İlhamə Quliyeva kimin həyat yoldaşı olub? — Mərhum sənətkar haqda maraqlı FAKTLAR

İlhamə Quliyeva kimin həyat yoldaşı olub? — Mərhum sənətkar haqda maraqlı FAKTLARBiG.AZ Xalq artisti İlhamə Quliyeva haqqında materialı təqdim edir.

İlhamə Quliyeva harada anadan olub?

İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda doğulub. Atası prokuror Məzahir Quliyev, anası xanəndə Tükəzban İsmayılovadır.

Atasının işi ilə əlaqədar 5 yaşına qədər Şəkidə yaşayıblar. Lakin az müddətdən sonra onun valideynləri ayrılır. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur.

1-ci sinfə Bakıda gedən İlhamə Quliyeva eyni zamanda fortepiano ifaçılığı üzrə təhsil almağa başlayır

İlhamə Quliyevanın ailəsi

O, doğma atası və atalığı haqqında müsahibələrinin birində belə deyir: "Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordeni təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib".

*

O, orta məktəbi bitirəndən sonra təhsilini musiqi sahəsi üzrə davam etdirmək istəyir, ancaq Tükəzban xanım da, Həbib müəllim də qəti şəkildə etiraz edirlər.

İlhamə Quliyeva 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur.

Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu kollektivə dəvət edir.

*
1963-cü ildə Zinyət Əlizadənin dəstəyi ilə ailəsindən xəbərsiz universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayır. 1964-cü ildə Moskvadakı universitetlər arası ümumittifaq gənc istedadlar müsabiqəsində iştirak etmək üçün Moskvaya gedir. Anası Tükəzban xanım elə bilir ki, qızı festivala tamaşaçı kimi gedib. Orada Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "İlk görüş" mahnılarını ifa edir və yarışmanın qalibi olur.

1972-ci ildə, Moskvada keçirilən Azərbaycan bəstəkarlarının gecəsindən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Və beləcə "Mən səni araram", "Göygöl", "Gülür ellər", "Gülərəm gülsən", "De görüm, neyləmişəm" kimi mahnılar bəstələnir.

İlhamə Quliyeva kiminlə evli olub?

İlhamə Quliyeva 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurur. Ancaq bu evliliyin ömrü çox qısa olur. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. İlhamə Quliyeva ikinci dəfə ailə qurmur.

Həmçinin oxuyun

Ruslar kimi dost,kimi özlərinə düşmən hesab edir? — Sorğunun maraqlı nəticələri

Yuxuda at görmək nə deməkdir?

Polis qadını bu vəziyyətdə tapdı: Azərbaycanda şok hadisə +FOTOLAR

Ağız qəza baş verib: Yaralılar var

Sənətçi Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin sözlərinə mahnı oxuyub.

*

İlhamə Quliyevanın dediyinə görə, uzun illər qaçqın, məcburi köçkün ailələrinə yardım edib, müharibədən zərər çəkmiş 7 ailənin dolanışığına köməklik göstərib.

İlhamə Quliyevanın kimi övladlığa götürüb?

Müğənni xalasının nəvəsi Orxan adlı oğlanı oğulluğa götürür, ona öz övladı kimi baxır, toyunu edir. Lakin müğənninin ölümündən sonra İlhamə xanımın qohumları ilə Orxan arasında miras davası baş qaldırır və məlum olur ki, İlhamə Quliyevanın tək varisi oğulluğu deyil.

*

Deyilənə görə, müğənninin Flora adlı qız övladı olub. Flora ilə 13 saylı məktəbdə, bir sinifdə oxuyan, hazırda Rusiyada yaşayan Gülzar Vəliyeva xatırlayır: "Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə "B" sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma bu haqda danışmaq istəmirdi. Çünki anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdırsa, məni övladlığa götürərdi. Mənim bildiyimə görə, həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım bildiyimə görə, Yasamal rayonu ərazisindəki qəbirstanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə, sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim..."

Miras qalmaqalında qızının adı hallansa da, müğənninin qohumu Əli Mirəliyev bu fikirləri təkzib edib: "Elə bir şey yoxdur. İlhamə heç vaxt əsl ana olmayıb. Onun uşağı olmayıb".

*

1994-cü ildə Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edir, oxumağa yox, susmağa üstünlük verir. Bu susqunluq İlhamə xanıma da təsir edir, o da bir müddət öz dünyasına çəkilir. Günlərin bir günü bəstəkar Faiq Sücəddinov İlhamə xanıma zəng edir: "İlhamə, səninçün yeni mahnılar yazmışam". İlhamə xanım isə oxumaq arzusunda olmadığını deyir. Faiq Sücəddinov "Neylərsən" mahnısını pianoda çalmağa başlayır. Mahnı onu təsirləndirir. "Neylərsən" İlhamə Quliyevanın yaradıcılığında dönüş nöqtəsi olur.

İlhamə Quliyeva Flora Kərimova ilə küsülü olub?

İlhamə Quliyeva sağlığında bir çox həmkarı ilə küsülü olub. Onun adı tez-tez Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahanla müxtəlif qalmaqallarda hallanıb. Hətta o, Nazpəri Dostəliyevaya məhkəmədə qalib gəlib və ondan iyirmi beş min manat pul alı

İlhamə Quliyeva nə vaxt vəfat edib?

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edir.

26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilir...(KULİS.AZ)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1322   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.