Adamyeyənlər qəbiləsindən xilas olan azərbaycanlı jurnalist: "Üstümüzə gəldilər" - MÜSAHİBƏ

Adamyeyənlər qəbiləsindən xilas olan azərbaycanlı jurnalist: "Üstümüzə gəldilər" - MÜSAHİBƏAlmaz Mahmud: "Bizə xəbərdarlıq etmişdilər ki, bəzi ərazilərə günortadan sonra getmək təhlükəlidir"

AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmud son vaxtlar hazırladığı sənədli filmlərlə, xüsusilə Afrika ölkələrilə bağlı ərsəyə gətirdiyi layihələrlə diqqət çəkir. O, Ruanda genosidi, Fransanın kolonializm siyasəti, qəbilələrin həyatı, çəkiliş zamanı qarşıya çıxan təhlükəli anlar, insan faciələri və sənədli film jurnalistikasının görünməyən tərəfləri barədə Modern.az-a müsahibə verib:

"Beynəlxalq mövzulu sənədli film Azərbaycan mediası üçün yeni sahədir"

- Almaz xanım, Azərbaycanda sənədli film jurnalistikası çətin və maraqlı sahə hesab olunur. Siz bu istiqamətə necə gəldiniz?

- Doğrudan da sənədli filmlər, xüsusilə başqa qitələrdə çəkilən sənədli filmlər Azərbaycan mediası üçün yeni proses hesab olunur. Amma son illər bu sahədə müəyyən inkişaf var. Bu baxımdan AzTV yerli mediada ilkə imza atan televiziya kanalı oldu. Azərbaycanda kifayət qədər peşəkar yerli sənədli filmlərimiz var, amma indi həm də beynəlxalq mövzulu sənədli filmlərə başlanılıb.

Mən özüm də sənədli filmlərə yerli mövzulardan başlamışam. Məsələn, Kəlbəcərimiz işğaldan azad olunanda elə həmin il "Zar mağarası" adlı sənədli film çəkdik. Bu filmin uğur qazanmasının səbəbi hadisəyə bir qədər fərqli yanaşma ilə bağlı idi. 1993-cü ilin yazında Kəlbəcər işğal edilərkən, kəndi tərk edə bilməyən 3 qadın və 1 kişi sağ qalmaq üçün Zar kəndinin aşağı hissəsində yerləşən mağaraya sığınıblar. Onlar 5 ay 15 gün boyunca erməni postlarının yaxınlığında, qorxu və aclıq içində mübarizə apararaq xilas olmağı bacarıblar. Filmdə onların mübarizəsindən daha çox, həmin müddətdə necə yaşadıqlarına, hansı şəraitdə olduqlarına diqqət yetirmişdim. Orada bir gənc qız da var idi, onun və digər qadınların gigiyenik problemləri filmin əsas xəttini təşkil edirdi.

- Daha sonra diqqətinizi beynəlxalq mövzulara yönəltdiniz...

- Bəli. Daha doğrusu beynəlxalq mövzular AzTV-nin əsas layihələri sırasındadır və mənə təklif oluananda çox sevindim. Afrika qitəsində ilk çəkilişimiz Ruandada oldu. Xocalı faciəsindən təxminən iki il sonra Ruandada da oxşar dəhşətli hadisələr baş vermişdi. Cəmi yüz gün ərzində 1 milyona yaxın insan qətlə yetirilmişdi. İnternetdə bu barədə kifayət qədər məlumat var. Amma hadisələrin baş verdiyi məkanları canlı görmək tamam başqa hiss idi.

"İnsanlar yaşadıqlarını açıq danışmırdı"

- Ruandada hadisələrin izləri hələ də hiss olunur?

- Bəli, çox hiss olunur. Hadisələrin yaşandığı yerlərə getdik, insanlarla ünsiyyət qurduq. Amma hiss olunurdu ki, insanlar daxilində yaşadıqlarını açıq danışmırlar. Orada iki etnik qrup - tutsilər və hutulər bir-birinə qarşı qoyulmuşdu və genosidi hutulər tutsilərə qarşı törətmişdilər. Maraqlıdır ki, bu gün Ruandada insanlar "mən tutsiyəm" və ya "mən hutuyəm" demirlər. Orada yalnız bir anlayış var: "Mən ruandalıyam", pasportlarında da yalnız "Ruandalı" yazılır. Çünki yaşanan faciələrin izləri hələ də cəmiyyətin yaddaşından silinməyib, gözləri önündən getməyib. Məsələn, bir qonşunun oğlu o biri qonşunun qızını, ya anasını qətlə yetirib, bunu hər iki tərəf bilir, amma hər iki tərəf də susur və buna nəcburdurlar. Hətta yaxınlarının harda qətlə yetirildiyini bilmək istəsələr belə soruşa bilmirlər. Dövlət də etnik ayrı-seçkiliyin yenidən gündəmə gəlməsinə imkan vermir.

"Qarşımda travmasını illərlə içində daşıyan qadın vardı"

- Ruandada sizi ən çox təsirləndirən müsahibə hansı olmuşdu?

