Röya Ayxanın Kann QALMAQALI: "Xalq artisti adından məhrum edilsin" – Tanınmışlar AYAĞA QALXDI

Röya Ayxanın Kann QALMAQALI: "Xalq artisti adından məhrum edilsin" – Tanınmışlar AYAĞA QALXDIXəbər verdiyimiz kimi Xalq artisti Röya Ayxan Kann Film Festivalında iştirak edib. Qırmızı xalçaya müğənni "I Success Top 100 Awards Gala" tədbirində iştirak edib və burada "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunub.

Xalq artistinin Kann Film Festivalında iştirak etməsi cəmiyyətimizdə birmənalı qarşılanmayıb. Əksəriyyət, xüsusən də kino camiyəsinin tanınmış nümayəndələru, o cümlədən Xalq artisti Rasim Balayev, Əməkdar incəsənət xadimi kinorejissor Ayaz Salayev sərt fikirlər səsləndirib.

Xalq artisti Rasim Balayev "Bu festivala layiq olmayan insanları aparırlar. Röyanı da aparıblar?" deyə təəccübünü gizlətməyib.

Ayaz Salayev deyib ki, kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər, çətin bir şey deyil:

"Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb".

Bundan başqa, Ayaz Salayev bildirib ki, Röya Ayxanın təltif edildiyi "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatının Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.

Röya Ayxanın isə Ayaz Salayevə verdiyi cavab qalmaqalı daha da alovlandırıb.

"Deyirlər, rəhmətliklər diriliblər. Enerjiyə gəlmisiniz, elə bilirsiniz, gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram! Məni görəndə salamlaşırsınız. Özünüzə gəlin. Mən ölənləri diriltməyə öyrəşmişəm, amma siz elə ölü qalın. Bəli, birinci mənəm, hər şeyin ən gözəlini, ən layiqincə edəni mənəm. Çünki oxuduğum kimi ürəyim var. "Hadi" oradan!", deyə Röya Ayxan qeyd edib. Müğənninin bu cür cavabı kəskin tənqidlərə səbəb olub, hiddətlə qarşılanıb. Bəziləri Xalq artisti adının ondan alınmasını tələb edib. Bununla belə Röya Ayxana dəstək olanlar da var.

Əməkdar artist Mehriban Xanlarova Kann Film festivalına gedən Xalq artisti Röya Ayxana dəstək nümayiş etdirib.

Aktrisa qeyd edib:

"Röya başqa millətdən deyil, o, azərbaycanlıdır və ölkəmizi layiqincə təmsil edir. Beynəlxalq tədbirlərdə vətənimizin adını uca tutan hər kəsi dəstəkləmək bizim vətəndaşlıq borcumuzdur. Paxıllıq hisslərini bir kənara qoyaraq, azərbaycançılıq prinsipini önə çəkək. İrəli gedən hər bir azərbaycanlının yoluna daș qoymaq, sosial mediada arxadan zərbə vurmaq düşmənlərimizin istəyidir. Birliyimizi qoruyub, ölkəmizi daha da ucaldaq".

Aktyor Kamran Ağabalayev də Röya Ayxanı dəstəklədiyini bildirib və gələcəkdə Röyanı film çəkilişinə dəvət edəcəyini açıqlayıb:

"Kann film festivalında iştirak edən dünya ulduzlarından ancaq Röyanı tanıyanlar, (Balayev Rasim də içində olmaqla) Röya haqda yersiz danışır. Çünki həmin adamların çoxu bu günə qədər Kann film festivalında göstərilən filmlərə baxmayıblar. Adamların Kann film festivalı haqda təsəvvürləri yoxdur. Röya da Röyadı, dünyaya göstərdi ki, mən sizin oyunçulardan daha yaxşı oyunçuyam".

Aktyor və rejissor Rza Rzayev (Drakon) qeyd edib:

"Röya xanım Kann festivalına kiminsə yerinə getməyib, qanunu pozmayıb, rüşvət verməyib, başqaların qazancına göz dikməyib; o, bacarmadığı vəzifəni tutmur, "dost, qardaş" dediyi adam dünyasını dəyişəndən sonra onun yerinə sədr olmayıb, "dost, qardaş" dediyi adamı çətin anında tək qoymayıb, səhər dediyi sözü axşam təkzib etməyib. O, sadəcə bacardığı və uğurlu olduğu işlə məşğuldur. Həmçinin başqaları kimi yaltaqlıq etmir, vəzifə sahiblərinə tərif demir, vəzifə tutanların qarşısında əl barmaqlarını ayaq barmaqlarına vurmur və vəzifəsini itrənlərin arxasından danışmır".

Siyasi şərhçi Telman İsa isə Mədəniyyət Nazirliyinə və nazir Adil Kərimliyə müraciət edərək, Röya Ayxandan Xalq artisti fəxri adının alınmasını tələb edib:

"Bu sağa-sola paylanılan xalq artisti adının altında imtiyazlanan 2 ayaqlıların oğru jarqonlarından xəbəriniz varmı? Bu nə əda, davranışdır? Hara gedirik? Gənclərə bu cür miras qoyulur? Bu nə özünü buraxmaqdır?

