Banan yeməyin "ən zərərli" vaxtı AÇIQLANDI
Banan ən əlçatan və faydalı meyvələrdən biri hesab olunur - bu təsadüfi deyil.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, kalium, maqnezium, lif və mürəkkəb karbohidratlarla zəngindir. Lakin bu qədər ideal görünən məhsul belə, düzgün olmayan zamanda və formada qəbul edildikdə zərərli ola bilər.
Dietoloqlar nə deyir?
Dietoloqların fikrincə, bananı gündəlik rasiona daxil etmək faydalıdır, lakin bunu ağılla etmək lazımdır.
Səhər – ağılla yanaşmaq vacibdir
İlk baxışda banan səhər yeməyi üçün ideal görünür. Amma onu acqarına yemək yaxşı fikir deyil. Bunun səbəbi – bananın tərkibində turşular və sadə şəkərlərin çox olmasıdır. Bu isə mədə selikli qişasını qıcıqlandıra, narahatlıq və köp yarada bilər.
Ən yaxşı üsul
Banani zülal və yağlarla birlikdə qəbul etməkdir. Məsələn, onu yulaf əzməsinə və ya qoz-fındıqla birlikdə qatığa, kəsmiyə əlavə etmək, yaxud banan dilimini fıstıq yağı ilə yemək olar. Bu kombinasiya şəkərin sorulmasını ləngidir, daha uzun toxluq hissi və stabil enerji səviyyəsi yaradır.
Axşam – rahatlanmaq üçün vaxtdır
Maraqlı faktdır ki, banan triptofan adlı amin turşusu ehtiva edir. Bu maddə serotonin və melatonin – əhval və yuxu hormonlarının sintezinə kömək edir. Buna görə, yatmazdan bir neçə saat əvvəl banan yemək daha tez və rahat yuxuya getməyə yardım edə bilər.
İpucu
Əgər bananı isti südlə birlikdə qəbul etsəniz, bu sakitləşdirici təsiri daha da artırar.
Həzm sistemi üçün faydası
Banan prebiotiklər, xüsusilə də davamlı nişasta ilə zəngindir. Bu nişasta nazik bağırsaqda həzm olunmur, qalın bağırsağa düşərək oradakı faydalı bakteriyalar üçün qida rolunu oynayır. Fermentasiya prosesi nəticəsində bu maddə butirat (masla turşusu) adlı birləşməyə çevrilir və bu da bağırsaq sağlamlığı üçün çox vacibdir.
Faydaları
İltihab proseslərini azaldır
İmmuniteti dəstəkləyir
Mədə-bağırsaq xəstəliklərindən qoruyur (o cümlədən xoralı kolit və qıcıqlanmış bağırsaq sindromu)
Bir neçə faydalı məsləhət
Bananın yetişmə dərəcəsi önəmlidir
Az yetişmiş bananlar daha az şəkər, daha çox davamlı nişasta ehtiva edir – bu da qlükoza və çəki nəzarəti üçün faydalıdır.
Tam yetişmiş bananlar isə daha yumşaq və şirin olur, lakin onların glikemik indeksi yüksəkdir.
İdmançılar üçün
Məşqdən dərhal sonra banan yemək glikogen ehtiyatlarını bərpa edir və əzələ yorğunluğunun qarşısını alır.
Şəkərli diabet xəstələri üçün
Orta yetişkənlikdə olan bananlar seçilməli və onu zülal və ya yağlarla birlikdə qəbul etmək lazımdır ki, glikemik reaksiya azalsın.
Nəticə
Banan – sağlamlığınıza fayda verə biləcək bir meyvədir, lakin onu düzgün vaxtda və uyğun formada yemək şərtilə.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSağlam üz dərisi üçün 8 "qızıl" QAYDA
Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur
17.08.2021 1695 Əncirlə süd - 10 dərdə dərmandır
İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın
10.08.2021 2433 İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ
Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür
17.08.2021 1744 Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır
Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs
21.08.2021 1128 Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ
Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd
29.08.2021 1493 "Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM
Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric
22.08.2021 1038 "Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO
Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə
09.09.2021 1723 Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!
Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə
17.09.2021 1439 Məşhur dieotoloqların arıqlama sirri
Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm
21.08.2021 1439