Yaşı 50-ni keçən qadınlar bu yay meyvəsini hər gün yeməlidir - SƏBƏB
Menopauza dövründə çiyələyin qadınlar üçün faydaları. Çiyələk menopauza dövründə qadınların təbii müttəfiqinə çevrilə bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu giləmeyvə təkcə ürək-damar xəstəlikləri riskini azaltmır, həm də hormonal dəyişikliklərə bağlı tipik simptomları yüngülləşdirir.
Menopauza zamanı nələr baş verir?
Menopauza adətən 50 yaş ətrafında baş verir, lakin daha erkən də başlaya bilər. İsti basmaları və gecə tərləmələri – menopauza dövründə bir çox qadının üzləşdiyi yayğın simptomlardır.
Yay aylarında bu əlamətlər daha da güclənə bilər. Diyetoloq Emma Dərbişirin sözlərinə görə, çiyələk menopauza dövründə qadınlar üçün əsas qidalar arasında hesab olunur. O, ümumi sağlamlıq və rifah üçün vacib olan əsas qida maddələri ilə təmin edir. İsti basmaları zamanı başgicəllənmə və ürəkdöyünməsi müşahidə oluna bilər.
Bu əlamətlər çox zaman estrogen səviyyəsindəki dəyişikliklərdən qaynaqlanır. Bu da beyində temperaturu tənzimləyən hissə olan hipotalamusun fəaliyyətinə təsir edir.
Çiyələk menopauza zamanı necə kömək edir?
Çiyələk flavonoidlər və polifenollar kimi antioksidantlarla zəngindir. Onlar oksidativ stress və iltihab əleyhinə təsir göstərərək isti basmaları, gecə tərləməsi, oynaq ağrıları və "beyin dumanı" kimi simptomların azaldılmasına kömək edə bilər.
Yay meyvələri – məsələn, çiyələk, yaban mersini və moruq – güclü birləşmələrə malikdir və hormonal balansı dəstəkləməyə, iltihabla mübarizə aparmağa yardım edir. Bu giləmeyvələr aşağı şəkər tərkibli olduqları və əla lif mənbəyi sayıldıqları üçün xüsusilə faydalıdır. Lif qan şəkərini sabit saxlamağa və menopauza dövründə sağlam çəkiyə nəzarət etməyə kömək edir.
Menopauza zamanı daha çox lif qəbul etmək toxluq hissini artırmağa kömək edə bilər. Həmçinin, bu dövrdə yavaşlayan həzmi dəstəkləməyə də faydalıdır.
Giləmeyvə istifadəsi həm də dəri və oynaq sağlamlığı üçün xeyirlidir. Onlar kolagen və elastin istehsalını stimullaşdıran C vitamini ilə zəngindir. Bu maddələr yaşlandıqca orqanizmdə daha az istehsal olunur, lakin dəri və oynaq sağlamlığını qorumaqda mühüm rol oynayır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 1076 İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi
İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur
08.11.2026 521 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1036 Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm
31.10.2026 784 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27.10.2026 1106 Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24.10.2026 891 Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 946 Protein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
01.11.2026 718