Trampdan III Dünya müharibəsi xəbərdarlığı: Görünməmiş dağıntı olar...
ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya sülh danışıqlarının uğursuzluqla nəticələnəcəyi təqdirdə III Dünya müharibəsinin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
BiG.AZ qaynarinfo.az-a istinadən xəbər verir ki, o, nüvə silahlarının istifadəsi ilə misli görünməmiş bir dağıntının yaşana biləcəyini bildirib.
ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı Tramp deyib: "Çox asanlıqla III Dünya müharibəsi baş verə bilər. Biz bu müharibəyə doğru gedirdik. Nüvə silahları və heç vaxt bilmək istəməyəcəyiniz digər silahlar səbəbilə görünməmiş dağıntı ola bilər. Amma düşünürəm ki, indi yaxşı vəziyyətdəyik. Rusiya ilə münasibətlərin yaxşı getdiyini düşünürəm. Prezident Putinlə danışırıq və bu müharibəni bitirmək istəyirik".
"Rusiya və Ukrayna ilə çox pozitiv danışıqlar apardıq. Əgər razılığa gələ bilsək, Rusiya atəşkəsi qəbul edəcək", deyə Tramp əlavə edib.
ABŞ prezidenti Avropaya böyük miqdarda vəsait xərcləndiyini də vurğulayaraq bildirib: "Avropaya, bəlkə də, 350 milyard dollar xərclənib. Ekspertlər bu məbləğin daha yüksək olduğuna inanır. Bağlanacaq razılaşma ilə bu vəsaiti geri alacağıq".
Bu arada, NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampın Ukraynanın NATO-ya üzvlük məsələsini müzakirə masasından çıxardığını qəbul edib.
"Bloomberg"ə açıqlama verən Rütte deyib: "Ukraynanın NATO-ya daxil olması məsələsi artıq gündəmdə deyil".
Ukraynanın ədliyyə naziri Olqa Stefanişina isə Rüttenin bu açıqlamalarının ölkədə çaşqınlıq yaratdığını bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 807 Tarix: 15 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNepalda ölənlərin sayı artdı
Nepalda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 1367 nəfərə çatıb. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilib ki, hazırda 5132 nəfər itkin düşmüş hesab olunur. Qeyd edək ki, avqustun 26-da Nepalda güclü daşqınlar baş verib
09.09.2026 141 Sabah Bakıya yağış yağacaq
Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr
09.09.2026 246 Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
09.09.2026 183 Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır
Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə
09.09.2026 237 Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər
"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar
09.09.2026 227 Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi dünən Şəki rayonunda yerləşən istirahət mərkəzində baş vermiş faciədə həlak olan əməkdaşı ilə bağlı başsağlığı mesajı yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, qurumun yaydığı paylaşımda deyilir:. "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı Uca
09.09.2026 398 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib
"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs
09.09.2026 193 2027-ci illə bağlı Vanqanın proqnozu
Onun proqnozlarına görə, 2027-ci ildə sirli bir xəstəlik və ya genetik təcrübə superinsanların ortaya çıxmasına səbəb ola bilər. Bolqarıstanlı kahin Vanqa gələcək dünya hadisələrini proqnozlaşdırmaqda davam edir. -ın məlumatına görə, bunlardan biri, 2027-ci illə bağlı, xüsusilə qorxunc səslənir: guy
09.09.2026 226 Rusiya dronları Ukrayna-Moldova sərhəd keçid məntəqəsində iki nəfəri öldürüb
Ukrayna hakimiyyəti çərşənbə günü bildirib ki, Rusiya dronları Ukrayna ilə Moldova arasında cənubi Odessa bölgəsindəki sərhəd keçid məntəqəsini vurub, iki nəfərin ölümünə səbəb olub və gecə ölkənin paytaxtı Kiyevə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, qubernator Oleh Kiper Telegram-d
09.09.2026 214