Ətin bahalaşmasının ƏSL SƏBƏBİ: Deputatdan heyrətamiz AÇIQLAMA
Deputat Tahir Rzayev deyib ki, körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur:
"7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır.
Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər", - deputat vurğulayıb.
Deputatın fikirlərində nə qədər həqiqət var?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb. İqtisadçı bu mövzuda bir qədər fərqli düşündüyünü deyib:
"Heyvanı iri çəkidə satmaq, yoxsa az çəkidə satmaq qərarı sahibkara məxsusdur. O bir neçə aylıq olarkən satırsa deməli, ona iqtisadi cəhətdən belə sərf edir. Çünki o heyvanı böyütmək üçüm əlavə zaman itirir, əlavə yem məhsulları üçüm pul xərcləyir. Böyüyən heyvanda əldə edilən gəlirin rentabellik səviyyəsi daha aşağı olur. Buna görə də sahibkar heyvanı tez satır və əvəzində yenisini böyüdür.
Yəni bir ildə X qədər heyvan satmaq əvəzinə, tez satıb yenisinə qulluq etməklə bir ildə kiçik olan amma 2X qədər heyvan satır.
Bir sözlə, bunu bazar tənzimləyir. Dövlətin belə işlərə müdaxilə etməsi yolverilməzdir.
Çünki bu nəinki iqtisadi baxımdan doğru deyil. Bunun həm də digər mənfi təsirləri olacaqdır.
1.Qadağalar quzu ətinin qiymətləri kəsin artıracaq
2.Şəffaflığa mənfi təsir edəcək
3.Qəssablara və ictimai iaşə obyektlərində yoxlamalar artacaq
4.Onsuz da çətin olan KOB subyektlərinə bu daha da pis təsir göstərəcək.
Buna görə də bu tip məsələlərin həll yolu tam başqadır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 803 Tarix: 15 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşElgizin sözlərinə Mehriban Xanlarovadan gözlənilməz cavab - VİDEO
Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incik olduğunu açıqlayıb. Səbəb isə aparıcının anasının vəfat etdiyi vaxt aktrisanın ona zəng edib başsağlığı verməməsi olub. "Yeni Sabah" xəbər verir ki, Mehriban Xanlarova Elgizin bu sözlərinə münasibət bildirib. Aktrisa deyib ki, aparıcını
09.09.2026 190 İsveçrədə su elektrik stansiyasında partlayış - yaralılar var
İsveçrənin cənubunda, Piotta şəhərində yerləşən Ritom su elektrik stansiyasında partlayış baş verib. Bu barədə "20 Minuten" nəşri məlumat yayıb. Partlayış çərşənbə günü səhər saatlarında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, iki nəfər ağır xəsarət alıb, obyektin bir hissəsinə ziya
09.09.2026 127 Lavrov: "Almaniya hakimiyyəti müstəqillik əlamətləri göstərmir"
Hazırkı Almaniya hakimiyyətinin siyasəti tamamilə onurğasızdır və müstəqillik əlamətləri göstərmir. xəbər verir ki, müxbirinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu MDBMİ-nin tələbə və müəllim heyəti ilə illik görüşündə bildirib. "İndi Almaniyada sosial-iqtisadi problemlər
09.09.2026 158 Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
09.09.2026 326 Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl
09.09.2026 346 Azərbaycanda qızıl bahalaşdı
Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyyar İtalyan qızılında 182.03 ₼, 585 əyyar Türk qızılında 141.99 ₼, 58
09.09.2026 152 "FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama
"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı
09.09.2026 306 "Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA
İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz
09.09.2026 194 "Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
09.09.2026 372