Uzunömürlü insanlar bu qidaları yeyirlər - SİYAHI
Dünyanın müxtəlif yerlərində uzunömürlülər xüsusi qidalanma rejiminə riayət edirlər və onların menyusunda bəzi məhsullar daim təkrarlanır.
Lent.az xəbər verir ki, uzunömürlülük və möhkəm sağlamlıq böyük ölçüdə qidalanmadan asılıdır. Uzun ömür sürən insanlar, adətən, elə bir qida rejiminə əməl edirlər ki, bu da onlara ahıl yaşda belə gümrah və fəal qalmağa kömək edir.
Bu məhsullar sadəcə faydalı deyil — onlar gəncliyin və enerjinin qorunmasına kömək edir. Bu qidaları rasiona daxil etməklə uzun və sağlam həyat ehtimalını xeyli artırmaq mümkündür.
Uzunömürlülərin rasionunda əsas qidalar
Lobya bitkiləri — noxud, lobya, mərcimək və kikerçi (nuxud) — zülal və antioksidantlarla zəngindir. Zülallar hüceyrələrin quruluşunu qoruyur və yaşlı insanlarda əzələ kütləsinin azalmasının qarşısını alır. Antioksidantlar isə orqanizmin hüceyrə səviyyəsində cavanlaşmasına kömək edir. Bundan əlavə, paxlalılar ürəyin fəaliyyətinə müsbət təsir göstərir və qandakı şəkər səviyyəsinə nəzarət etməyə kömək edir.
Yaşıl yarpaqlı tərəvəzlər — məsələn, kələm, ispanaq və rukkola — orqanizmdə viruslara qarşı mübarizəni gücləndirən vitamin və minerallarla zəngindir, bu da qocalma prosesini ləngidir və immun sistemini möhkəmləndirir.
Zeytun yağı — ürək və damar sağlamlığına müsbət təsir göstərən, eyni zamanda orqanizmi iltihablardan qoruyan omega-3 və omega-6 doymamış yağ turşularının mənbəyidir.
Qoz-fındıq məhsulları — qoz, badam və yerfındığı — ürək-damar və sinir sisteminin fəaliyyətini dəstəkləyən faydalı yağlar, zülallar və vitaminlərlə zəngindir. Bundan əlavə, bu məhsullar demensiya və Altsheymer xəstəliyi riskini azaltmağa kömək edir.
Tam taxıllı məhsullar — təmizlənməmiş düyü, yulaf, arpa və qarabaşaq — orqanizmi enerji ilə təmin edir, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və şəkərli diabetin yaranma ehtimalını azaldır.
Fermentasiya olunmuş məhsullar — məsələn, turş kələm və kimçi — bağırsaq sağlamlığını dəstəkləyən və immuniteti gücləndirən prebiotiklərlə zəngindir.
Giləmeyvələr — qaragilə, moruq, çiyələk və digər növlər — hüceyrələrin qocalma prosesini ləngidən və onkoloji, eləcə də yaşla bağlı xəstəliklərdən qoruyan antioksidantlarla zəngindir.
Yağlı balıqlar — siyənək, tuna, skumbriya və somon — ürək-damar xəstəliklərinin qarşısının alınmasına və beyin fəaliyyətinin yaxşılaşmasına kömək edən omega-3 yağ turşularının mənbəyidir.
Sarımsaq güclü iltihabəleyhinə və antiseptik xüsusiyyətlərə malikdir, immuniteti gücləndirməyə kömək edir və ürək xəstəlikləri riskini azaldır.
Yaşıl çay isə mütənasib şəkildə qəbul edildikdə beyin fəaliyyətinə müsbət təsir göstərir, demensiya riskini azaldır, maddələr mübadiləsini yaxşılaşdırır və xroniki xəstəliklərdən qoruyur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 755 Yuxu iflici zamanı beyində nələr baş verir?
"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman
14.11.2026 427 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27.10.2026 1111 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 959 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 700 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 506 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 927 Çox öskürənlər bunu oxusun
Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi
08.11.2026 573 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 1054