"Azərbaycan 12 illik təhsil modelinə hazırlaşmalıdır" - Kamran Əsədov

"Azərbaycan 12 illik təhsil modelinə hazırlaşmalıdır" - Kamran Əsədov"Orta məktəblərin 10 illik sistemə keçirilməsi məsələsi təhsildə ciddi müzakirə tələb edən mövzudur. Bu ideya səslənəndə ilk baxışda vaxt itkisini azaltmaq, gəncləri daha tez ali məktəbə və ya əmək bazarına yönəltmək kimi görünə bilər. Amma dərin təhlil göstərir ki, belə bir addım strateji baxımdan ölkə təhsilinin zəifləməsinə, beynəlxalq müqayisədə daha da geridə qalmasına səbəb olacaq. Elm və Təhsil Nazirliyi illərdir yalnız forma ilə məşğuldur, məzmuna toxunmur. Təhsil proqramlarının keyfiyyəti, dərsliklərin məzmunu, müəllimlərin peşəkarlığı kimi əsas məsələlər diqqətdən kənarda qalır. Nazirlik real plan və proqnoz təqdim etmir, yalnız illərin sayı ilə oynamaqla problemi həll edə biləcəyini düşünür. Bu isə sadəcə vaxt udmaq cəhdidir və mahiyyətcə heç nəyi dəyişmir".

Bu sözləri təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib.

O qeyd edib ki, 10 illik sistemə keçid məsləhətli deyil. Azərbaycan yalnız mövcud 11 illik sistemin məzmununu gücləndirməli və mərhələli şəkildə 12 illik modelə hazırlaşmalıdır:

"Hazırkı qanunvericiliyə nəzər salaq. "Təhsil haqqında" Qanunun 15-ci maddəsinə əsasən, ümumi orta təhsil tam orta təhsil ilə birlikdə 11 illik dövrü əhatə edir. Yəni 11 illik model dövlət tərəfindən qanunla təsbit olunub. Bu, təsadüfi deyil, çünki Azərbaycan "Boloniya prosesi"nin iştirakçısıdır və beynəlxalq öhdəliklərə görə orta məktəb təhsili ən azı 11–12 illik olmalıdır. Əks halda, bizim attestatlar Avropada tanınmayacaq. Deməli, 10 illik sistemə keçmək təkcə daxili deyil, həm də beynəlxalq səviyyədə ölkənin maraqlarına zidd addım olar.

Statistik göstəricilər də vəziyyətin risklərini ortaya qoyur. 2024-cü ilin qəbul prosesində 131 min abituriyent sənəd verib, amma onlardan yalnız 57 mini ali məktəblərə qəbul olunub. Yəni təxminən 70 min nəfər orta məktəbi bitirdikdən sonra ya təhsildən kənarda qalır, ya da başqa yollar axtarır. Əgər sistem 10 illiyə endirilsə, bu rəqəm daha da artacaq. 9-cu sinfi bitirənlərin 35–40 faizinin artıq təhsildən uzaqlaşdığı şəraitdə 10 illik sistem həmin faiz göstəricisini daha da yüksəldəcək. Bu isə nə insan kapitalının inkişafına, nə də ölkənin gələcək işçi qüvvəsinin keyfiyyətinə xidmət edəcək.

Dünya təcrübəsinə baxanda açıq şəkildə görünür ki, inkişaf etmiş ölkələr təhsilin müddətini qısaltmır, əksinə, uzadır. Türkiyə 2012-ci ildən 12 illik məcburi təhsil tətbiq edir. ABŞ və Avropa ölkələrinin böyük əksəriyyətində məktəb 12 illikdir. Koreya, Yaponiya, Sinqapur kimi təhsil sistemi uğurlu ölkələrdə də 12 illik model əsasdır. Finlandiya – hansı ki, PISA nəticələrinə görə dünyanın liderlərindən biridir – uzunmüddətli, ardıcıl və keyfiyyətli təhsil proqramı ilə fərqlənir. Azərbaycan isə hələ mövcud 11 illik sistemdə belə PISA 2022 nəticələrində OECD ortalamasından 80–100 bal geridədir. Oxu üzrə 359, riyaziyyat üzrə 387, təbiət elmlərində 392 bal toplamaqla biz dünya miqyasında ən aşağı pillələrdən birindəyik. Belə reallıqda illərin sayını azaltmaq bu nəticələri daha da pisləşdirəcək.

Bəli, 10 illik sistemin tərəfdarları deyə bilər ki, gənclər daha tez universitetə daxil olacaq və ya əmək bazarına atılacaq. Amma Azərbaycan əmək bazarı gəncləri bu yaşda qəbul etməyə hazır deyil. Nə peşə məktəbləri, nə də kolleclər onların inkişafına yetərli alternativ təklif etmir. Universitetlər isə akademik boşluqla gələn bu gənclərin səviyyəsini qaldırmaqda çətinlik çəkəcək. Nəticədə keyfiyyətsiz kadrlar ordusu formalaşacaq və "diplomlu işsizlik" daha da artacaq.

