Tanınmış səyyah ən pis 5 şəhəri açıqladı: Siçovullar, zibillər, çirkli həyat...

Tanınmış səyyah ən pis 5 şəhəri açıqladı: Siçovullar, zibillər, çirkli həyat...Dünyanı 30 ildən artıqdır ki, səyahət edən peşəkar turizm eksperti Karlos Lavilla bəzi şəhərlərin gözləntilərini qarşılamadığını bildirib və onlara bir daha qayıtmayacağına söz verib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Karlos Lavilla TikTok-da paylaşdığı videoda bildirib ki, bu 5 şəhərdə özünü turist baxımından ən narahat və mənasız hiss edib, çünki onların ya turistik dəyəri azdır, ya da ümumiyyətlə yoxdur.

1. Cakarta - İndoneziyanın paytaxtı

Karlosun qara siyahısında ilk yeri Cakarta tutur. Onun sözlərinə görə, bu şəhər təkcə dünyanın ən çirkli şəhərlərindən biri deyil, eyni zamanda böyük, az qala siçovula çevrilmiş siçanları ilə də məşhurdur.

"Təsəvvür edin ki, Mikki Maus çoxdan təqaüdə çıxıb və Cakartaya köçüb", – ekspert ironiya ilə bildirib.

Şəhərin havası istilik elektrik stansiyaları, avtomobil qazları, zavod tullantıları, tikinti tozu və açıq şəkildə yandırılan zibillər səbəbindən çox pis vəziyyətdədir.

2. Nayrobi – Keniyanın paytaxtı
Siyahıda ikinci yerdə Nayrobi gəlir. Carlos deyir ki, burada olduğu müddətdə hər an özünün sağ olub olmadığını yoxlamağa ehtiyac duyub, çünki atmosfer ona "sanki cəhənnəmdə olduğunu" hiss etdirib.

"Oraya qayıtmaq üçün mənə pul ödəməli olardılar. Hətta o halda belə, düşünməliyəm", – o əlavə edib.

3. Las Veqas – ABŞ
İllik 40 milyondan çox turist cəlb edən Las Veqas da siyahıdadır. "Günahlar şəhəri" adlandırılan bu yer Karlos üçün sadəcə süni və qarmaqarışıq şəkildə yığılmış bir məkan kimi görünür.

"Elə bil bu şəhəri plastik cərraha aparıb, dünyanın fərqli yerlərindən hissələr yığıb ora yapışıblar", – o bildirir.

4. Male – Maldivlərin paytaxtı
Turistlərin Maldivlərlə bağlı cənnət təsəvvürləri olsa da, Male şəhəri ekspert üçün tam əks təəssürat yaradıb. O, şəhəri çox eybəcər və sıx tikililərlə dolu hesab edir.

"O qədər çirkin görünür ki, baxanda fikirləşirsən – əlimdə imkan olsa, bu şəhəri bir an belə saxlamaz, yox edərdim. Yeganə təsəllim odur ki, Male Maldivlərin gözəlliyini daha da vurğulayır".

5. Reykjavik – İslandiyanın paytaxtı
Siyahıda ən gözlənilməz seçim isə Reykjavik olub. Qeyri-adi təbiəti, Şimal işıqları və Mavi Laqunu ilə tanınan bu şəhər də Karlos üçün cazibədar görünməyib.

"Orada bir göl güclə tapılar, iki ördək yarımştat işləyir. Qalan hər şeyi paketə qoyub, lentləyib, yoldan keçən birinə hədiyyə edə bilərsiniz", – o istehza ilə bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1142   Tarix: 30 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.