Dostlar ürək xəstəlikləri riskini necə azaldırlar? - Braziliyalı kardioloqdan maraqlı açıqlamalar
Dostların olması insanın sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Oxu.Az-ın xəbərinə görə, Braziliyanın nüfuzlu San-Paulu Ürək İnstitutundan olan kardioloq Fabio Fernandes "Globo" nəşrinə müsahibəsində buna əminliyini ifadə edib.
Mütəxəssis müsahibədə sosial əlaqələrin heyrətamiz faydalarını açıqlayıb.
Fernandesin sözlərinə görə, dostluq ürək-damar xəstəliklərinin inkişaf riskini düz 50%-ə qədər azalda, həmçinin narahatlıq səviyyəsini də əhəmiyyətli dərəcədə aradan qaldıra bilər. "Tənha insanlar daha tez-tez depressiyadan və alkoqolizmdən əziyyət çəkirlər. Bundan əlavə, çətin anlarda onların qayğısına qalacaq sadəcə olaraq heç kim yoxdur", - deyə kardioloq vurğulayıb.
Fabio Fernandes qeyd edib ki, alimlər dostluğun insan orqanizminə faydalı təsirini artıq sübut ediblər. Hətta bir yaxşı dostun olması belə orqanizmdə stres hormonu olan kortizolun, həmçinin infarkt və insultun inkişafında əsas rol oynayan iltihablı zülalların səviyyəsini azaldır.
Kardioloq həmçinin xəbərdarlıq edib ki, tənhalıq hissi olan insanların siqaret çəkmə riski əhəmiyyətli dərəcədə artır ki, bu pis vərdiş ürəyə və qan damarlarına bərpası mümkün olmayan ziyan vurur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏn zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı
Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. "Qafqazinfo" xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərli ola biləcəyini vurğulayıb. "Banan təmiz fruktozadan ibarətdir. Yetişmiş bi
19.08.2026 501 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?
Çörəyi rasiondan çıxarmaq çəki itkisinə səbəb ola bilər. Lakin karbohidrat ehtiyacını tamamilə azaltmaq düzgün deyil. Mütəxəssislər ağ çörək əvəzinə tam taxıllı, çovdarlı və ya mayalı çörəyə üstünlük verməyi tövsiyə edirlər. Qaynarinfo "Network Okulu"na istinadən xəbər verir ki, çörəkdən imtin
28.08.2026 368 Süzmə, yoxsa pətək balı? - Bunu alın
Bal alarkən bir çox insan süzmə və pətək balı arasında seçim etməkdə çətinlik çəkir. Görünüşləri fərqli olsa da, onların əsas qida dəyəri bir-birinə yaxındır. Pətək balı arıların hazırladığı mum hüceyrələrində saxlanılır və pətəkdən ayrılmadan satışa çıxarılır. Süzmə bal isə həmin pətəklərdən santrifü
22.08.2026 335 Diyetoloqlar 50 yaşdan sonra əzələlər üçün vacib qida maddəsini açıqladı
50 yaşdan sonra əzələ kütləsini və gücünü qorumaq üçün yalnız kifayət qədər zülal qəbul etmək kifayət deyil. Diyetoloqların fikrincə, bu dövrdə D vitamini də mühüm rol oynayır. O, əzələ toxumasının formalaşması və bərpasında, əzələlərin normal fəaliyyətində və fiziki yüklənmədən sonra bərpa prosesind
24.08.2026 520 Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi
Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b
08.09.2026 237 Demensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
06.09.2026 194 Dabanınız çatlayırsa, bunu edin
Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər. Axşam.az xəbər verir ki, xüsusilə uzun müddət ayaq üstə qalan, açıq ayaqqab
23.08.2026 455 Gəzinti, yoxsa qaçış: Yüksək təzyiq zamanı hansının daha faydalıdır?
Fiziki fəaliyyət arterial təzyiqə nəzarət etməyin ən təsirli üsullarından biridir. Aktivliyi artırmağın ən sadə yollarından biri gündəlik rejimə piyada gəzinti və ya qaçışı əlavə etməkdir. Bəs yüksək təzyiq zamanı bunlardan hansı daha faydalıdır?. Qaynarinfo xəbər verir ki, "EatingWell" nəşr
24.08.2026 491 Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Mixəkdə olan eugenol adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. Ölkə.az xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stresslə əlaqəli proseslərə müsbət təsir göstərə biləcəyi müşahidə olunub. Mütəxəssislər bildirirlə
20.08.2026 436