Müsbət tərəf kimi yalnız vaxt qazanmaqdan danışmaq olar, amma bu "qazanc" gerçəkdə itkiyə çevriləcək. Çünki keyfiyyətli insan kapitalı olmadan iqtisadiyyatın inkişafı mümkünsüzdür. Əgər məqsəd doğrudan da vaxtdan səmərəli istifadədirsə, onda 11 illik təhsilin məzmununu gücləndirmək, dərslikləri yeniləmək, müəllim hazırlığını gücləndirmək, məktəblərdə intizamı bərpa etmək və şagirdlərin təhsilə marağını artırmaq daha doğru yoldur.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir marifləndirmə işi aparmır. Valideynlərə və cəmiyyətə izah edilmir ki, niyə 11 illik sistem vacibdir, 10 illiyə keçid hansı riskləri doğuracaq. Nazirlikdə strateji baxış yoxdur, yalnız gündəlik idarəçiliklə kifayətlənirlər. Halbuki təhsil siyasəti uzunmüddətli proqnozlara əsaslanmalıdır. 5–10 ildən sonra ölkənin əmək bazarı hansı kadrları tələb edəcək, məktəb məzunlarının hansı bilik və bacarıqlara sahib olması zəruridir – bu sualların cavabı yoxdur.

Bütün bunlara görə, 10 illik sistemə keçid məsləhətli deyil. Azərbaycan yalnız mövcud 11 illik sistemin məzmununu gücləndirməli və mərhələli şəkildə 12 illik modelə hazırlaşmalıdır. Təhsil müddətinin azaldılması əvəzinə, keyfiyyətin artırılması əsas prioritet olmalıdır. Əks halda, təhsil sadəcə formal diplom paylama prosesinə çevriləcək və ölkənin gələcəyi daha da risk altına düşəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uçuş zamanı zədələnmiş baqaja görə kompensasiyanı necə almaq olar?

Bir çox turist qeydiyyatdan keçmiş baqajın itməsi və ya zədələnməsi qorxusuna görə yalnız əl yükü ilə səyahət etməyə üstünlük verir. Lakin çamadanı baqaja vermək qaçılmaz olduqda belə, sərnişinlərin kompensasiya almaq hüququ var. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə

03.06.2026 178
.

Neft qiymətləri üçüncü gündür yüksəlir

Neft qiymətləri çərşənbə günü üçüncü gündür ki, yüksəlir və ABŞ-İran sülh danışıqlarının dayandırılmasından sonra Körfəzdə yeni düşmənçiliklər alovlandığı üçün dollar 160 yen baryerini aşmaq üzrə idi. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Brent markalı xam neftin fyuçersləri 1% artaraq bir bare

03.06.2026 184
.

Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadasının sentyabr ayına qədər davam edə biləcəyini deyib. O, bu barədə "The New York Post"un "Pod Force One" proqramına müsahibəsində bildirib. "Mən bilmirəm, belə bir şey ola bilər. Amma məncə bu, az ehtimal olunur. Düşünürə

03.06.2026 116
.

Paşinyandan Volodinə cavab: Ermənistanın özündə işçi qüvvəsi çatışmır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə, xüsusilə tikinti sektorunda işçi qüvvəsi çatışmazlığının müşahidə olunduğunu bildirib və vətəndaşları xaricə deyil, ölkə daxilində iş axtarmağa çağırıb. Bizim.Media xəbər verir ki, Gegarkunik vilayətində keçirilən seçki kampaniyası zamanı çıxış edən Paşinya

03.06.2026 142
.

Cəlilabadda qadın qətlə yetirildi - Şübhəli baldızı oğludur

Cəlilabadda qətl hadisəsi törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, orta yaşlı qadın aldığı ağır xəsarətlərdən həyatını itirib. İlkin məlumata görə, hadisəni törədən Anar adlı şəxs mərhumun baldızı oğludur. Hadisədən sonr

03.06.2026 181
.

İkinci qızı dünyaya gəldi

Tanınmış teleaparıcı Yelena Sidorenkonun qızı dünyaya gəlib. Axşam.az xəbər verir ki, aparıcı bununla bağlı paylaşım edib. O, xəstəxanadan görüntüsünü yayımlayaraq "Qızımız, bu dünyaya xoş gəldin. İnşallah, şanslı olacaqsan" sözlərini yazıb. Qeyd edək ki, aparıcının bir qız övladı da var

03.06.2026 320
.

Müəllimə güzəşt vədi: Həqiqi dəstək, yoxsa görüntü?

"Müəllimlərin və təhsil işçilərinin sosial rifahını yaxşılaşdırmaq adı altında təqdim edilən "Təhsil+" loyallıq kartları ətrafındakı müzakirələr rəsmi vədlərlə real şübhələrin toqquşma nöqtəsinə çevrilib. Bu kartlar kağız üzərində müəllimlərə supermarketlərdən apteklərə, klinikalarda

03.06.2026 154
.

72 min manatlıq mənzil, 533 manatlıq aylıq ödəniş: Vətəndaşın gücü çatırmı?

"MİDA mənzillərinin əldə olunması üçün nəzərdə tutulan güzəştli ipoteka proqramı vətəndaşlara daha sərfəli şərtlərlə mənzil sahibi olmaq imkanı yaradır. Proqram çərçivəsində ilkin ödəniş minimum 10 faiz, illik faiz dərəcəsi isə 4 faizdən başlayır. Kreditin müddəti 30 ilədək müəyyən edilə bilər

03.06.2026 748
.

Türkiyədə növbəti zəlzələ - Kahramanmaraş silkələndi

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. "Yeni Sabah" xəbər verir ki, yeraltı təkanlar vilayətin Pazarcık rayonunda baş verib. Məlumata görə, zəlzələnin maqnitudası 4,4 olub. Təbii hadisə yerli vaxtla saat 13:12-də, təxminən 12 kilometr dərinlikdə qeydə alınıb. pizza sifarişi

03.06.2026 174
.

TOP MP3