Rəqəmsal zəkanın qızıl qiyməti: Süni intellekt tərtibatçıları Openheymerdən 327 dəfə çox qazanır
Süni intellekt mütəxəssislərinin gəlirləri atom bombasının yaradıcısı Robert Openheymerin qazancını artıq 327 dəfə üstələyir.
Oxu.Az bu barədə "Baza" "Telegram" kanalına istinadla xəbər verir.
Bildirilir ki, tərkibində sosial şəbəkələr və mesencerlər olan transmilli texnologiya holdinqi 24 yaşlı süni intellekt tədqiqatçısı Mett Deytkeyə dördillik 250 milyon dollar dəyərində müqavilə təklif edib. Müqaviləyə əsasən, artıq ilk il üçün ona 100 milyon dollar ödənilə bilər.
Mett Deytke daha əvvəl multimodal süni intellekt sistemi olan "Molmo"nun yaradılmasına rəhbərlik edib. Onun şəkil, səs və mətni emal edən alqoritmlərlə bağlı təcrübəsi, bu sahədə innovasiyalara ciddi səy göstərən və şirkətin həmtəsisçisi olan media maqnatı Mark Zukerberq üçün xüsusi əhəmiyyət daşıyır.
Müqayisə üçün: Atom bombası layihəsi olan "Manhetten" proqramının rəhbəri Robert Openheymer ildə cəmi 10 min dollar maaş alırdı ki, bu da inflyasiyanı nəzərə alsaq, bu gün təxminən 191 min dollara bərabərdir. Aya qədəm qoyan ilk astronavt Nil Armstronqun da illik qazancı indiki hesablamalarla 244 min dollar olub. Deytkenin illik qazancı isə NBA ulduzlarının gəlirləri ilə müqayisə edilə bilər: məsələn, Lebron Ceyms 2025-ci ildə 133.8 milyon dollar, Stef Karri isə 156 milyon dollar qazanacaq.
Bu astronomik məbləğlər texnologiya nəhənglərinin süni ümumi intellekt (AGI və ya fövqəlzəka) sahəsində liderliyə can atması ilə izah olunur. İT şirkətləri bu yarışda üstünlük qazanmaq üçün ən bacarıqlı mütəxəssisləri cəlbedici şərtlərlə öz komandalarına qatmağa çalışırlar.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 540 Tarix: 10 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonların bu funksiyalarından çoxları xəbərsizdir
Müasir smartfonlar onlarla müxtəlif imkanlarla təchiz olunsa da, istifadəçilərin əksəriyyəti cihazlarının yalnız kiçik bir hissəsindən istifadə edir. Texnologiya sahəsi üzrə mütəxəssislər smartfon sahiblərinin ən çox diqqətdən kənarda qoyduğu faydalı funksiyaları açıqlayıblar. xarici mediaya istinadl
14.06.2026 257 Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
Yay aylarının sevimli ləzzəti olan qarğıdalı seçmək bir çox insan üçün çətindir, çünki qarğıdalının xarici yarpaqlarla tam örtülü olması içindəki dənələrin vəziyyətini görməyə mane olur. Çox vaxt ən yaşıl yarpaqlı qarğıdalını seçərək ən yaxşısını aldığımızı düşünürük, lakin evə gəldikdə dadı olmayan
20.06.2026 235 "Maşa və Ayı"nın yeni mövsümlərini "Netflix" yayımlayacaq
"Netflix" rus istehsalı olan "Maşa və Ayı" cizgi serialının yeni mövsümlərinin yayım hüquqlarını alıb. Axşam.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb. Platforma eyni zamanda serialın əvvəlki bölümləri və spin-off layihələrinin yayımı ilə bağlı müqaviləni d
20.06.2026 200 Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
21.06.2026 424 Şarj cihazı daim qoşulu olarsa, nə baş verir?
Mütəxəssislər istifadə edilməyən şarj cihazlarının elektrik yuvasına qoşulu vəziyyətdə saxlanılmasının bəzi hallarda ciddi təhlükələr yarada biləcəyini bildirirlər. Onların sözlərinə görə, bu vərdiş həm yanğın riskini artıra, həm də lazımsız enerji sərfiyyatına səbəb ola bilər. Evlərdə telefon, noutbu
21.06.2026 226 Göyərtini bir həftədən çox təzə saxlamağın yolu
Yay aylarında cəfəri, şüyüd və ya keşniş kimi göyərtiləri təzə saxlamaq bir çox evdar qadın üçün ciddi problemə çevrilir. Zərif quruluşa və yüksək nəm tərkibinə malik olduqları üçün təzə göyərtilər hətta soyuducuda saxlanıldıqda belə ikinci və ya üçüncü gündə solmağa və çürüməyə başlayır. Restoranlard
14.06.2026 342 Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul
Zaman keçdikcə hətta keyfiyyətli ətçəkənlər də əvvəlki kimi işləmir. Əti doğramaq əvəzinə əzir, mexanizm tez-tez tutulur, işləmə zamanı əlavə səs yaranır və əti çəkmək üçün daha çox güc tələb olunur. Bunun ən geniş yayılmış səbəbi bıçağın və tor hissəsinin kütləşməsidir. bu üsulları təqdim edir:. Xoşbəxtlikdən
14.06.2026 435 Avadanlıq icarəsi Xidmetler.AZ saytında
Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi
25.06.2026 2957 Evinizdən çiçək iyi gəlir, ciyərlərimiz "əldən gedir" - Ətirli spreylərin təhlükələri - ARAŞDIRMA
İllərdir təmizlik dedikdə ağlımıza ilk gələn şeylərdən biri xoş qoxudur. Evə daxil olan kimi hiss edilən lavanda, limon, vanil və ya okean mehini xatırladan ətirlər insanlarda təmizlik təəssüratı yaradır. Elə buna görə də milyonlarla insan hər gün otaq spreylərindən, avtomatik hava təravətləndiricilərindən
21.06.2026 211