Bu gün "Formula-1" üzrə dünya çempionatında Azərbaycan Qran prisinin ilk günüdür

Bu gün "Formula-1" üzrə dünya çempionatında Azərbaycan Qran prisinin ilk günüdürBakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, səhərin ilk saatlarında artıq "Formula 2" sürücüləri trası sınaqdan keçirəcəklər.

BiG.AZ xəbər verir ki, saat 10:00-da baş tutacaq sərbəst yürüşdə gənc pilotlar sazlanmalar üzərində işləyəcək və yarış üçün strategiyalarını yoxlayacaqlar. Mövsümün sonuna cəmi üç mərhələ qaldığı üçün, çempionluğa iddialı yeddi sürücü arasında mübarizə xüsusilə maraqla gözlənilir.

Saat 12:30-da isə diqqətlər "Formula 1" sürücülərinə yönələcək. Onlar bir saatlıq ilk sərbəst yürüşdə Bakının çətin trasında, xüsusilə də dar 90 dərəcəlik döngələrdə və yeni asfalt örtüklü hissələrdə "Pirelli" təkərlərinin davranışını sınaqdan keçirəcəklər. Toplanacaq məlumatlar mühəndislər üçün yarış strategiyasının qurulmasında həlledici olacaq.

Günün ikinci yarısında "Formula 2" sürücüləri 14:00-da sıralanma turuna çıxacaq və həm sprint, həm də əsas yarış üçün start düzümünü müəyyən edəcəklər. Ardınca, saat 16:00-da "Formula 1" pilotları ikinci sərbəst yürüşdə səhərdən başlayan işlərini davam etdirəcək və sürət limitlərini daha da irəli çəkməyə çalışacaqlar.

Axşam isə azarkeşləri böyük musiqi şousu gözləyir. Elektron musiqinin ən futuristik adlarından biri olan Anyma, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 proqramı çərçivəsində Bakı Kristal Zalında səhnəyə çıxacaq. O, tamaşaçılara reallıqla fantaziyanın sərhədlərini pozan unikal audiovizual performans təqdim edəcək. Anyma-nın çıxışı texnologiya, işıq və musiqinin birləşdiyi unudulmaz bir səyahət vəd edir. Qeyd edək ki, onun şouları artıq "Tomorrowland" və "Coachella" kimi dünyanın ən nüfuzlu festivallarında milyonlarla tamaşaçını valeh edib.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 804   Tarix: 19 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram"

Paytaxtın "Neftçi" klubunun heyətinə yeni qatılan Denzel Jubitana transferi ilə bağlı ilk təəssüratını bölüşüb. xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə "ağ-qaralar"ın mətbuat xidmətinə açıqlamasında deyib. Belçikalı vinger yaşıl meydandakı fərdi oyun üslubundan və bacarıqlarında

29.08.2026 237
.

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır. "Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 17 yaşlı hücumameyilli yarımmüdafiəç

30.08.2026 232
.

Konfransa Liqası: "Qarabağ" Niderlandda "Tvente"yə qalib gəldi

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub. Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşı

21.08.2026 397
.

"Fənərbağça" Çağlar Söyüncü ilə yollarını ayırdı

"Fənərbağça" müdafiəçi Çağlar Söyüncü ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb. 2023/2024 mövsümündə "Fənərbağça"ya qoşulan Çağlar Söyüncü klubun heyətində 75 matça çıxaraq dörd qol vurub və ü

06.09.2026 203
.

"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib

Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar

12.09.2026 138
.

"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib

Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib. "Report"un məlumatına görə, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib. Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığ

06.09.2026 267
.

Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza

Misli Premyer Liqasının I turunun "Sumqayıt" - "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Təcavüzka

20.08.2026 422
.

"LANDAU Lions" Rəsul Məmmədzadə ilə müqavilənin müddətini uzadıb

"LANDAU Lions" basketbol klubu 19 yaşlı oyunçusu Rəsul Məmmədzadə ilə müqavilənin müddətini daha 1 il uzadıb. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Boyu 192 sm olan və "shooting guard" mövqeyində çıxış edən gənc basketbolçu ötən ay Azərbaycanı

22.08.2026 310
.

"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb

"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçun

30.08.2026 300
.