Xalq artisti Röya Ayxan: "Başlayaq sən Ayaz Salayevdən...Ayaz Salayev, məni görürsən? Özünü yığışdır!".

Mənə görə sözün bitdiyi yerdir! Digər tərəfdən Ayaz hoca sizi söyməyib, döyməyib, Kann festivalının bilicisi kimi, tədbirin qaydalarını izah edib. İzah edib ki, festivala aidiyyəti olmayan bəzi xalq artistləri Bakıya döndükdə bu millətin başına corab keçirməsin, sui-istifadə hallarına yol verməsinlər!

Nəhayət. Mənə görə, necə ki, hərbdə və digər sahələrdə general rütbələri əlindən alınan şəxslərə rast gəlinir, bu anarxiyalı incəsənət sahəsinə soxulmuş bəzi mikrobların da fəxri adları əllərindən alınmalıdır ki, qazları çıxsın.

Xalq artistləri böyük Rəşid Behbudov, dünyaçaplı Müslüm Maqomayev və bu çapdan olan şəxsiyyətlər idi. Onlar Azərbaycan mədəniyyətini, zəngin musiqisını, xalqımızın kimliyini göylərə qaldırardılar. Dahi Müslümü kimsə tərifləyəndə, adam utanardı, tərləyərdi, başını aşağa salardı.Onun bu mübhəm davranışını böyük Mistislav Rastrapoviç həmişə nümunə gətirər, təqdir edərdi".

Yazıçı, dramaturq Ülviyyə Heydərova da Xalq artistinə dəstək olub:

"A kateqoriyalı festivalda tamaşaçı və ya sənətçi kimi iştirak etmək mümkündür. Dünya kino sənətinin diqqət mərkəzində olan bu festivala yüzlərlə, minlərlə biznesmen, model, şou-biznes, sənət adamları gedir. Festivalda müsabiqədə qatılmaq, yarışmaq, münsiflərin rəyini, qiymətini almaq, yer tutmaq başqadır, festivalda iştirak etmək başqadır.

Məşhur Türk aktyorları hər il hansısa şirkətin sponsorluğu ilə Kannda iştirak edirlər. Gedirlər qəşəngcənə poz verirlər, gəlirlər. Amma hər hansı filmi ilə festivala qatılmaq bu ayrı mövzudur.

Röyaya gəlincə. Əgər onun o festivalda iştirak etmək imkanı yaranıbsa, niyə də getməsin? Festivala gedib, iştirak edib, poz verib, zövq alıb. Hamıya olar, ona olmaz?"

"Azvision" saytının baş redaktoru Vüsal Məmmədov isə qalmaqala bu cür mövqe bildirib:

"Söhbət o deyil ki, niyə Kann Festivalına Röya gedib. Gedib - əcəb edib. Pulu var, bilet alıb gedib. Heç kim qarışa bilməz.

Kann festivalı kimi tədbirlərdə bizi ilk növbədə kinomuz, çəkdiyimiz filmlər, rejissorlarımız, kino sənətkarlarımız təmsil etməlidir. Bəli, Röya da gedə bilər. Amma burada əsas vurğu "da" hissəciyinin üstünə düşür. Röya da gedə bilər, amma Azərbaycan ilk növbədə Kannda, Berlində, Venesiyada kinosu ilə təmsil olunmalıdır".

Texnobloger Fərid Pərdəşünas isə qeyd edib ki, Röya Ayxanın aldığı "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatının Kann Film Festivalına heç bir aidiyyəti yoxdur:

"Bu mükafat sadəcə həmin tarixdə və eyni məkanda keçirilən bir kənar tədbirə aiddir. Tədbirin isə yalnız kiçik bir Instagram səhifəsi var. Rəsmi saytlarını belə tapa bilmədim".

Fərid Pərdəşünas əlavə edir ki, Kannın qırmızı xalçasına çıxmaq heç də əlçatmaz bir proses deyil:

"Mən 2018-ci ildən bəri o xalçada az qala salto vurmadığım qalıb. Hələ mən Kannın digər yaradıcılıq tədbirinə rəsmi media olaraq dəvət alıram. Akkreditasiyalarla daxil oluram. Kim istəyirsə, gələn il 10,000 dollara onu da apararam".

Onun fikrincə, Röya Ayxan və Anar Ağakişiyevin qırmızı xalçaya çıxması şəxsi təşəbbüsdür, şəxsi əlaqələr və şəxsi PR addımıdır.

"İstədikləri kimi geyinərlər, şəkil çəkdirərlər və paylaşarlar. Lakin bunu mediada uğur kimi qələmə vermək (və ya verdirmək), ölkə adına danışdırtmaq doğru deyil.

