Qulağınızdakı bu əlamət beyninizə qədər yayıla bilər - XƏBƏRDARLIQ
Əgər qulağınızdan zaman-zaman çirk gəlirsə, bunu "soyuqdəymədir" və ya "keçəcək" deyib laqeyd yanaşmayın. Mütəxəssislər xəbərdarlıq edir: bu simptom xroniki qulaq xəstəliyinin xəbərçisi ola bilər və vaxtında müalicə olunmazsa, geridönməz fəsadlara yol aça bilər.
Ölkə.Az-ın məlumatına görə, həkimlər bildirirlər ki, qulaq axıntısı çox vaxt xroniki otit – yəni orta qulağın uzunmüddətli iltihabından xəbər verir. İlk baxışdan zərərsiz görünən bu axıntılar tədricən qulağın daxili quruluşuna – o cümlədən eşitmə sümüklərinə və qığırdaq toxumasına ziyan vurur.
Bəzi hallarda xəstələr illərlə qulağından axıntı gəldiyini deyir, amma müalicə olunmayıblar. Nəticədə isə eşitmə sistemi ciddi zədələnir. Hətta elə hallar olub ki, qulağın içindəki strukturlar tamamilə dağılıb və pasiyent yalnız cərrahi implantla eşitmə qabiliyyətini qismən bərpa edə bilər.
Əməliyyatsız mümkün deyil
Gecikmiş hallarda pasiyentlərin həm qulaq pərdəsi, həm də eşitmə sümükləri sıradan çıxır. Bu zaman ossikuloplastika (eşitmə sümüklərinin bərpası) və ya qulaq implantı yerləşdirilməsi zəruri olur. Estetik zədələnmə varsa, əlavə olaraq qığırdaq rekonstruksiyası da aparılır.
Qeyd edək ki, bu cür əməliyyatlar həm baha, həm də risklidir. Əgər iltihab beyinə və sinirlərə yayılarsa, həyati təhlükə də yarana bilər.
Həkimə nə zaman müraciət etməli?
Aşağıdakı əlamətlər sizdə varsa, gecikmədən LOR həkiminə müraciət edin:
Qulaqdan axıntı (çirk, irin, bəzən qan qarışıq)
Pis qoxu
Qulaqda basqı və ya ağrı
Eşitmədə zəifləmə
Təkrar edən başgicəllənmələr və ya balans problemi
Həkimlər xatırladır ki, qulaq bədənimizin ən həssas orqanlarından biridir və sakit, ağrısız axıntılar belə təhlükəli ola bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20.09.2026 314 İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11.09.2026 392 Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"
20.09.2026 332 Sarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12.09.2026 450 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 368 Demensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
06.09.2026 275 Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi
Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b
08.09.2026 327 Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır
Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət
22.09.2026 233 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 415