Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı - Foto
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.
BiG.AZ "Trend"ə istinadən xəbər verir ki, artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində cinayət işi başlanıb.
İstintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova və digər şəxslər var.
Məlumata görə, istintaqa cəlb edilən rəhbər vəzifəli şəxslər Mərkəzdə ciddi qanun pozuntularına yol veriblər. Belə ki, xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib.
Hətta Mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da, bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib.
Agentlik tərəfindən sözügedən məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib, lakin hələ cavab alınmayıb.
Fotoda Nərmin İsmayılova
Fotoda Vəfa Kərimova
Fotoda Ülviyyə Əhmədova

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1580 Tarix: 14 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ-dən Ukraynaya kritik dəstək - 3,2 milyard avro ayırıb
Avropa İttifaqı Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket almasını maliyyələşdirmək məqsədilə 3,2 milyard avro vəsait ayırıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu dəstək Ukraynanın hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasın
09.09.2026 139 Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub
İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman
09.09.2026 171 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, qəzaya düşənlər rayonun Məmmədqasımlı kənd sakinləri olub. Bildirilib ki, avtomobildə qəzaya düşən ailə üzvləri hadisə zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsini
09.09.2026 245 Azərbaycanda deputatın qardaşına HÖKM OXUNDU
"QHT işi" üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. "Yeni Sabah" -
09.09.2026 162 Vaşinqton Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI
ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışır. xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun münaqişəyə yanaşmasını açıqlayıb. Vitkoff bildirib: "Biz bu münaqişəyə kinetik deyil, diplomatik həll yolu axtarırıq"
09.09.2026 178 "Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA
İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz
09.09.2026 194 Çin mallarına qarşı Avropadan yeni addım - AB "Avropadan al" siyasətinə keçir
Avropa Komissiyası dövlət satınalmalarında Avropa şirkətlərinə üstünlük verilməsi üçün yeni qaydalar təklif edib. Reuters-in məlumatına görə, məqsəd Avropanın Çin və digər ölkələrdən asılılığını azaltmaq, yerli istehsalı və təchizat zəncirlərini gücləndirməkdir. Yeni qaydalara əsasən, dövlət tenderlərind
09.09.2026 195 Elgizin sözlərinə Mehriban Xanlarovadan gözlənilməz cavab - VİDEO
Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incik olduğunu açıqlayıb. Səbəb isə aparıcının anasının vəfat etdiyi vaxt aktrisanın ona zəng edib başsağlığı verməməsi olub. "Yeni Sabah" xəbər verir ki, Mehriban Xanlarova Elgizin bu sözlərinə münasibət bildirib. Aktrisa deyib ki, aparıcını
09.09.2026 190 Nuranın oğlu Avropada təhsil alacaq
Müğənni Nura Suri kiçik oğlu Davidi Macarıstana yola salıb. Axşam.az xəbər verir ki, sənətçinin övladı Budapeştdə təhsil alacaq. Nura sosial şəbələdə paylaşım edərək "Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun" sözlərin
09.09.2026 260