Faktiki olaraq uğur — orada göstərilən filmlərin yaradıcı heyətində yer alaraq o qırmızı xalçaya çıxmaqdır. Bu isə indiki halda aktual olmayıb. Film festivalına tanış dəvəti, media qeydiyyatı və digər əlaqələrlə giriş alıb iştirak etmək mümkündür. İstəyən olsa, gələn il 10 min dollara göndərə bilərəm.

Uğura gəlincə, mən düşünürəm ki, Röya xanım elə eyni şəhər və elə eyni binada keçirilən "NRJ Music Awards"da səhnə alması daha doğru olardı. Çünki NRJ müğənni yarışı və mükafatıdır. Burada qazanmaq isə o qədər də asan məsələ deyil.

Məncə, daha yaxşı danışılmalı olan məsələ bu il ilk dəfə Kann Film Festivalında bir Azərbaycan mediasının (Filmaç) Hacı Səfərov timsalında təmsil olunmasıdır".(müsavat.com)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1644   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kanye Uest konserti üçün stadion tikəcək

Amerikalı reper Kanye Uest Albaniyada öz konserti üçün stadion tikəcək. Axşam.az xəbər verir ki, bu barədə "Vice" məlumat yayıb. Konsert 11 iyulda Tirana şəhərində keçiriləcək. İlk olaraq tədbirin Albaniya milli futbol komandasının ev stadionu olan "Eagle" stadionunda keçirilməs

03.05.2026 289
.

Oktay Çubukun vəziyyəti necədir?

Bir neçə gün əvvəl ürəyi dayanan və yenidən həyata qaytarılan türkiyəli aktyor Oktay Çubukun müalicəsi davam edir. Axşam.az xəbər verir ki, aktyor reanimasiyadan çıxarılıb və müalicəsi üçün otağa köçürülüb. Qeyd edək ki, 30 yaşlı aktyor anası ilə istirahət üçün qaldıqları hotelin idman zalında məşq edərkə

03.05.2026 247
.

Ebru Gündeş cavanlaşmaq üçün sərvət ödəyib

Türkiyəli müğənni Ebru Gündeş bir müddət əvvəl estetik əməliyyat etdirdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, ifaçı gəncləşmək üçün xərclədiyi məbləğ müzakirə olunub. Türk mediası onun plastik əməliyyata 200 min dollar (təxmini 340 min manat) ödədiyini yazıb. Xatırladaq ki, E.Gündeş konsertində esteti

29.04.2026 617
.

Almaxanımın MAKİYAJSIZ HALI ŞOK ETDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini yayımlayıb

03.05.2026 505
.

"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar

Müğənni bacılar Sevil və Sevinc Səfərovalar paylaşımı ilə diqqət çəkiblər. Axşam.az xəbər verir ki, Rusiyada olan bacılar ölümlə üz-üzə gəldiklərini bildiriblər. Onlar qeyd ediblər ki, müharibənin tam ortasında qalıblar:. "Çox şükür. Bu gün sağ-salamat evimizə dönə bildik. O atışmaların səsi həl

02.05.2026 281
.

"Mehmet Fetihler sultanı"ndan sonra daha bir tarixi seriala çəkiləcək

Türkiyəli aktyor Selim Bayraktar yeni seriala çəkilməyə hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor bu dəfə "Nizamülmülk Altın Çağ" adlı daha bir tarixi serialda rol alacaq. 16 bölümdən ibarət layihədə Selim "Nizamülmülk"ə həyat verəcək. Qeyd edək ki, aktyor bundan əvvəl "Mehme

26.04.2026 279
.

Bacısının dəfnində halı pisləşdi, xəstəxanaya yerləşdirildi

Türkiyəli müğənni Zerrin Özər xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bacısı Tülay Özərin dəfninə qatılan ifaçının halı pisləşib. Vəziyyəti ağırlaşan Z.Özər xəstəxanaya aparılıb. O, bu səbəbdən bacısının dəfnində iştirak edə bilməyib. Qeyd edək ki, T.Özər ötən gün uzun sürən xəstəlikdən sonr

03.05.2026 245
.

Kompüter qarşısında işləyənlər üçün xəbərdarlıq

Uzun müddət monitor qarşısında işləmək, zəif işıqlandırma və ekrana düzgün məsafənin qorunmaması göz sağlamlığına mənfi təsir göstərir. xəbər verir ki, mütəxəssislər bildirib ki, bu cür vərdişlər göz quruluğu, görmə zəifləməsi və fokuslanma problemlərinin yaranma riskini artırır. Bununla yanaşı, yuxusuzluq

03.05.2026 205
.

Bülənt Ərsoy bir reklamdan sərvət qazandı - Rekord qırdı

Türkiyəli müğənni Bülənt Ərsoy reklam çəkilişindən rekord qonorar əldə edib. Axşam.az xəbər verir ki, ifaçı təkcə bir reklama çəkilmək üçün 135 milyon lirə (təxminən 5 milyon manatdan çox) alıb. Ərsoy onlayn ticarətlə məşğul olan şirkətlərdən biri üçün kamera qarşısına keçib. Bununla da o, Türkiyəd

03.05.2026 272
.

TOP MP3