Dəri sənayesində yeni dövr - xarici bazarlara çıxmaq potensialı da var

Dəri sənayesində yeni dövr - xarici bazarlara çıxmaq potensialı da varAzərbaycanda dəri sənayesi hazırda dirçəliş mərhələsindədir. Xammal bazasının mövcudluğu və istehsalda müşahidə edilən artım bu sahənin həm daxili tələbatı ödəmək, həm də regional bazarlarda pay qazanmaq potensialını artırır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 39.8 min kvadratmetr emal edilmiş dəri istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51.3 faiz çoxdur. Bu il sentyabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 137.9 min kvadratmetr hazır məhsul ehtiyatı olub. 2024-cü ildə Azərbaycanda 64.5 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 0.6 faiz çoxdur. Rəqəmlərdən göründüyü qədər dəri istehsalı zəif də olsa inkişaf edir. Bəs bu sahədəki mövcud potensialımız nə qədərdir?

Dəri sənayesində yeni dövr - xarici bazarlara çıxmaq potensialı da var

"Potensial kifayət qədər yüksəkdir"

İqtisadçı-ekspert Famil Niftiyevin sözlərinə görə, hazırkı göstəricilər Azərbaycanda dəri sənayesinin müəyyən dirçəliş mərhələsində olduğunu göstərir:

"Bu artım istehsal gücünün genişlənməsini və bazara çıxış imkanlarının yüksəldiyini nümayiş etdirir. Əgər hazır məhsul ehtiyatı 137.9 min kvadratmetrə çatıbsa, bu, daxili bazarda hələ də tam reallaşdırılmayan məhsul potensialının mövcudluğunu göstərir. Azərbaycan bu sahədə hələlik region daxilində məhdud istehsalçı hesab olunsa da, xammal bazası, xüsusilə, heyvandarlığın inkişafı və kənd təsərrüfatının güclənməsi dəri sənayesinin orta və uzunmüddətli dövrdə daha geniş miqyasda inkişaf etməsinə zəmin yaradır. Potensial həm daxili bazarı təmin etmək, həm də xarici bazarlardan pay əldə etmək baxımından kifayət qədər yüksəkdir".

Dəri sənayesində yeni dövr - xarici bazarlara çıxmaq potensialı da var

Mövcud çətinliklər

Famil Niftiyev bu sahədəki mövcud çətinliklərdən də danışdı:

"Texnoloji avadanlıqların köhnəlməsi və emal prosesində müasir texnologiyaların tam tətbiq edilməməsi məhsulun keyfiyyətinə mənfi təsir göstərir. İkincisi, ixtisaslı kadr çatışmazlığı var. Həm dizayn, həm də yüksək ixtisas tələb edən emal sahələrində peşəkar mütəxəssislərin sayının az olması məhsuldarlığı və keyfiyyəti məhdudlaşdırır. Üçüncü məqam maliyyələşmə və investisiya məsələləridir. Dəri sənayesinə xarici sərmayə cəlbi kifayət qədər zəifdir, yerli sahibkarlar isə yüksək maya dəyərinə görə istehsalı genişləndirməkdə çətinlik çəkirlər. Dördüncüsü, beynəlxalq sertifikatlaşdırma və ekoloji standartlara uyğunluq məsələləri tam həll olunmayıb. Qlobal bazarlara çıxış üçün məhsullar yalnız estetik deyil, həm də ekoloji baxımdan təhlükəsiz olmalıdır. Bu standartlara cavab verməkdə çatışmazlıqlar ixrac imkanlarını məhdudlaşdırır".

Kredit güzəştləri, vergi imtiyazları

F.Niftiyevin fikrincə, bu çətinlikləri aradan qaldırmaq üçün müəyyən işlər görülməlidir:

"İlk növbədə, texnologiyaların modernləşdirilməsi, müasir avadanlıqların gətirilməsi və innovativ emal üsullarının tətbiqi prioritet olmalıdır. İkincisi, peşəkar kadr hazırlığı gücləndirilməlidir. Texniki peşə məktəblərində və universitetlərdə dəri emalı, dizayn və moda yönümlü ixtisaslaşmış proqramlar açılmalıdır. Üçüncü addım, dövlət dəstək mexanizmlərinin daha effektiv tətbiqidir. Kredit güzəştləri, ixrac subsidiyaları və ixracatçılar üçün vergi imtiyazları bu sektorda motivasiya yarada bilər. Dördüncü istiqamət, beynəlxalq standartların tətbiqi və məhsulların keyfiyyət sertifikatlarının artırılmasıdır. Son olaraq, dəri məmulatları üzrə kiçik və orta müəssisələrin birgə klasterlər şəklində təşkili həm maya dəyərini azaldar, həm də rəqabət qabiliyyətini gücləndirər".

Dəri sənayesində yeni dövr - xarici bazarlara çıxmaq potensialı da var

İqtisadçı həmçinin ixracla bağlı vacib məqamlardan bəhs etdi: "Hazırda Azərbaycanın dəri məhsullarının ixracı əsasən Türkiyə, Rusiya, Gürcüstan kimi regional bazarlara yönəlib. Avropa bazarına çıxış imkanları hələ məhdud olsa da, müəyyən həcmdə İtaliya və digər ölkələrə də ixrac qeydə alınıb. İxracı genişləndirmək üçün əsas şərt keyfiyyət göstəricilərinin Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrin standartlarına cavab verməsidir. Bundan başqa, brendinq və marketinq sahəsində ciddi işlər aparılmalıdır. Azərbaycan dəri məhsullarının milli dizayn üslubunun yaradılması və xarici sərgilərdə fəal iştirak ölkənin mövqeyini gücləndirə bilər. İxrac üçün logistikanın təkmilləşdirilməsi, Orta Dəhliz və digər nəqliyyat xətləri vasitəsilə məhsulların Avropaya və Asiya bazarlarına daha sürətli çatdırılması da əhəmiyyətlidir".

