqlənə bilər. Alimlər dörd qan qrupu arasında müəyyən fərqlər aşkarlayıblar. Bəzi araşdırmalarda ən əlverişli göstəricilər birinci qan qrupuna malik insanlarda müşahidə olunub. xəbə
01.11.2026 540 Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
Paltaryuyan maşında yuyulduqdan sonra quş tükü və ya silikon elyaf dolğuları bir küncə toplanan və bərk düyünlərə çevrilən şişmə gödəkçələri atmağa və ya kimyəvi təmizləməyə pul xərcləməyə tələsməyin. xəbər verir ki, gödəkçənin içindəki tüklərin yatmasının səbəbi nəmə görə onların bir-birinə yapışmasıdır
25.10.2026 654 Qaralmış gümüşü ovmadan təmizləyən üsul
Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ
01.11.2026 436 Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün
31.10.2026 455 Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən
01.11.2026 416 Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31.10.2026 409 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 125