Ərdoğanın müşaviri: "Ukrayna ilə bağlı danışıqların predmeti onun ərazisinin 25 faizidir"
"Ukrayna münaqişəsinin həlli ilə bağlı təmasların hazırkı mərhələsində Ukrayna ərazisinin 25%-i məsələsi müzakirə olunur".
Oxu.Az-ın NTV telekanalına istinadən xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç belə bir bəyanatla çıxış edib.
"Vəziyyət son dərəcə sürətlə inkişaf edir. Bəzi məsələlərdə irəliləyiş əldə edilir, sonra yenidən nəzərdən keçirilir. Amma əsas problem etibarın itirilməsidir. Heç kim heç kimə güvənmir. 2022-ci ildən bu yana hər iki tərəf Türkiyədə iki dəfə görüşüb və bu danışıqlarda xeyli məsafə qət olunub. Lakin hazırda bəzi siyasətçilərin hərəkətləri ucbatından vəziyyət müharibənin davam etdirilməsinə doğru yol alıb", - deyə o bildirib.
"Hazırda müzakirə olunan şərtlər, onların hansı əraziləri və regionları əhatə etdiyi daim nəzərdən keçirilir. Əgər 2022-ci ildə söhbət Ukrayna ərazisinin üç faizindən gedirdisə, indi bu, təxminən 25%-dir", - deyə Akif Çağatay Kılıç iddia edib.
"Lakin indi bir şey tamamilə aydındır - müharibəni başa çatdırmaq lazımdır. Və bu ideya ətrafında razılıq əldə edilib. Ukrayna əziyyət çəkir, Rusiya problemlərlə üzləşir. Bütün bunlarda ABŞ və Avropa öz yerlərini axtarırlar. Hazırkı vəziyyətdən çıxış yolunun tapılması prosesi gedir. Liderlərinin göstərişi ilə hərəkət edən nümayəndə heyətlərinin intensiv işi davam edir. Sözsüz ki, mütləq qərarlar rəhbərlər tərəfindən şəxsi görüşdə qəbul ediləcək, lakin bundan əvvəl bu qərarları ən yaxşı şəkildə hazırlamaq üçün bir yol keçmək lazımdır", - deyə Kılıç qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 543 Tarix: 15 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşElgizin sözlərinə Mehriban Xanlarovadan gözlənilməz cavab - VİDEO
Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incik olduğunu açıqlayıb. Səbəb isə aparıcının anasının vəfat etdiyi vaxt aktrisanın ona zəng edib başsağlığı verməməsi olub. "Yeni Sabah" xəbər verir ki, Mehriban Xanlarova Elgizin bu sözlərinə münasibət bildirib. Aktrisa deyib ki, aparıcını
09.09.2026 190 İsveçrədə su elektrik stansiyasında partlayış - yaralılar var
İsveçrənin cənubunda, Piotta şəhərində yerləşən Ritom su elektrik stansiyasında partlayış baş verib. Bu barədə "20 Minuten" nəşri məlumat yayıb. Partlayış çərşənbə günü səhər saatlarında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, iki nəfər ağır xəsarət alıb, obyektin bir hissəsinə ziya
09.09.2026 127 Lavrov: "Almaniya hakimiyyəti müstəqillik əlamətləri göstərmir"
Hazırkı Almaniya hakimiyyətinin siyasəti tamamilə onurğasızdır və müstəqillik əlamətləri göstərmir. xəbər verir ki, müxbirinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu MDBMİ-nin tələbə və müəllim heyəti ilə illik görüşündə bildirib. "İndi Almaniyada sosial-iqtisadi problemlər
09.09.2026 158 Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
09.09.2026 326 Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl
09.09.2026 346 Azərbaycanda qızıl bahalaşdı
Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyyar İtalyan qızılında 182.03 ₼, 585 əyyar Türk qızılında 141.99 ₼, 58
09.09.2026 152 "FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama
"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı
09.09.2026 306 "Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA
İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz
09.09.2026 194 "Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
09.09.2026 372