Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulubBakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub.

BiG.AZ-ın məlumatına görə, qrup mərhələsinin III turunda 8 oyun baş tutub.

Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.

A qrupunda yer alan Azərbaycan millisi Mavritaniyanı 2:0 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə Bəhreyn Sloveniyanı 4:1 hesabı ilə üstələyib. Beləliklə, bu qrupda Azərbaycan və Mavritaniya komandaları 1/8 finala vəsiqəni təmin edib.

A qrupu

1. Azərbaycan — 7 xal (7:1)

2. Mavritaniya — 4 xal (3:3)

3. Bəhreyn — 4 xal (5:4)

4. Sloveniya — 1 xal (2:9)

B qrupunda Özbəkistan yığması Çadla qarşılaşıb. Görüş Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0. Lakin buna baxmayaraq komanda qrupda qalıb. Əvəzində dünya çempionatının favoritlərindən sayılan Rumıniya komandası Fransa millisi ilə oyunda heç-heçə (0:0) sayəsində 1/8 finala vəsiqəni təmin edib.

B qrupu

1. Fransa — 5 xal (4:3)

2. Rumıniya — 4 xal (4:5)

3. Özbəkistan - 4 xal (7:5)

4. Çad — 3 xal (4:6)

C qrupunda Türkiyə millisi İngiltərəyə uduzaraq (0:3) qrupdan çıxa bilməyib. Macarıstan isə Ukraynanı məğlub edərək (3:0) adını növbəti mərhələyə yazdırıb.

C qrupu

1. İngiltərə — 7 xal (8:1)

2. Macarıstan - 5 xal (5:2)

3. Türkiyə — 4 xal (4:5)

4. Ukrayna — 0 xal (1:10)

D qrupunda yer alan Portuqaliya qrup mərhələsinin III turunda Hindistanı böyük hesabla məğlub edərək (8:0) xallarının sayını 9-a çatdırıb. Bolqarıstan isə Slovakiya üzərində 1:0 hesablı qələbə qazanaraq qrup mərhələsini ikinci pillədə başa vurub.

D qrupu

1. Portuqaliya — 9 xal (13:2)

2. Bolqarıstan — 6 xal (7:3)

3. Slovakiya — 3 xal (16:3)

4. Hindistan — 0 xal (0:28)

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 1239   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Minifutbol-2025: Macarıstan Ukraynaya qalib gəldi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin II turunda daha bir matç keçirilib. xəbər verir ki, Macarıstan millisi Ukraynanı üstələyib. Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Macarıstan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, dünya çempionatın

25.05.2025 1107
.

Minifutbol-2025: Azərbaycam millisi yarımfinalda

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib. xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/4 finalda İngiltərə ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Azərbaycan finala gedən yolda Monteneqro il

29.05.2025 4216
.

Minifutbol-2025: ABŞ və Polşa Bakıda "sülh"ə razılaşdı

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. BİG.AZ xəbər verir ki, ABŞ və Polşa yığmaları F qrupunun oyununda üz-üzə gəliblər. Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada hesab açılmayıb. Qeyd edək ki, ilk turda Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovin

24.05.2025 1198
.

Minifutbol üzrə dünya çempionatı: Rumıniya - Fransa matçında qalib müəyyənləşməyib

Bakı təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin II turunda günün son matçı keçirilib. BİG.AZ-ın məlumatına görə, B qrupunda keçirilən Rumıniya - Fransa görüşündə qalib müəyyənləşməyib. Milli Gimnastika Arenasında baş tutan görüş 0:0 hesabı ilə yekunlaşıb. Qeyd edək ki, düny

25.05.2025 11734
.

Minifutbol-2025: Daha iki komanda 1/8 finalda

Daha iki komanda Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 finala vəsiqə qazanıb. -ın məlumatına görə, Bosniya və Herseqovina ilə Polşa millisi bu raundda iştirak hüququ əldə ediblər. Tərəflər F qrupunun II turunda üz-üzə gəliblər. Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma heç-heç

26.05.2025 3683
.

Minifutbol-2025: Çexiya millisi qrup lideri oldu

Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb. BİG.AZ-ın məlumatına görə, II turda Gürcüstan ilə qarşılaşan çexlər 2:2 hesablı heç-heçəyə razılaşıb. Hər iki kollektiv G qrupunda 7 xala malik olsalar da, əlavə göstəricələ görə üstün sayılan Çexiy

26.05.2025 3589
.

Minifutbol-2025: Argentina millisi dünya çempionatını xalsız bitirdi

Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub. -ın məlumatına görə, Cənubi Amerika təmsilçisi G qrupunun II turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasındakı qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb

26.05.2025 3510
.

Minifutbol-2025: Türkiyə İngiltərəyə məğlub oldu

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin II turunda növbəti oyun baş tutub. BİG.AZ xəbər verir ki, Türkiyə yığması İngiltərəyə məğlub olub. Milli Gimnastika Arenasında baş tutan görüş İngiltərə komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, dünya çempionatın

25.05.2025 1241
.

Dünya çempionatı: Türkiyə Bakıda Ukraynanı məğlub etdi (FOTO)

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib. BİG.AZ xəbər verir ki, Ukrayna və Türkiyə yığmaları C qrupunun oyununda üz-üzə gəliblər. Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qardaş ölkə təmsilçisi 3:1 hesablı qələbə qazanıb

23.05.2025 1260
.