Ev heyvanları ilə bağlı cərimələr və qadağalar – nəyi bilməlisiniz?
Azərbaycanda da son illər evdə heyvan saxlayanların sayı artmaqdadı. Bunun bir səbəbi də sosial şəbəkələrdə ev heyvanları, ümumiyyətlə, heyvanlara qarşı qəddar münasibəti əks etdirən videoların yayılmasıdır.
İstər-istəməz insan hansısa bir canlıya qarşı qəddarlığı qəbul edə bilmir. Bu da heyvanlara qarşı xeyirxahlığı şərtləndirir.
Amma bu da faktdır ki, mənzildə heyvan bəslənməsinə bəzən qonşular mənfi münasibət bəsləyir, hətta heyvanın mənzildən çıxarılmasını da tələb edirlər. Bu isə adətən mənzildə saxlanan heyvan ətrafda natəmizlik yaratdıqda, yaxud yerli-yersiz səs çıxarıb qonşuları narahat etdikdə baş verir.
Ümumiyyətlə, mənzildə heyvan saxlamağın qaydaları varmı? Və bu, necə tələb edilə bilər?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, ev heyvanlarının saxlanılması qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsi ilə məsuliyyət yaradır. Belə ki, it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına görə iki yüz manat məbləğində cərimə edilir:
"Bu əmələ görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə üç yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Ancaq burada baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaq lazımdır.
Bu, Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nda müəyyən edilib.
Həmin normanın tələblərində müəyyən məhdudiyyətlər və ev heyvanı saxlayan şəxslər üçün vəzifələr təsbit olunub. Belə ki, ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməli, heyvana lazımi səviyyədə yem və su verməli, nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli, ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı və s. vəzifələrə əməl etməlidir.
Bundan başqa heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalı, sağlamlığına zərər vura biləcək üsullarla təlim edilməməlidir.
Ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması, ictimai iaşə müəssisələrində, qida məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaqlar üçün sosial xidmət müəssisələrində saxlanması və gəzdirilməsi də qadağandır.
Qaydaların pozulmasına görə nəzarəti isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi dövlət sanitariya nəzarəti, daxili işlər və yerli icra hakimiyyəti orqanları həyata keçirir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1099 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?
"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlükləri
11:55 172 Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını
16:26 231 Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb
14:43 236 Dostluğun təntənəsi
"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı
15:59 152 Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB
Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi
18:45 69 Türkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur
Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin "Avaza" milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliy
12:16 218 Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c
18:30 91 Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası
2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə
13:32 333 Təhsildə dünyəvilik və geyim qaydaları: Müasir yanaşma
Təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması və vahid geyim qaydalarının tətbiqi bəzən eyni mövzu çərçivəsində müzakirə edilir. Lakin bu iki anlayışın məqsədləri fərqlidir. Dünyəvilik tədrisin elmi əsaslarla aparılmasını və dövlət təhsilinin dini baxımdan neytral olmasını nəzərdə tutur. Məktəbl
17:56 139