- Genosid zamanı təxminən 500 min qadın cinsi zorakılığa məruz qalıb. Həmin qadınların arasında bu zorakılıq nəticəsində dünyaya övladlar gətirənlər də var. Biz həmin qadınlardan birini tapdıq və kəndlərin birində onunla müsahibə etdik. Açığı, əvvəlcə çox soyuq danışırdı, daha doğrusu danışmaq istəmirdi. Hiss olunurdu ki, bu mövzu haqqında danışmaqdan yorulub. Mən o zaman söhbətə belə başladım. Dedim ki, ikimiz də eyni yaşdayıq. Mən də qadınam və ətrafımda belə ağrılar yaşamış qadınlar görmüşəm.
Adamyeyənlər qəbiləsindən xilas olan azərbaycanlı jurnalist: "Üstümüzə gəldilər" - MÜSAHİBƏHətta Xocalı facisəi zamanı qızlarımızın başlarına gələn faciələri misal çəkdim. Bu sözlərdən sonra o dayanmadan ağladı və sonra uzun-uzadı danışmağa başladı. Deyirdi ki, dəfələrlə zorakılığa məruz qalıb. Sonradan isə eyni faciləli taleyi yaşamış başqa bir insanla ailə həyatı qurub, üç qızları olub. Daha sonra həyat yoldaşı vəfat edib. Onsuz da saysız faciələr yaşamış bir insanın həyatı uğrunda necə mübarizə apardığını təsəvvür etmək çətindir. Mənim üçün əsas mövzu insan taleyi idi. Çünki genosid yalnız statistik rəqəmlərdən ibarət deyil. Hər birinin arxasında dağılan həyat hekayələri dayanır.

Təbii ki, kütləvi məzarlıqlar, qəbirlər və digər dəhşətli mənzərələr də vardı. Hələ də qətlə yetirilən insanların qalıqları tapılmır. Əslində, Ruandada baş verənlər iki etnik qrup - Tutsilər və Hutulər arasında yaşanmış faciə idi. Amma bu hadisələrin yaranmasına səbəb olan əsas amillərdən biri kimi Fransanın rolu qeyd olunur. Bu istiqamətdə kifayət qədər faktlar və iddialar mövcuddur. Biz də sənədli filmdə məhz təsdiqlənmiş məlumatlara və etibarlı mənbələrə istinad etmişik.

"Ruandada jurnalistlər belə açıq danışmırdı"

- Orada jurnalistlərlə də görüşürdünüz?

- Bəli. Cin adlı bir jurnalist bəzi çəkilişlərdə bizə dəstək oldu. Orda jurnalistlər də genosid haqqında çox açıq danışmaq istəmirlər, ümumi məlumat verirlər.

"Tunis həm Avropanı, həm ərəb dünyasını xatırladırdı"

- İkinci böyük səfəriniz Tunis olmuşdu...

- Bəli, ikinci getdiyim ölkə Tunis idi. Tunis də müəyyən mənada oxşar mövzu idi. Çünki Tunis də uzun illər Fransanın koloniyası olub. Amma açığı, orada işləmək Ruandadan daha çətin idi. Tunislilər bir qədər qapalı cəmiyyət təsiri bağışlayırlar. İnsanlarla əlaqə qurmaq, müsahib tapmaq o qədər də asan deyildi.
Səfər zamanı yalnız siyasi və tarixi mövzulara yox, ölkənin mədəniyyətinə də diqqət yetirdik. Çəkilişlər zamanı Tunis tarixinin izlərini daşıyan qədim məkanlara, xarabalıqlara getdik. Tunis vaxtilə böyük Karfagen imperiyasının mərkəzləri və beşiyi olub. Ümumiyyətlə, Tunis bizi valeh edən ölkələrdən biri oldu. Aralıq dənizinin sahili, qədim küçələr, avropa memarlığının izləri insanda müəyyən mənada Yunanıstanı, İtaliyanı xatırladırdı. Sidi Bou Said şəhərində bu gün də daha çox avropalılar yaşayır, daha doğrusu həm öz ölkələrində, həm də o şəhərdə evləri var. Sonra oxşar mövzuda Əlcəzairdə çəkilişlər etdik. Fransanın Əlcəzairdə törətdiyi cinayətlərdən bəhs edən "Fransaının Əlcəzair cinayətləri"adlı sənədli film təqdim etdik.
Adamyeyənlər qəbiləsindən xilas olan azərbaycanlı jurnalist: "Üstümüzə gəldilər" - MÜSAHİBƏ"Biri saçımı dartdı, digəri üstümə gəldi"

- Keniya və Efiopiyada çəkilişlər zamanı təhlükəli anlar yaşamısınız?

