50+ yaşında tələbə adı qazananların karyera imkanları nə qədər realdır?

50+ yaşında tələbə adı qazananların karyera imkanları nə qədər realdır?Bu il ali təhsil müəssisələrinə qəbul nəticələrində diqqət çəkən məqamlardan biri 50 və daha yuxarı yaşlı insanların tələbə adını qazanması oldu. İlk baxışda bu hal bir çoxlarına təəccüblü görünə bilər: karyera baxımından bu yaş həqiqətənmi gecdir, yoxsa sadəcə insanların arzularının ürəklərində qalmaması üçün atılmış addımdır?

Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib ki, əmək bazarında reallıq sərtdir. 50 yaşdan sonra yeni karyera qurmaq imkanları məhduddur. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2024-cü ildə məşğulluqda olanların 6 faizi ali təhsili 40 yaşdan sonra başa vurmuş şəxslərdir və onların əksəriyyəti artıq mövcud sahədə işləyənlərdir. Yəni yeni diplom daha çox status və şəxsi ambisiya xarakteri daşıyır, iqtisadi baxımdan əlavə imkanlar yaratmır. Müsbət tərəfi ondan ibarətdir ki, bu yaşda universitetə daxil olan insanlar həm övladlarına, həm də cəmiyyətə nümunə göstərirlər. Onların "öyrənmək üçün heç vaxt gec deyil" mesajı sosial baxımdan böyük dəyər daşıyır:

"Əslində məsələ daha dərin və çoxşaxəlidir. Təhsil sistemində uzun illər formalaşmış yanlış stereotiplər göstərir ki, universitet sadəcə gənclərin yolu kimi təqdim olunur. Halbuki, "Təhsil haqqında" Qanunda təhsil alanın yaşı ilə bağlı heç bir məhdudiyyət yoxdur və orada açıq şəkildə "təhsil hər bir vətəndaşın ömür boyu hüququdur" müddəası təsbit olunub. Yəni dövlətin qanuni öhdəliyi vətəndaşlara istənilən yaşda təhsil almaq imkanı yaratmaqdır. Amma praktiki planda vəziyyət fərqlidir: Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə maarifləndirmə aparır, nə də yaşlıların təhsilinə yönəlik xüsusi mexanizmlər qurur.

Statistika göstərir ki, hər il qəbul olunan tələbələr arasında 50+ yaşlıların sayı çox azdır, yüzdə bir faizdən də aşağı təşkil edir. Onların böyük qismi müəllimlik, hüquq, psixologiya və sosial sahələr kimi ixtisaslara üz tutur. Çünki bu ixtisaslar həm şəxsi maraqlarını təmin etməyə imkan verir, həm də nisbətən sosial mövqeyə uyğunlaşma şansı saxlayır. Amma əmək bazarında reallıq sərtdir. 50 yaşdan sonra yeni karyera qurmaq imkanları məhduddur. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2024-cü ildə məşğulluqda olanların 6 faizi ali təhsili 40 yaşdan sonra başa vurmuş şəxslərdir və onların əksəriyyəti artıq mövcud sahədə işləyənlərdir. Yəni yeni diplom daha çox status və şəxsi ambisiya xarakteri daşıyır, iqtisadi baxımdan əlavə imkanlar yaratmır.

