Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?

Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlüklərin birləşdirilməsi enerji, logistika və tranzit sahələrində yeni perspektivlər aça bilər".

Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

O, qyd edib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri Xəzər dənizi vasitəsilə enerji resurslarının və yüklərin daşınmasının genişləndirilməsidir. Türkmənistan qazının Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması mümkün olarsa, ölkəmiz həm tranzit gəlirlərini artıra, həm də Avropanın enerji təchizatında rolunu gücləndirə bilər. Bununla yanaşı, Türkmənistanın neft-kimya və digər sənaye məhsullarının Azərbaycan vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxarılması da əlavə iqtisadi imkanlar yarada bilər:
Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?"Türkmənistanla əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşdırılması məqsədəuyğun olmazdı. Kənd təsərrüfatı, tekstil, kimya sənayesi, logistika, gəmiçilik və rəqəmsal iqtisadiyyat sahələrində birgə müəssisələrin yaradılması üçün geniş imkanlar mövcuddur. Bu cür təşəbbüslər qarşılıqlı investisiyaların artmasına, yeni iş yerlərinin açılmasına və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verə bilər.
Türk dünyası daxilində iqtisadi inteqrasiyanın gücləndirilməsi isə daha geniş regional nəticələrə yol aça bilər. Azərbaycan Mərkəzi Asiya ilə Türkiyə arasında mühüm logistika və enerji qovşaqlarından birinə çevrilmək potensialına malikdir. Orta Dəhlizin genişləndirilməsi, Xəzər dənizi üzərindən yükdaşımaların artırılması və gömrük prosedurlarının sadələşdirilməsi ölkəmizin regional ticarətdə mövqeyini daha da möhkəmləndirə bilər.
Əsas məqsəd yalnız ticarət dövriyyəsini artırmaq deyil, həm də birgə istehsalın təşviqi, qarşılıqlı investisiyaların genişləndirilməsi və regional dəyər zəncirlərinin formalaşdırılması olmalıdır. Bu istiqamətlərdə konkret nəticələr əldə edilərsə, Türk dünyası ilə iqtisadi əməkdaşlıq Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft gəlirlərinin artırılmasına və regional iqtisadi mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 798   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq

Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Apte

23.11.2026 202
.

Kəlbəcər azadlığının 6-cı ilində

25 noyabr Azərbaycanda Kəlbəcər Şəhər Günüdür. Bu gün işğalçı Ermənistanla müharibədə qazandığımız böyük Zəfərdən sonra tariximizə yazılmış şanlı günlərdən biridir. 2020-ci ilin noyabrın 10-da cəbhədə işğalçı ordusu darmadağın olmuş Ermənistan kapitulyasiya aktını imzalamağaməcbur oldu. Üçtərəfli bəyanat

23.11.2026 276
.

Alim Qasımovun "GTA 6" uğurunun pərdəarxası - Meneceri danışdı

Xalq artisti, xanəndə Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifalarının dünyanın məşhur videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilməsi ilə bağlı bəzi detallar məlum olub. Xanəndələrin meneceri İlkin Robin Qaynarinfo-ya açıqlamasında bildirib ki, "GT

23.11.2026 239
.

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr

23.11.2026 198
.

Kəlbəcərdə ən müasir infrastruktur qurulur

25 noyabr - Kəlbəcər şəhər günüdür. Ölkəmizin ən böyük rayonu olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb

23.11.2026 324
.

Yardımlıda tutulan məmurların məhkəməsi BAŞLAYIR

Yardımlı Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin istintaqı yekunlaşıb. APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Yardımlı rayon Məhkəməsinə təqdim olunub. İş üzrə məhkəmə iclası yaxın zamanlarda başlayacaq. Qeyd edək ki, Baş prokuror yanınd

23.11.2026 206
.

Çində dünyanın ən böyük elektrikli yük gəmisi hazırlandı

Çin mütəxəssisləri 23.5 meqavat-saatlıq akkumulyatorla təchiz olunmuş, dünyada ən böyük elektrikli quru yük gəmisini ərsəyə gətiriblər. xəbər verir ki, bu barədə "Naked Science" portalı məlumat yayıb. Uzunluğu 129.9 metr təşkil edən və standart yanacaq növündən imtina edən "BRF Froan"

23.11.2026 144
.

Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI

Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağ

23.11.2026 267
.

Tacı əlindən alınan model gənc qızlara səsləndi

Futbolçu Salih Uçanın gözəllik kraliçası sevgilisi Alara Eriç "Miss Universe" müsabiqəsinə qatılmaq üçün yola düşməsinin ləğv edilməsi və tacının geri istənilməsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, model yayımladığı videoda bu cür yarışmalara qatılmaq arzusunda olan gənc qızlar

23.11.2026 211
.