"Ay Lolo"nu bir də belə dinləyin - "Nənələr"imiz haqqında BİLMƏDİKLƏRİMİZ - VİDEO

"Ay Lolo"nu bir də belə dinləyin - "Nənələr"imiz haqqında BİLMƏDİKLƏRİMİZ - VİDEOLənkəranın limonu, çayı, bir də "Nənələr" qrupu... Bu qrup o qədər tanınıb, sevilib ki, artıq Lənkəranın simvollarından birinə çevrilib, ikonlaşıb. Boşuna "ikonlaşıb" demirəm. Yadımdadır, 2 il əvvəlin yazında Lənkərana gəlmişdim. Hansı bölgəmizə getsəm, ilk gəzdiyim yer həmin rayonun bazarı olur. Burada ən maraqlı insanları, obrazları görmək mümkündür. Bazarlar toplumun altşüurudur. Lənkəran bazarında gördüyüm ən maraqlı "məhsullardan" biri də nənələrin gipsdən hazırlanmış minimalist maketi idi.

Lent.az-ın əməkdaşı sizə APA TV-nin müxbirinin dilindən ordakıları nəql edəcək.

Bu dəfə isə məhz "Nənələr"in özlərini görməyə gedirəm. Bu il onların 55 illik yubileyidir. Reportaj hazırlayacağımızdan əvvəlcədən xəbərləri var idi. Maşının üzərindəki "APA TV" loqosu və əlimizdəki texniki avadanlıqlardan bizi tanıyırlar. Qızbəs nənə bir əlində qaval, digər əliylə bizi salamlayır:

- Xoş gəlmisiz, həmişə siz gələsiniz!

Yenə eyni geyimdə, eyni sıra ilə düzülüblər. Bu sıra ardıcıllığı heç vaxt dəyişmir. Daha əvvəl də onlar haqqında hazırlanan reportajları izləmişəm. Hamısında sıra eynidir - Qızbəs Əhədova, Gülbəzək Kərimova, Rübabə Kərimova, Zibər Məmmədova, Bacıgül Məmmədova, Şərəf Məmmədova.

Aralarında ən yaşlısı Xanımbacı nənənin 91 yaşı var. Qızbəs nənə deyir ki, Xanımbacı nənə səhhətiylə əlaqədar səhnələrə çıxa bilmir.

"Nənələr" qrupunu həmişə "Ay Lolo" mahnısı ilə xatırlayıram. Mənə elə gəlir ki, bu mahnıdakı "qızıl üzük laxladı" (Ay lolo, qızıl üzük laxladı. Ay lolo, verdim, anam saxladı) ifadəsi azyaşlı qızların ərə verilməsinə bir işarədir. Qız o qədər balaca olur ki, nişan üzüyü barmağına böyük gəlir və düşüb itməsin deyə, saxlamağı üçün anasına verir.

Qrup ilk dövrlərdə özünü "Bacılar" adlandırıb. Yanaqları şaftalı çəyirdəyi kimi qırışmış Qızbəs nənə indi bizə daha ətraflı danışacaq:

- Bu qrup yarananda balaca idik. Kənddə toy, xınayaxdı olanda bizi aparırdılar. 4 bacı idik. Sonra Şövkət xanım bir toyda bizi görüb bəyəndi. Dedi, sizi göydə axtarırdım, yerdə tapdım. Bizi Bakıya, başqa şəhərlərə apardı.

Yadıma gəlir, 2012-ci ildə ruslar öz "Nənələr"ni "Eurovision" mahnı müsabiqəsinə çıxarmışdılar. Açıq desəm, rus "babuşka"larının bizim "nənə"lərdən heç bir üstün özəlliyi yox idi. Hətta milli köklərə söykənən "Lənkəran Nənələr"i daha maraqlı və yaradıcıdılar.

Qrupun üzvü Rübabə Kərimova deyir ki, məqsədimiz adət-ənənələrimizi uşaqlara, qız-gəlinlərimizə ötürməkdir:

- Biz bu adət-ənənələri qoruyub saxlayırıq.

1997-ci ildə "Bacılar" dönüb "Nənələr" oldular. Bəli, Qızbəs nənə özü deyir:
- Heydər Əliyev qatarla gəlmişdi. Stansiyadan düşəndə insan əlindən yer yox idi. Mən ona gül verdim. Bizimlə görüşdü və "Nənələr" adı verdi.