Müsbət tərəfi ondan ibarətdir ki, bu yaşda universitetə daxil olan insanlar həm övladlarına, həm də cəmiyyətə nümunə göstərirlər. Onların "öyrənmək üçün heç vaxt gec deyil" mesajı sosial baxımdan böyük dəyər daşıyır. Avropa İttifaqı ölkələrində ömürboyu təhsil siyasəti bu fəlsəfə üzərində qurulub. Məsələn, Almaniyada universitet tələbələrinin təxminən 8 faizi 30 yaşdan, 2 faizi isə 50 yaşdan yuxarıdır. ABŞ-da "non-traditional students" kateqoriyası 40, 50, hətta 60 yaşlı insanları da əhatə edir və onların sayı ümumi tələbə kütləsinin 15 faizinə qədər yüksəlir. Bu ölkələrdə universitetlər xüsusi proqramlar, çevik tədris formatları və kredit sistemləri ilə yaşlı insanların təhsilini dəstəkləyir. Azərbaycanda isə nəinki belə proqramlar yoxdur, hətta Elm və Təhsil Nazirliyi bu reallığı ictimaiyyətə təqdim etmir, gənclərlə yanaşı yaşlıların da təhsilə cəlb olunması üçün sistemli siyasət aparmır.

Mənfi tərəf ondan ibarətdir ki, bu addım çox vaxt şəxsi məmnuniyyət səviyyəsində qalır. Dövlət bu prosesi stimullaşdırmır, yaşlı tələbələrə sosial güzəştlər, təqaüdlər və ya təhsil kreditləri ilə dəstək verilmir. Təhsil Tələbə Krediti Fondu formal olaraq hər kəsə açıq olsa da, 50+ yaşlıların bu imkanlardan istifadə etməsi faktiki olaraq qeyri-mümkündür. Ən əsası isə, Nazirliyin planı yoxdur: nə qədər yaşlı insan təhsil alır, onların hansı sahələrdə oxuması daha məqsədəuyğundur, məzun olduqdan sonra hansı nəticələri əldə edirlər – bütün bu suallar cavabsız qalır. Halbuki dövlət bu prosesi izləməli, nəticələri ictimaiyyətə açıqlamalı və ömürboyu təhsili real siyasətə çevirməlidir.

Elm və Təhsil Nazirliyi bu məsələdə də özünü formal hesabatlarla məhdudlaşdırır. Onlar yalnız statistik rəqəmləri açıqlayır, amma dərin təhlil aparmır. Qrant layihələri adı ilə müxtəlif proqramlar elan olunur, amma nəticəyə yönəlik təsir mexanizmi yoxdur. Təhsil siyasətinə ayrılan resursların böyük qismi hədər gedir, çünki prioritet və strategiya yoxdur. Nazirlik yaşlı insanların təhsilinə dair heç bir maarifləndirmə işi aparmır, proqnoz hazırlamır, yol xəritəsi təqdim etmir. Bu səbəbdən də cəmiyyətin böyük bir hissəsində təhsilə maraq azalır. İnsanlar anlayır ki, dövlətin məqsədi real nəticə yox, rəqəmlərlə hesabat verməkdir.

Dəyişməli olan odur ki, ömürboyu təhsil siyasəti konkret proqramlarla təmin edilsin. Universitetlərdə axşam bölmələri, qısamüddətli diplom proqramları, çevik kredit sistemi məhz yaşlı auditoriyanı hədəfləməlidir. Təqaüd mexanizmləri yaşlı tələbələr üçün də nəzərdə tutulmalı, dövlət onların əlavə təhsil xərclərini qismən kompensasiya etməlidir. Ən əsası isə Elm və Təhsil Nazirliyi bu istiqamətdə ictimaiyyətə açıq planlar və proqnozlar təqdim etməlidir. Əks halda, indiki kimi təsadüfi hallarda 50 yaşlı insanların tələbə olması yalnız fərdi hekayə olaraq qalacaq, ölkə səviyyəsində isə heç bir dəyişiklik yaratmayacaq. Təəssüf ki, Nazirliyin fəaliyyəti hazırda məhz bu vəziyyəti – təhsilin ictimai nüfuzunu məhv etməyi və insanların marağını azaltmağı stimullaşdırır. Qrantların göyə sovrulması, nəticəsiz layihələr, formal hesabatlar sistemin əsas problemidir. Təhsil sahəsində ümidlər hələ də insanların şəxsi iradəsinə söykənir, dövlətin siyasətinə yox".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 26 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.