Lamiyə Vəliyevanın həyat yoldaşı Azərbaycanı təmsil etmək istəyir
Dördqat dünya və ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva və onun Cənubi Afrikadan olan həyat yoldaşı Tembo Con Monarenq ilk dəfə mətbuata açıqlama veriblər.
BiG.AZ xəbər verir ki, cütlük tanışlıq hekayələrini "AStar TV"yə danışıb.
Lamiyə 2023-cü ildə Çində keçirilən Ümumdünya Universiada Oyunlarında Tembo ilə tanış olduğunu bildirib:
"Atama deyəndə fikir edirdim ki, görəsən nə deyəcək. Amma yaxşı qəbul etdi. Söylədi ki, əsas odur, yaxşı insan olsun və evlənməyə bir şərtlə razılıq verdi ki, mən Bakıda qalacağam. Tembo Con mənə görə burada daimi yaşamağa qərar verdi. Bu, çox böyük addım idi. Çünki o öz ailəsini, vətənini qoyub Azərbaycana gəldi. Azərbaycan dilini öyrənir. Birlikdə məşq edirik. Ailəmlə, məşq yoldaşlarımla daim ünsiyyətdədir. Ona görə dili asanlıqla öyrənir, çox sözləri də başa düşür".
Tembo Con Monarenq 6 aydır ki, Azərbaycanda yaşayır. Ötən il rəsmi nikaha girən cütlüyün toyu avqustda baş tutacaq.
"Videozəng vasitəsilə ailələrimiz danışıb. Anası da, bacısı da məni çox istəyirlər. Avqust ayında toya görə bacısı Bakıya gələcək. Cənubi Afrikada da toy olacaq, çünki məsafə çox olduğu üçün onun bütün ailə üzvləri Bakıya gələ bilmirlər", - deyə L.Vəliyeva bildirib.
Paraatletimiz həyat yoldaşının Azərbaycanı yarışlarda təmsil etmək istədiyini, ancaq bu istiqamətdə çətinliklərin olduğunu açıqlayıb:
"Tembo atletdir, idman sahəsində uğurları çoxdur. Onun çox böyük potensialı var, sadəcə dəstək olmaq lazımdır. Hazırda bu istiqamətdə çətinliklər var. Dəfələrlə müraciət etmişəm. Amma qarışıqlıq var. Azərbaycan Atletika Federasiyasına ilk olaraq müraciət etdik, onlar bizə həqiqətən də dəstək oldular. Amma əsas Gənclər və İdman Nazirliyindən bu kömək gəlməlidir. Biz hazırda nazirlikdən dəstək gözləyirik. Hansı yarışa hazırlaşdığını bilməsə də, birlikdə güclü məşq edirik. İnanıram ki, həyat yoldaşım Azərbaycan xalqına çox böyük nailiyyətlər gətirə bilər".
Tembo Con Monarenq də bildirib ki, yarışlara qatılıb Azərbaycanı təmsil etmək və bayrağımızı ucaltmaq istəyir. O, hazırda məşqləri ilə yanaşı, kursların birində ingilis dilini tədris edir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1815 Tarix: 30 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏn bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal
09.10.2026 764 Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20.10.2026 501 Anar Hacıyev "Qarabağ"dan getdi
"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd
12.10.2026 563 "Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq
Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb
25.10.2026 305 Zlatan İbrahimoviçdən Ronalduya sərt sözlər: "Yaratdığın mirası eqonla məhv edirsən"
İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç hücumçu Kriştianu Ronaldunun Portuqaliya millisinin düşərgəsindən ayrılmaq qərarı ilə bağlı danışıb və komanda daxilindəki qalmaqala münasibət bildirib. -ın məlumatına görə, bu barədə "Tudn" nəşri yazıb. "Yaratdığın mirası öz eqonl
04.10.2026 540 Azərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
04.10.2026 666 FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır
20.10.2026 539 Edin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video
Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so
03.10.2026 470 Pyerluici Kollina da Bakıya gəldi - Video
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı
26.10.2026 393