"Bazar ətraflı araşdırılmalıdır"

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də düşünür ki, Azərbaycanda dəri sənayesi zəngin xammal bazası və inkişaf etməkdə olan istehsal infrastrukturu ilə böyük potensiala malikdir:

"Xüsusilə, Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ayaqqabı və dəri fabrikləri sənayenin inkişafında mühüm rol oynayır. Lakin inkişafa mane olan amillər də var. Məsələn, texnoloji infrastruktur zəifdir. Müasir istehsal avadanlıqlarının olmaması məhsul keyfiyyətinə mənfi təsir göstərir. İxrac bazarları barədə ətraflı məlumatın olmaması beynəlxalq bazarlara daxil olmağı çətinləşdirir. Bu sənayenin inkişafı üçün ixtisaslı işçi qüvvəsinin çatışmazlığı mövcuddur".

Dəri sənayesində yeni dövr - xarici bazarlara çıxmaq potensialı da var

A.Nəsirlinin sözlərinə görə, müasir istehsal avadanlıqlarının gətirilməsi və rəqəmsal texnologiyaların tətbiqi ilə məhsul keyfiyyətini artırmaq olar: "İxrac bazarları barədə ətraflı araşdırmalar aparılmalı və uyğun marketinq strategiyaları hazırlanmalıdır. İxtisaslı işçi qüvvəsinin yetişdirilməsi üçün təlim proqramları təşkil edilməlidir. Azərbaycanda dəri məhsullarının əsas ixrac bazarları barədə spesifik məlumatlar məhduddur. Lakin, ümumiyyətlə, dəri sənayesi məhsulları beynəlxalq bazarlarda yüksək tələbatla qarşılanır. Bu səbəbdən, ixracın genişləndirilməsi üçün beynəlxalq sərgilərdə iştirak, ticarət missiyalarının təşkil edilməsi və xarici tərəfdaşlarla əməkdaşlığın artırılması tövsiyə olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 568   Tarix: 16 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada son bir neçə gündə beş terrorçu məhv edilib

İsrail Müdafiə Qüvvələri (İDF) son bir neçə gün ərzində Qəzza zolağında İD qoşunlarına qarşı hücumlar hazırlayan beş terrorçunu məhv edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, terrorçuların bomba hazırlamaqda və İsrail Müdafiə Qüvvələri əsgərlərinə qarşı snayper hücumlarını əlaqələndirməkd

15:02 0
.

Yerdəki ən böyük canlı: Nə balina, nə də ağac - 8500 ildir yaşayır

Yer üzündə məlum olan ən böyük orqanizm nə balina, nə də ağacdır, əksinə ABŞ-ın Oreqon ştatındakı Malheur Milli Meşəsində torpağın altında yaşayan bir göbələkdir. Qaynarinfo xəbər verir ki, "Space Daily" nəşrinin yazdığına görə, bu orqanizm təxminən 4 kvadrat mil (9,5 kvadrat kilometr) ərazin

01.06.2026 315
.

Vuçiç bir daha Serbiya Prezidenti olmayacaq

Serbiya Prezidenti Aleksandr Vuçiç qarşıdakı prezident seçkilərinə qatılmayacaq, amma siyasi fəaliyyətini davam etdirəcək. Teleqraf-a istinadən xəbər verir ki, bunu Serbiyanın keçmiş baş nazirinin müavini Aleksandr Vulin TASS-a deyib. "Xeyr. Konstitusiyamız yalnız iki müddətə prezident olmağa imka

01.06.2026 237
.

Lökbatanda 2 gün su olmayacaq

Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində iyunun 2-dən 4-ü günorta saatlarına qədər fasilə yaranacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Buna səbəb isə yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləridir

14:52 51
.

50 min manatdan yuxarı məbləğdə leqallaşdırma daha ağır cəzalandırılır

"Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma dedikdə cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmi

14:26 95
.

"Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi"

"MİR TƏMİR TİKİNTİ" MMC-nin rəhbəri Mirməbud Abbasov külli miqdarda pulunun ələ keçirildiyini iddia edir. "Qafqazinfo"ya müraciət edən iş adamı şəriki tərəfindən 380 min manat pulunun mənimsənildiyini deyir. O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 sayl

11:22 172
.

Rusiya Kiyevə son aylarda ən böyük dron və raket hücumlarından birini həyata keçirir

Xəbər verdiyimiz kimi, Rusiyanın gecə hücumunda istifadə edilən silahlar arasında hipersəs raketlər də var idi. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ümumilikdə 656 dron və 73 raket atdığını bildirib. Bildirilib ki, raket atəşinə 33 ballistik raket və səkki

14:16 99
.

Mart ayından bəri Livanda 3412 nəfər həyatını itirib

İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 3412 nəfərə çatıb. xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, mart ayından etibarən İsrailin Livan ərazisinə həyata keçirdiyi hücumlar nəticəsind

10:50 133
.

Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərma

14:39 73
.

TOP MP3