Karbon qazını udan tikinti materialı HAZIRLANDI
ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları dəniz suyu, elektrik enerjisi və karbon qazından (CO₂) istifadə edərək yeni ekoloji cəhətdən təmiz tikinti materialı yaradıblar. Material beton, sement, suvaq və boya hazırlamaq üçün istifadə oluna bilər, eyni zamanda istixana qazı emissiyalarını azaltmağa kömək edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, tədqiqatın nəticəsi "Advanced Sustainable Systems" jurnalında dərc olunub.
Materialın istehsalı prosesi dəniz suyundan elektrik cərəyanının keçməsini və eyni zamanda karbon qazının daxil olmasını nəzərdə tutur. Kimyəvi reaksiya nəticəsində dəniz suyunda həll olunan kalsium və maqnezium ionları ilə qarşılıqlı əlaqədə olan bikarbonat ionları əmələ gəlir. Bu, kalsium karbonat və maqnezium hidroksid kimi sərt mineralların əmələ gəlməsi ilə nəticələnir.
Kalsium karbonat birbaşa CO₂-ni bağlayır və maqnezium hidroksid sonrakı reaksiyalarda karbon dioksidi tutur. Bu proses mərcan və mollyuskaların qabıqlarını əmələ gətirmə üsuluna bənzəyir, orqanizmlərin metabolik enerjisi əvəzinə yalnız elektrik enerjisi istifadə olunur.
Alimlər müəyyən ediblər ki, gərginliyi, cərəyanı, CO₂ axınının sürətini və dəniz suyunun sirkulyasiyasını tənzimləməklə nəticədə yaranan materialın kimyəvi tərkibinə, sıxlığına və məsaməliliyinə nəzarət edə bilirlər. Bu, tətbiqin məqsədindən asılı olaraq müxtəlif xüsusiyyətlərə malik materialların yaradılması imkanını açır.
"Biz bu materialların kimyəvi tərkibindən tutmuş ölçüsünə və sıxlığına qədər xassələrinə tam nəzarət edə bilərik" deyə aparıcı müəllif Alessandro Rotta Loria bildirib.
Yeni material 60-70% təşkil edən qum və çınqıl əvəzinə betonda istifadə oluna bilər. Əgər sement və beton zavodları sahildə yerləşirsə, bu, ekoloji cəhətdən təmiz tikinti materialları yaratmaq üçün dəniz suyu və karbon qazından birbaşa ərazidə istifadə etməyə imkan verəcək.
Dünya İqtisadi Forumunun məlumatına görə, sement sənayesi CO₂ emissiyasına görə dünyada dördüncü yerdədir və qlobal emissiyaların təxminən 8%-ni təşkil edir. Yeni üsul karbon qazını yenidən tikinti materiallarına qaytarmaqla bu həcmi azaldacaq.
"Biz CO₂-nin birbaşa istehsal nöqtəsində tutulduğu və tikinti üçün materiallara çevrildiyi qapalı bir dövr yarada bilərik" - Rotta Loria deyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 827 Tarix: 19 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459