Bu formada yatanlar erkən ölə bilər - Araşdırma
Vanderbilt Universitetinin apardığı araşdırma yuxu rejiminin vaxtından əvvəl ölüm riski ilə əlaqəsini ortaya qoyub.
BiG.AZ e-saglam.az-a istinadən xəbər verir ki, tədqiqatda 40-79 yaş aralığında olan 47.000 insanın yuxu vərdişləri beş il ərzində izlənilib. Nəticələr göstərib ki, yuxu müddətindəki dəyişikliklər sağlamlıq üçün ciddi risklər yarada bilər.
Araşdırmaya görə, gündə 7-9 saat yatan insanlar sağlam yuxu rejiminə malikdirlər. Lakin iştirakçıların yalnız 30-45 faizi bu müddətə riayət edir. Çox qısa (7 saatdan az) və ya çox uzun (9 saatdan çox) yatmaq bədənə zərərli təsir göstərir və erkən ölüm riskini artırır. Xüsusilə nizamsız yuxu rejimi ölüm riskini 29 faiz yüksəldə bilər.
Mütəxəssislər bildirirlər ki, sağlam yuxu rejimi təkcə fiziki deyil, həm də psixi sağlamlıq üçün vacibdir. Yuxu müddətində tez-tez dəyişikliklər immun sistemini zəiflədə, ürək-damar xəstəliklərinə və diabetə səbəb ola bilər. Araşdırmaya əsasən, yuxu müddəti üç əsas kateqoriyaya bölünür:
Sağlam yuxu: 7-9 saat
Qısa yuxu: 7 saatdan az
Uzun yuxu: 9 saatdan çox
Yuxu rejimindəki dəyişikliklər sağlamlığa müxtəlif mənfi təsirlər göstərə bilər. Xüsusilə aşağıdakı hallarda ölüm riski arta bilər:
- Sağlam yuxudan qısa və ya uzun yuxuya keçid
- Daimi qısa yuxu almaq və kifayət qədər yatmamaq
- Qısa yuxudan uzun yuxuya keçid və ya əksinə
- Uzun yuxu müddətini qoruyub saxlamaq
Uzun müddət nizamsız yuxu rejimi maddələr mübadiləsini pozur, immuniteti zəiflədir və ümumi sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu səbəbdən mütəxəssislər sabit və balanslı yuxu rejiminə riayət etməyi tövsiyə edirlər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 755 Yuxu iflici zamanı beyində nələr baş verir?
"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman
14.11.2026 427 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27.10.2026 1111 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 959 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 700 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 506 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 927 Çox öskürənlər bunu oxusun
Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi
08.11.2026 573 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 1054