Ramazan və xeyriyyəçilik: Ehtiyacı olanlara necə kömək etmək olar?

Ramazan və xeyriyyəçilik: Ehtiyacı olanlara necə kömək etmək olar?Ramazan ayı Allahın lütf və ehsanları ilə dolu bir aydır. Bu ayın ən əhəmiyyətli təlimatlarından biri də oruc tutmaqla yanaşı, xeyriyyəçilik əməllərinin sayını artırmaqdan ibarətdir. Bəs Ramazan ayında ehtiyacı olanlara necə kömək etmək olar? Xeyriyyəçilik əməllərini hansı formada davam etdirmək lazımdır?

Mövzu ilə bağlı Oxu.Az-a danışan ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, Ramazan ayı, sadəcə, bir ay deyil, həm də məktəbdir:

"Bu məktəbin özünəməxsus təlimi və təlimatları var. Bu təlimlər insanlara istiqamət verir, doğru-dürüst olmağı öyrədir. Ona görə də Ramazan adı Quranda çəkilən yeganə aydır. Bu baxımdan, bu ayda yalnız gün ərzində oruc tutmaq kimi mühüm ibadətlə kifayətlənməməli, eyni zamanda, bu ayın bizə verdiyi sosial mesajlara da diqqət yetirməliyik. Sosial rifahın yaxşılaşdırılması üçün, xüsusən də savab əldə etmək niyyəti ilə zəngin müsəlmanlar fəqirlərin durumunu daha rahat hiss edə bilirlər. Çünki insan oruc əsnasında aclığın və susuzluğun nə qədər çətin və gərgin olduğunu əməli olaraq daha dərindən hiss edir".

"Bu baxımdan, Ramazan ayı boyunca inanclı insanlar xeyriyyəçilik prinsiplərini daha da genişləndirirlər. Biz buna daha çox fəqir ailələrə yardım edilməsində, onların borclarının bağlanmasında, çətin vəziyyətdə olan insanlara əl tutulmasında daha aydın şahid oluruq. Maddi yardıma ehtiyacı olan insanlara əl tutulması dirçəliş üçün yeni bir başlanğıcdır, "sizi unutmadıq" mesajı ilə onlara verilən dəyərdir. Zəngin adamlar da bu işin fərqinə varırlar ki, Allahın onlara verdiyi sərvət imtahandır və bölüşmək lazımdır. "Ali İmran" surəsindəki "Sevdiyiniz şeylərdən Allah yolunda sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!" ayəsi də göstərir ki, ehtiyacı olan insanlara Allah rizası üçün yardım etməliyik. Bu, həm də böyük bir həmrəylikdir, sosial həyatın təyinatı baxımından əhəmiyyətlidir. Hər halda, sədəqədən tutmuş digər xeyir əməllərə qədər xeyriyyəçiliyin çox böyük tərəfləri var", -deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, Hacı Cavad məscidinin imamı İbrahim Quliyev də Oxu.Az-a açıqlamasında deyib ki, Ramazanda müsəlmanlar arasında sədəqə böyük əhəmiyyət kəsb edir, çünki bu, insanı uca Allaha yaxınlaşdıran ən mühüm savab əməllərdəndir:

"Xüsusi olaraq vurğulayaq ki, yaxşı əməllərin çoxaldığı, rəhmət və məğfirət qapılarının açıldığı bu mübarək ayda sədəqə verməyin savabı qat-qat çoxdur. Müsəlmanlar arasında sədəqənin əhəmiyyəti Qurani-Kərimə, hədislərə və islam böyüklərinin kəlamlarına əsaslanır. Qurani-Kərimin "Hədid" surəsinin 18-ci ayəsində belə buyurulur: "Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir!" Hədislərdə də Ramazan ayında verilən sədəqənin bir neçə cəhətdən çox fəzilətli olduğu vurğulanır. Bu mövzuda İmam Cəfər Sadiqin belə buyurduğu rəvayət olunur: "Ramazan ayında verilən sədəqə onun fəzilətini yetmişqat artırır". Bu baxımdan, Ramazanda verilən sədəqə şəxsin günahlarını silir".

