Pilləkənləri çıxanda tənginəfəsliyin SƏBƏBLƏRİ
Pilləkənlə qalxmağın bədən üçün düz yerdə gəzməkdən daha ağır olduğu qeyd olunub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir çox insan pilləkən qalxarkən tənginəfəslik hiss edir və bu hiss hər yaşda və istənilən fiziki hazırlıq səviyyəsində olan insanlarda yarana bilər.
Tənginəfəslik bəzən normal hal sayılsa da, bəzi hallarda narahatlıq siqnalı da ola bilər. Qeyd olunur ki, pilləkənlə qalxmaq düz səthdə yeriməkdən daha çox enerji tələb edir. Buna görə də pilləkən çıxanda nəfəsin tez-tez gəlməsi normal hesab edilə bilər.
Tənginəfəslik nə vaxt normal sayılır?
Əgər siz 1-2 dəqiqə ərzində nəfəs çatışmazlığı hiss edirsiniz, amma tez bir zamanda nəfəsinizi bərpa edirsinizsə, bu, adətən narahatlıq üçün səbəb deyil. Bu tamamilə normaldır… əslində siz öz bədəninizi yuxarı qaldırırsınız.
Pilləkən çıxanda sanki çömbəlmə və ya irəli addım atma hərəkətləri edirsiniz. Buna görə bu, sadəcə yeriməkdən daha çox güc tələb edir. Tənginəfəslik dərəcəsi hər kəsdə eyni olmur: məsələn, pilləkəni qaçaraq və ya ağır çamadanla qalxanda daha çox tənginəfəslik olacaq, nəinki asta-asta qalxanda. Üstəlik bəzi insanlar bunu digərləri qədər güclü hiss etməyə bilər.
Polqirs belə deyib:
"Əgər siz peşəkar idmançısınızsa məsələn, mən şübhə edirəm ki, Keytlin Klark (amerikalı basketbolçu) pilləkən çıxanda tənginəfəs olur. Amma orta yaşlı adi insan üçün və təəssüf ki, xüsusilə ABŞ-da biz daha oturaq həyat tərzi sürürük. Buna görə də sadəcə bir mərtəbə pilləkən qalxanda tənginəfəs olmaq tamamilə normal ola bilər".
Tənginəfəslik nə vaxt təhlükəli ola bilər?
Əgər insan tənginəfəslik hissinin uzun müddət davam etdiyini görürsə, bu zaman həkimə müraciət etmək lazımdır. Polqirs həmçinin əlavə edib ki, əvvəllər belə bir problem yox idisə və təngnəfəslik yeni yaranıbsa, mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki bu, gizli bir problemin əlaməti ola bilər.
O bildirib:
"Əgər fiziki dözümlülükdə dəyişikliklər müşahidə olunursa, biz həkimlər xəstəni diqqətlə yoxlamalı və yanaşı xəstəlikləri istisna etməliyik ki, onun daha sağlam həyat sürməsinə kömək edək".
Qeyd olunur ki, aşağıdakı yanaşı xəstəliklər pilləkən qalxandan sonra yaranan təngnəfəslik hissini daha da ağırlaşdıra bilər:
ürək çatışmazlığı
piylənmə
xroniki ağciyər xəstəlikləri
siqaret çəkmək
xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX)
hətta anemiya (qanazlığı)
Nəfəsin bərpa olunma müddəti də vacib göstəricidir
Erikson deyib:
"Nə qədər müddətə özünüzə gəlməyiniz də yaxşı bir göstəricidir".
Onun sözlərinə görə, pilləkən qalxdıqdan sonra 1-2 dəqiqə ərzində nəfəsin sürətlənməsi normaldır.
"Amma nəfəs 3 dəqiqədən çox və ya uzun müddət sürətli qalırsa, bu artıq narahatlıq yaradır", - o izah edib.
Polqirs əlavə edib ki, tənginəfəsliklə yanaşı sinə ağrısı, baş ağrısı və ya görmədə dəyişiklik də hiss olunursa, bu, təhlükəli siqnaldır və mütləq həkimlə müzakirə edilməlidir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1116 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476