Yazın ilk meyvəsi çiyələyin faydaları
Yaz aylarının ən ləzzətli meyvələrindən biri olan çiyələk sağlamlıq üçün çox faydalıdır.
"Qafqazinfo" xəbər verir ki, A, B və C vitaminləri ilə zəngin olan çiyələk orqanizm tərəfindən asanlıqla həzm olunur.
Digər meyvələr kimi vitaminlər, minerallar, lif və antioksidant xüsusiyyətlərə malik birləşmələrlə zəngindir. Tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini dəstəkləyir və infeksiyalardan qoruyur. Tərkibindəki lif sayəsində həzmi asanlaşdırır və bağırsaq hərəkətlərini tənzimləyir.
Çiyələk flavonoidlər və antosiyaninlər kimi güclü antioksidanları ehtiva edir. Bu komponentlər bədəni sərbəst radikalların zərərindən qoruyur.
Həmçinin bu meyvə fitokimyəvi, xərçəng əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Çiyələkdə olan fitokimyəvi maddələr xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və mövcud xərçəng hüceyrələrinin yayılmasına qarşı qalxan rolu oynayır.
Çiyələk az miqdarda olsa da tərkibində A vitamini ehtiva edir. A vitamini göz sağlamlığını qorumaq, dəri hüceyrələrini yeniləmək və infeksiyalara qarşı müqaviməti artırmaq üçün vacibdir. Müntəzəm olaraq çiyələk yemək orqanizmin A vitamini ehtiyacını təbii şəkildə ödəyə bilər.
Şəkərin miqdarını azaltdığı üçün çiyələyi şəkərli diabet xəstələrinin qidalanma rejiminə daxil edirlər. Zəngin lif tərkibi sayəsində pis xolesterinin aşağı salınmasında da rol oynayır.
Bundan başqa dərini nəmləndirir, parlaqlıq verir və qocalma əlamətlərini gecikdirir. Dərini təravətləndirir, yeniləyir və canlandırır.
Çiyələk bəzi insanlarda allergiyaya səbəb ola bilər. Çiyələk istehlak edərkən qaşınma olarsa, həmin insanların bu meyvədən uzaq durması vacibdir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
07.09.2026 293 Səhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?
Səhər yeməyini buraxmaq, xüsusilə səhərlər iştaha olmadıqda, zərərsiz vərdiş kimi görünə bilər. Lakin bu vərdiş günün qalan hissəsində orqanizmin qidaya reaksiyasına təsir göstərə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazır. Səhər yeməyi yeyilmədikdə orqanizm sadəc
31.08.2026 411 Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür: Nə faydası var?
Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür. Qaynarinfo -a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarında
08.09.2026 303 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?
Çörəyi rasiondan çıxarmaq çəki itkisinə səbəb ola bilər. Lakin karbohidrat ehtiyacını tamamilə azaltmaq düzgün deyil. Mütəxəssislər ağ çörək əvəzinə tam taxıllı, çovdarlı və ya mayalı çörəyə üstünlük verməyi tövsiyə edirlər. Qaynarinfo "Network Okulu"na istinadən xəbər verir ki, çörəkdən imtin
28.08.2026 364 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
08.09.2026 329 Yod çatışmazlığı təhlükəlidir
Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir. Axşam.az xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur. Yod çatışmazlığının orqanizmə verdiyi zərərlər isə təhlükəlidir. Yod təbiətd
30.08.2026 298 Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?
Dünyada milyonlarla insan axşam saat 6-dan sonra yeməyin artıq çəkiyə səbəb olub-olmadığını düşünür. Bu məsələ xüsusilə gec saatlara qədər işləyən insanlar üçün aktualdır. Qaynarinfo xəbər verir ki, bəziləri orqanizmə zərər vermək qorxusundan acqarına yatmağa üstünlük verir. Lakin alimlər bildirirlə
24.08.2026 509 Sən demə, bu meyvələr "diabetin dostu" imiş - QIZIL SİYAHI
Tərkibində lifin bol olması və aşağı qlisemik indeksə malik olmasıyla seçilən bəzi meyvələr qan şəkərinin nəzarətdə saxlanmasına kömək edir. Bəs diabet zamanı hansı meyvələrə üstünlük vermək olar?. həmin siyahını təqdim edir:. Avokado. Demək olar ki, çox az şəkər ehtiva edən, sağlam yağlar və lif baxımında
30.08.2026 437 Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Mixəkdə olan eugenol adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. Ölkə.az xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stresslə əlaqəli proseslərə müsbət təsir göstərə biləcəyi müşahidə olunub. Mütəxəssislər bildirirlə
20.08.2026 436