- Bu cür sənədli filmlərə baxan insanlar sadəcə filmi izləyir və təsirlənirlər. Amma tamaşaçının görmədiyi təhlükəli məqamlar da olur ki, o elə kadrdan kənarda da qalır. Məsələn, Efiopiyada qəbilələrin yaşadığı bölgələrdə çəkiliş aparanda bizə xəbərdarlıq etmişdilər ki, bəzi ərazilərə günortadan sonra getmək təhlükəlidir. Yerli bələdçilər deyirdilər ki, bəzi qəbilələr turistlərə hücum edir, hətta adamyeyən qəbilələr də mövcuddur. Efiopiyanın Mursi qəbiləsində çəkiliş edəndə qəbilə üzvləri üstümüzə gəldilər, biri saçımı dartdı, bizdən yemək, sabun istədilər. Son anda polis müdaxilə edib bizi oradan çıxardı. Amma bütün bunlara baxmayaraq, həmin kadrı çəkdik, sonra ordan çıxdıq. Çünki sənədli filmdə ən vacib məsələ real hissi və atmosferi ötürməkdir.

"Mursi qəbiləsində kişilər bəyəndikləri qadını çubuqla vururlar"

- Efiopiyada qəbilələrlə bağlı hansı maraqlı məqamlarla qarşılaşdınız?

- Efiopiyada Mursi qəbiləsində çox fərqli adətlərlə qarşılaşdıq. Sonradan Əddis-Əbəbədə bizə dedilər ki, həmin qəbilədə kişilər bəyəndikləri qadına hisslərini bildirmək üçün onu çubuqla vururlar. Bu, onların adətidir. Mənə qarşı belə davranış olmadı. Zarafatla deyirdim ki, yəqin məni bəyənməyiblər. Mursi qadınlarının görünüşü də çox fərqli idi. Onlar üzlərinə və bədənlərinə xüsusi naxışlar çəkirlər, döymə edirlər. Alt dodaqlarında, qulaqlarında kiçik dəlik açırlar, sonra onun arasına balaca bir çubuq qoyurlar. Hər həftə, hər ay çubuğun ölçüsünü böyüdürlər. İri çubuqlardan istifadə etdikcə qulağın, dodağın halqası uzanır. Onlar üçün bu həm gözəllik, həm də milli kimlik göstəricisidir. İnsanlar yarıçılpaq vəziyyətdə yaşayır, ibtidai şəraitdə həyat sürürlər.
Adamyeyənlər qəbiləsindən xilas olan azərbaycanlı jurnalist: "Üstümüzə gəldilər" - MÜSAHİBƏ"Gecə ilan gördüm və səhərə qədər yata bilmədim"

- Səfərlərdə məişət baxımından da çətinliklər olurdu?

- Mursi qəbiləsinə getmək üçün Efiopiyanın cənub-qərbində, Aşağı Omo Vadisində, Cənubi Sudanla sərhədə yaxın ərazidə yerləşən Cinka şəhərində qaldıq və orda normal hotel yox idi. Axşam həyətdə ilan gördüm və səhərə qədər yata bilmədim. Qapının alt hissəsi açıq idi və qorxurdum ki, ilan içəri girər. Yemək sarıdan da çətinlik çəkdik. Düzdür paytaxt Əddis-Əbəbədə türk restoranında yemək yeyirdik, kənarda, xüsusilə də Cinkada banan, kartof və su ilə kifayətlənirdik. Hətta bir dəfə bizə hörmət əlaməti olaraq çiy ət də təklif etdilər.
Efiopiyada diqqətimi çəkən başqa bir məqam insanların fiziki dözümlülüyü idi. Yerli sakinlər çox enerjili görünürdülər. Bizə deyirdilər ki, heyvan qanı içirlər və bunun insana güc verdiyinə inanırlar.

"Filmlər, səfərlər insanın dünyaya baxışını dəyişir"

- Bu səfərlər sizə jurnalistika haqqında nə öyrətdi?

- Ekstrimal şəraitdə sənədli film jurnalistikası çox fərqlidir. Burada sadəcə müsahibə götürmək kifayət etmir. Hadisəni hiss etməli, onu necə göstərəcəyini bilməli və təhlükə altında işləməyi bacarmalısan. Bu iş həm də ciddi komanda işi tələb edir. Operator, jurnalist, rejissor və montajçı bir zəncirin halqaları kimidir. Həmin zəncirin bir hissəsi zəif olsa, bütün işə mənfi təsir edər.

İndi jurnalistika da dəyişib. Artıq təkcə məlumat ötürmək kifayət etmir. Vizual düşüncə, hekayə qurmaq, hadisəni hiss etdirmək daha önəmli olub. Azərbaycanda da son illər sənədli film jurnalistikasına maraq artır. Əvvəllər Azərbaycan jurnalistləri daha çox yerli mövzularla işləyirdilərsə, indi Afrika, Yaxın Şərq və digər bölgələrə gedərək beynəlxalq, regional mövzular üzərində işləyirlər. Bu da Azərbaycan mediasının artıq dünyaya açıldığını göstərir. Amma bununla yanaşı, peşəkarlıq məsələsi də vacibdir. Jurnalist yalnız kamera qarşısında danışan insan deyil. O, həm müşahidəçi, həm analitik, həm də psixoloji baxımdan güclü biri olmalıdır.
Adamyeyənlər qəbiləsindən xilas olan azərbaycanlı jurnalist: "Üstümüzə gəldilər" - MÜSAHİBƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 755   Tarix: 01 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

TOP MP3