"Vəzifəli şəxs heç bir vəsait qoymadan "şərik" oldu, 380 min manatımı ələ keçirdi"
"MİR TƏMİR TİKİNTİ" MMC-nin rəhbəri Mirməbud Abbasov külli miqdarda pulunun ələ keçirildiyini iddia edir.
"Qafqazinfo"ya müraciət edən iş adamı şəriki tərəfindən 380 min manat pulunun mənimsənildiyini deyir.
O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımovun əməlləri ilə bağlı dövlət qurumlarına şikayət edib: "Mən "MİR TƏMİR TİKİNTİ" MMC-nin təsisçisi və direktoruyam. Müəssisə 2022-ci ili fevral ayında təmir tikinti fəaliyyəti ilə məşğul olmaq məqsədilə təsis edilib. Həmin vaxt 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımov mənə "şəriklik" təklif etdi və razılaşdım. Onun səyləri ilə "MİR TƏMİR TİKİNTİ" MMC-nin adından ″BAKI 1 №-Lİ YOL İSTİSMARI″ MMC və ″17 №-Lİ XÜSUSİ TƏYİNATLI YOL İSTİSMARI″ MMC-lərlə təmir-tikinti işlərinin görülməsi haqqında müqavilələr bağladıq. Bu müqavilələrin bağlanmasında M.Kazımovun başlıca rolu oldu. Adı şəriklik olsa da, görülmüş işlərə Mirqiyas Kazımov heç bir vəsait qoymadı. İşlərin hamısı mən Mirməbud Abbasovun şəxsi vəsaiti ilə icra edildi".
Şikayətçi bildirib ki, "şərikli" müəssisənin mühasibat işlərinin aparılması Mirqiyas Kazımovun dostu "BERC GROUP" şirkətinin rəhbəri Kənan Ağayevə həvalə edilib: "Biz müəssisənin möhürünü və ASAN İmza nömrəsini Kənan Ağayevə təhvil verdik. Mən öz vəsaitimlə Bakı-Quba yolunda təmir tikinti işləri apardım, işləri yekunlaşdırıb təhvil-təslim aktı ilə işləri təhvil verdim. Gördüyüm işlərin pulu müəssisənin hesabına daxil olan kimi Mirqiyas Kazımov və Kənan Ağayev pulları öz yaxın adamlarının bank hesablarına, müxtəlif istiqamətlərə köçürərək nağdlaşdırılmasına nail olublar. Eyni zamanda cəmiyyətin direktoru kimi mənim xəbərim olmadan "MİR TƏMİR TİKİNTİ" MMC-nin adından müxtəlif layihələrdə çıxış edərək vergidən yayınıblar".
Mirməbud Abbasov baş verənlər barədə dəfələrlə müxtəlif dövlət orqanlarına şikayətlər edildiyini, lakin heç bir nəticə olmadığını əlavə edib: "Sözügedən problemlə bağlı qurumun sabiq rəhbəri Saleh Məmmədovun qəbulunda olub şikayət etməyimə baxmayaraq, heç bir müsbət nəticə əldə edilmədi. Nəticədə, pul qazanmaq üçün şəxsi evimi satıb təmir-tikinti işləri aparmaq həvəsinə düşmüş biri kimi Abbasov hazırda acınacaqlı vəziyyətdəyəm. Üstəlik qarşı tərəfin hədə qorxusu ilə üzləşməkdəyəm. Yaranmış borca görə vergi orqanı tərəfindən ölkədən çıxışıma məhdudiyyət qoyulu. Ona görə də müalicə məqsədilə ölkəni tərk edə bilmirəm".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirildi ki, müraciətdə adı qeyd olunan Mirqiyas Kazımov hazırda həmin qurumda çalışmır: "Müraciətdə qeyd edilən hallar hüquqi xarakter daşıdığından, həmin məsələlərin araşdırılması və hüquqi qiymət verilməsi aidiyyəti hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Bununla bağlı tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanlarına müraciət etmək hüququ var".
Hazırladı: Aslan Vəliyev
Fotoda: Mirməbud Abbasov
Fotoda: Mirqiyas Kazımov
Fotoda: Kənan Ağayev






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 580 Tarix: 02 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 174 Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric
14.11.2026 193 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
14.11.2026 315 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 174 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
14.11.2026 193 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
14.11.2026 214 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 316 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 155 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 154