Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi
Şimali Amerika və Avropada yaşayan "Nasonia vitripennis" növünə aid miniatür parazit arılar yumurtalarını milçəklərin puparilərinə (içində pup olan yetkin sürfə dərisinə) qoyurlar və onların sürfələri burada inkişaf edir. Qısa ömür dövrü (təxminən bir ay), kiçik ölçüləri (cəmi 2–3 millimetr) və laboratoriya şəraitində asan artırılması bu həşəratları genetika və epigenetika sahəsində tədqiqatlar üçün əlverişli model orqanizminə çevirib.
Bu arılar xüsusilə ona görə dəyərlidir ki, onlarda gen ifadəsini tənzimləyən DNT molekulunun modifikasiyası olan DNT metilasiyası mövcuddur. Bu mexanizm qocalmanın, gen tənzimlənməsinin və ətraf mühitin genə təsirinin öyrənilməsinə imkan verir. Məsələn, meyvə milçəklərində bu mexanizm ya zəif inkişaf edib, ya da ümumiyyətlə yoxdur.
Ətraf mühitin dəyişməsinin arıların bioloji yaşına necə təsir etdiyini öyrənmək üçün Eymon Mellonun (Eamonn B. Mallon) rəhbərlik etdiyi tədqiqat qrupu sürfələrin bir qismini əlverişsiz şəraitə, yəni aşağı temperatur və qısa işıq günü rejiminə yerləşdirib. Bu şərait inkişafın təbii şəkildə ləngiməsinə, yəni diapauzaya səbəb olur.
Lent.az-ın verdiyi xəbərə görə, PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunan araşdırma göstərdi ki, sürfə mərhələsində diapauza şəklində keçən "yuxu" böyüklərdə epigenetik qocalmanı ləngidib. Diapauzadan üç ay sonra çıxan arılar genetik baxımdan yaşıdlarından təxminən 2,8 gün daha yaşlı idilər. Lakin 18 gün sonra bu fərq aradan qalxdı, 30 gün sonra isə "yatan" arılar digərlərindən 2,7 gün daha cavan göründü.
Metabolik göstəricilərə əsasən, diapauzadan keçmiş arılarda:
• qocalma sürəti 29 faiz azalıb,
• ölüm riski 65 faiz enib,
• orta ömür uzunluğu isə 36 faiz artıb.
Bundan əlavə, diapauza qocalmanı ləngitməyə yönəlmiş molekulyar müdafiə proqramını da işə salıb. Arılarda bioloji saatlar məməlilərdəki ilə əlaqəli eyni metabolik yolları işə saldığına görə, bu "yaş əleyhinə effekt" gələcəkdə digər orqanizmlər üzərində də sınaqdan keçirilə bilər.
Genetiklərin fikrincə, belə bir qocalma ləngiməsi sərt ətraf mühitə uyğunlaşma nəticəsində meydana gələ bilər. Belə ki, orqanizm inkişafın erkən mərhələsində çətinlikləri "qabaqcadan hiss edib" qoruyucu mexanizmləri işə salır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 744 Tarix: 03 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 282 Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL
Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər
13.09.2026 435 Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
20.09.2026 235 Turlar.az - Turizm elanları saytı
saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə
16.09.2026 220 Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın
13.09.2026 499 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
15.09.2026 1136 Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20.09.2026 202 Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20.09.2026 569 Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri
Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları
13:42 586