Qrup Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda keçirilən konserlərdə də iştirak edib. "Nənələr"in Zibər Məmmədovası deyir ki, Şuşa, Laçın, Ağdamda olmuşuq və gözəl təəssüratlarımız var.

İndi öyrənirəm ki, oxuduqları mahnıları "Nənələr" özləri yazırlar. Həqiqətən, o mahnıların sözləri, ifadə tərzləri o qədər təmiz və sadədir ki, onları oxuduqları folklor mahnılarından ayırmaqda çətinlik çəkirəm. Bunu öyrənəndən sonra "Nənələr" mənə oxuduğum nağıllarda nəvələrinə özlərindən şeirlər, bayatılar qurub-qoşan nənə obrazlarını xatırladır. Geyimləri, hərəkətləri bu obrazı tamamlayır.

Şərəf Məmmədova bu qrupdakı ilk konsertindən danışır:

- İlk dəfə bu qrupa qoşulanda Novruz şənliyi keçirilirdi, biz prezident İlham Əliyevin qarşısında oxuyurduq. İlk konsertim belə olub. Çox həyəcanlı idim.

Bacıgül Məmmədovanın isə arzusu "Nənələr"ə qoşulmaq imiş:

- Çox istəyirdim nənələrə qoşulum. Şükür Allah indi onlarla oxuyuram...

Son olaraq onlardan mahnı oxumalarını xahiş edirəm. Yenə eyni sıra ilə düzülürlər. Qızbəs nənə əlindəki qavala vurmağı ilə "Ay Lolo" mahnısını oxumağa başlayırlar. Oxuya-oxuya gah sağ, gah sol tərəfə dönüb əl çalırlar.

Lənkəran uzunömürlülər diyarıdır. Onlara uzun ömür və hər zaman belə oxumaqlarını, qruplarına yeni nənələr qatmağı arzu edirik...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1137   Tarix: 19 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"PİSA göstəricilərində müsbət yerlərə gəlmək üçün ciddi addımlar atırıq" - İLKİN MƏHƏRRƏMOV

PISA 2025 Azərbaycanın təhsil göstəricilərində yeni mənzərə ortaya qoydu. 91 ölkənin iştirak etdiyi qiymətləndirmədə Azərbaycan hər üç əsas istiqamət üzrə ən böyük irəliləyiş göstərən ölkələr sırasında yer aldı. Bu nəticələr təkcə rəqəmlərin dəyişməsi deyil, həm də ölkənin təhsil sitemində aparılan islahatları

09.09.2026 212
.

Çin mallarına qarşı Avropadan yeni addım - AB "Avropadan al" siyasətinə keçir

Avropa Komissiyası dövlət satınalmalarında Avropa şirkətlərinə üstünlük verilməsi üçün yeni qaydalar təklif edib. Reuters-in məlumatına görə, məqsəd Avropanın Çin və digər ölkələrdən asılılığını azaltmaq, yerli istehsalı və təchizat zəncirlərini gücləndirməkdir. Yeni qaydalara əsasən, dövlət tenderlərind

09.09.2026 195
.

Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar

Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun məlumatına görə, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb

09.09.2026 304
.

Nepalda ölənlərin sayı artdı

Nepalda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 1367 nəfərə çatıb. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilib ki, hazırda 5132 nəfər itkin düşmüş hesab olunur. Qeyd edək ki, avqustun 26-da Nepalda güclü daşqınlar baş verib

09.09.2026 141
.

Azərbaycanda deputatın qardaşına HÖKM OXUNDU

"QHT işi" üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. "Yeni Sabah" -

09.09.2026 162
.

Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır

Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə

09.09.2026 237
.

Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər

"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar

09.09.2026 227
.

Sabah Bakıya yağış yağacaq

Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr

09.09.2026 246
.

Lavrov: "Almaniya hakimiyyəti müstəqillik əlamətləri göstərmir"

Hazırkı Almaniya hakimiyyətinin siyasəti tamamilə onurğasızdır və müstəqillik əlamətləri göstərmir. xəbər verir ki, müxbirinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu MDBMİ-nin tələbə və müəllim heyəti ilə illik görüşündə bildirib. "İndi Almaniyada sosial-iqtisadi problemlər

09.09.2026 158
.