Suya davamlı ən yaxşı 6 telefon
Müasir bazarda çoxsaylı yüksək keyfiyyətli smartfonlar təklif olunsa da, xüsusilə aktiv istirahət sevərləri üçün suya davamlılıq vacib seçim meyarına çevrilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər 2025-ci ilin yayında satın almağa dəyən ən yaxşı 6 suya davamlı smartfonu açıqlayıb.
Birinci yerdə iPhone 16 Pro Max qərarlaşıb. Bu cihaz IP68 dərəcəsində qorunmaya malikdir və 6 metr dərinlikdə 30 dəqiqə su altında işləyə bilir.
İkinci sırada Google Pixel 9a yer alır. Uyğun qiymətli Android smartfonları arasında ən yaxşı suya davamlı cihaz sayılır. Amma bu modelin dərin suya salınması tövsiyə olunmur. O, 1,5 metr dərinlikdə 30 dəqiqə suya tab gətirə bilir.
Adi iPhone 16 də eyni dərinlik və müddətdə suya davamlıdır, lakin Pro Max modelindən daha ucuzdur. Daha da qənaətli seçim istəyənlər üçün iPhone 15 də siyahıya daxil edilib.
Samsung Galaxy S25 Ultra isə Android platformasında suya qarşı ən yaxşı flaqman kimi göstərilir. Rəsmi məlumatlara əsasən, bu cihaz 1,5 metr dərinliyə qədər 30 dəqiqə suya davam gətirə bilir.
Siyahını Pixel 9 tamamlayır. Bu model flanqman səviyyəli suya davamlılıq təklif edən ən sərfəli cihazlardan biri kimi təqdim olunub. Cihaz 1 metr dərinlikdə 30 dəqiqəyə qədər su altında qala bilir.
Maraqlıdır ki, Pixel 9-da xüsusi sualtı çəkiliş rejimi də mövcuddur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1278 Tarix: 30 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304