"Ramazanın əlamətdar hadisələrindən biri də yoxsulları sevindirməkdir. Rəhmət və ictimai həmrəyliyin yayılmasında təsirli olduğuna görə müsəlmanlar Ramazan ayında sədəqə verməyə çağırılır və bu, uca Allahın "Onlar onu sevərək yoxsula, yetimə və əsirə yemək verirlər" ("İnsan" surəsi, 8-ci ayə) sözlərinə uyğundur. Ramazanda verilən sədəqənin savabı da ikiqat artır. Hədislərdə qeyd olunur ki, Ramazan ayında sədəqənin savabı digər aylardan daha çoxdur, çünki həmin müqəddəs günlərdə xeyirxah əməllərin mükafatı ikiqat artır. Həzrət Əli isə belə buyurub: "Sədəqə ilə ruzi qazanın". Peyğəmbər əfəndimizin əsasını qoyduğu bu nəcib və xeyirxah ənənə onun əhli-beyti və səhabələri tərəfindən də ləyaqətlə davam etdirilib. Peyğəmbərimizin ailəsi və səhabələr Ramazan ayında, xüsusilə iftar zamanı çoxlu sədəqə verirdilər, çünki oruc tutanlara xurma və ya bir içki ilə də olsa, iftar etmək savabdır", - deyə imam vurğulayıb.

Aİİ-nin müəllimi əlavə edib ki, yaxşı olar ki, kasıblara və yoxsullara pul və ya yemək şəklində sədəqə paylansın:

"Oruc tutanlara iftar süfrəsi açmaq müstəhəb əməllərdəndir. Həmçinin yetimlərə və dul qadınlara yardım göstərmək də savab əməldir. Sədəqənin dairəsini daha da genişləndirsək, cəmiyyətə xidmət göstərən xeyriyyə layihələrinə və bu qəbil institutlara dəstək olmaq müstəhəb hərəkətdir. Ramazan ayında tövsiyə olunan ən yaxşı sədəqə növləri qeyd etdiklərimiz ola bilər: məktəb və məscid tikmək, su quyusu qazmaq və ya su çəkdirmək, insan mənəviyyatına xidmət edən kitabların çapını təşkil etmək, uzunmüddətli perspektivdə insanlara fayda verən layihələri maliyyələşdirmək. Qeyd edim ki, digər bu kimi xeyirxah və nəcib işlər sədəqənin daha mükəmməl formasıdır ki, onun bəxş edəcəyi töhfədən geniş toplum yararlana bilər. Ramazanda müsəlmanlar üçün sədəqə, sadəcə, könüllü olaraq həyata keçirilən sadə bir əməl deyil. Bu, eyni zamanda, ikiqat savab, günahların bağışlanması üçün bir fürsət olduğu güclü şəkildə təşviq olunan fəzilətli ibadətdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 857   Tarix: 06 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ ordusu İranın hərbi gəmilərinə zərbələr endirməsi ilə bağlı xəbərləri təkzib edir

ABŞ Mərkəzi Komandanlığı X-də paylaşım edərək İran qüvvələrinin Yaxın Şərqdə fəaliyyət göstərən hərbi gəmilərini vurduğu barədə məlumatları təkzib edib və bütün cəhdlərin uğursuz olduğunu bildirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bildirib ki, "İranın İslam İnqilab

15:25 187
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

14:49 320
.

Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır

Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə

16:09 225
.

"Kallasın olduğu yerdə..." - Zaxarovadan SƏRT SARKAZM

Mariya Zaxarova Avropa İttifaqında Rusiyaya qarşı "müdriklər qrupu" yaradılması ideyasının uğursuzluğuna istehza ilə münasibət bildirib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti-yə açıqlamasında bildirib. Avropa diplomatiyasının rəhbər

14:54 156
.

İsrail Müdafiə Qüvvələri Qəzzada terrorçu qrupların silah anbarlarına və raket atış məntəqələrinə zərbələr endirdiyini bildirib

İsrail Müdafiə Qüvvələri dünən Qəzza zolağına endirilən hava zərbələri nəticəsində üç silah anbarı və bir raket atış məntəqəsi məhv edildiyini bildirib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, hərbçilər bildirir ki, HƏMAS və Fələstin İslam Cihadı terror qruplarına məxsus silah anbarlarında

12:42 192
.

Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər

"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar

15:38 221
.

"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video

"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli

15:30 342
.

Sabah Bakıya yağış yağacaq

Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr

12:24 232
.

"Molla rejimi Azərbaycan dövlətini özünə rəqib görür və bu istiqamətdə daim anti-Azərbaycan kampaniyası aparır" - RASİM QULİYEV

"İranda molla rejimi daim orada yaşayan, böyük bir hissəsini Azərbaycan əsilli türklərin təşkil etdiyi əhalinin Azərbaycan dövlətinə olan rəğbətindən narahatlıq keçirir. Hazırkı İran rejimi Azərbaycanın güclənməsindən, qüdrətlənməsindən və İranda yaşayan Azərbaycan əsilli türklərin Azərbaycana rəğbətini

15:49 222
.