Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır
Qidalanmanın insan sağlamlığına və həyat keyfiyyətinə təsiri çoxsaylı araşdırma mövzusudur. Tədqiqatlar təsdiqləyib ki, ev şəraitində hazırlanmış yeməklər sağlam qidalanma prinsiplərinə tam uyğun gəlməsə də, orqanizmə daha az ziyan vurur. Hətta bəzi hallarda pis vərdişlərə aludəçilik qidalanma pozuntularının göstəricisi kimi qəbul edilir.
Süd, eləcə də bərk və yarımbərk qidalar uşaqların həyatının ilk illərində normal böyümə və inkişaf üçün zəruridir. Əgər orqanizm kifayət qədər zəruri qida maddələri qəbul etmirsə, uşağın ehtiyacları qarşılanmır. Qidalanmanın keyfiyyətini nəzarətdə saxlamaq və ona təsir etmək üçün əvvəlcə nə qədər uşağın natamam qidalandığını müəyyənləşdirmək vacibdir.
Lent.az xəbər verir ki, bu məqsədlə Harvard Universitetinin bir alimi 92 inkişaf etməkdə olan ölkədəki uşaqlarla bağlı məlumatları araşdırıb.
Elmi iş "JAMA Network Open" jurnalında dərc olunub.
Elmi məqalənin müəllifi "natamam qidalanan uşaqlar" və ya "zero-food children" anlayışını təqdim edib. O, bu anlayışla 6–23 aylıq, son 24 saat ərzində nə heyvan mənşəli süd, nə süni süd qarışıqları, nə də bərk və ya yarımbərk qida qəbul etməyən uşaqları nəzərdə tutmağı təklif edib. Tədqiqatda milli səviyyədə təmsilçilik qabiliyyəti olan ailə məlumatları təhlil olunub və bu məlumatlar 6 aydan yuxarı, iki yaşdan kiçik uşaqlara aiddir. Məlumatlar demoqrafiya və səhiyyə sahəsində aparılmış araşdırmalar zamanı toplanıb.
Alimin istifadəsində, həmçinin 2010-cu il mayın 20-dən 2022-ci il yanvarın 27-dək 92 aşağı və ortagəlirli ölkədə aparılmış sorğuların nəticələri olub. Tədqiqatçı uşaqların qidalanmasına dair məlumatları həm müqayisə edilə biləcək formaya salıb, həm də etibarlılığını qoruyub saxlayıb. Nəticədə 276 379 uşaq barədə məlumat formalaşıb və onların 51,4 faizi oğlan olub.
Ümumi nümunə üzrə "zero-food" uşaqların ehtimal olunan payı 10,4 faiz təşkil edib. Ayrı-ayrı ölkələrdə bu göstərici ciddi fərqlənib, məsələn, Kosta-Rikada cəmi 0,1 faiz, Qvineyada isə 21,8 faiz olub. Son 24 saat ərzində heyvan mənşəli süd, süd qarışıqları və ya bərk/yarımbərk qida qəbul etməyən uşaqların ən çox rast gəlindiyi bölgələr Qərbi və Mərkəzi Afrika (ümumi yayılma – 10,5 faiz) və Cənubi Asiya (15,7 faiz) olub.
Məqalə müəllifi vurğulayıb ki, aşağı və ortagəlirli ölkələrdə uşaqlar üçün ərzaq təhlükəsizliyi təmin olunmalıdır. Tədqiqatın diqqət mərkəzində olan yaş dövrü uşağın sağlam inkişafı üçün kritik əhəmiyyətə malikdir.
Məqalədə təklif olunur ki, yüksək qida dəyərinə malik məhsullara çıxış genişləndirilsin, analar və qəyyumlar düzgün qidalandırma ilə bağlı maarifləndirilsin, eləcə də səhiyyə sistemi möhkəmləndirilsin. Alim qeyd edib ki, hər bir ölkənin mədəniyyəti və cəmiyyətin xüsusiyyətləri nəzərə alınmalıdır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 871 Tarix: 03 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423