"Həyatımın ən ağır dönəmləri idi" – Aynişan boşanmasından danışdı

"Həyatımın ən ağır dönəmləri idi" – Aynişan boşanmasından danışdı"İnsanlara aqressivləşdim ki, niyə hər kəs hər şeylə maraqlanır? Yaxşı nəsə olanda, insanlar maraqlananda adam incimir. Lakin problemlə maraqlananda, insanlar hücum çəkəndə adam özünü narahat hiss edir. Lakin anladım ki, özüm buna şərait yaratmışam. İlk başda paylaşmışam deyə, artıq insanlar başqa açıqlama gözləyirlər. Əgər başqalarının sənin şəxsi həyatını danışmağını istəmirsənsə, əzəldən bunu danışmamalısan. Ya da uzaqbaşı paylaşırsan ki, evləndim, bitdi".

Axşam.az xəbər verir ki, bu sözləri bloger Aynişan Quliyeva "Pərvizə görə" proqramında deyib. O, boşanma ərəfəsində insanların onu tənqid etməsindən danışıb:

"Hər halını paylaşırsansa, məcbur digər halını da paylaşmağını istəyirlər. Yəqin ki, şəxsi həyatımla bağlı xəbərlər çıxan dönəmlər həyatımın ən ağır dönəmlərindən biri idi, istəyirdim, tez bitsin. İndi insanlardan küsmürəm. İçimdə onlara qarşı kin olmayıb, "salam" verməsəm də, onlara qarşı pislik olmayıb, sadəcə küsmüşəm. İndi yaxın bildiklərimlə bəzi şeyləri paylaşıram. Onlardan səhv addım görəndə oturub danışıram. Əvvəl bir insanla küsdümsə, barışa bilmirdim. Elə olub ki, indiyə qədər də danışmamışıq. Son zamanlar altdan almağı öyrənmişəm.

Son vaxtlar "qocalmısan" yazırlar. Bu, normaldır. Mən bir çox arzuma çatdığım üçün bu "qocalma" uğurlu davam edir. Təki hər birimiz arzumuza çata bilək, illər ərzində nələrəsə nail olaq. Elə böyük arzularım yoxdur. Kiçik şeylərdən xoşbəxt oluram. Delfini qucaqlamaq ən böyük arzularımdan biri idi. Delfini qucaqladım. Hollivuda getdim, onda çox xoşbəxt idim. Əsas odur ki, bu arzularıma öz zəhmətimlə çatıram. Mənə icazə verir ki, özümlə qürur duyum".

Ev almasından söz açan Aynişan "Ev məsələsində anam dedi ki, mən kömək edim. Dedim, ana, qoy bir işi axıra kimi çatdırım, özümə sübut edim ki, böyümüşəm. Anam da baxır qürurlanır" sözlərini əlavə edib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2817   Tarix: 18 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aysel Teymurzadənin yeni görüntüsü AĞILLARI BAŞDAN ALDI - FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Aysel dərin yarıqlı ağ libasda göz oxşayıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımın

26.07.2026 647
.

"Batumidə xəstəxanaya düşdük, üç gün qaldıq..." - Oksana başına gələnləri danışdı

Rəqqasə Oksana Rəsulova Batumidə xoşagəlməz hadisələrlə üzləşib. "Qafqazinfo" xəbər verir ki, bu barədə rəqqasə sosial şəbəkə hesabında paylaşım edib. O ailəsi ilə birgə keçirdiyi 6 günlük Batumi tətilində qaldıqları hoteldən şikayətlənib: "Əgər Batumiyə getməyi planlaşdırırsınızsa, xüsusil

24.07.2026 562
.

Türkiyəli məşhur aktyor vəfat etdi

"Yeşilçam"ın aktyoru Can Kolukısa vəvat edib. Axşam.az xəbər verir ki, aktyor 92 yaşında dünyasını dəyişib. Qeyd edək ki, C.Kolukısa son olaraq "Mehmed: Fetihler Sultanı" serialında rol alıb. Aktyor "İnci taneleri", "Gibi", "Alef", "Muhteşem Yüzyıl"

02.08.2026 323
.

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra YENİDƏN ETDİ - FOTOLARr

Xalq artisti Aygün Kazımovanın "DreamFest"də nümayiş etdirdiyi obrazlar hələ də müzakirə olunur. Axşam.az xəbər verir ki, Pop kraliçanın firuzəyi xalça üçün seçdiyi görünüş izləyiciləri 24 il əvvələ aparıb. Ölkənin əsas ulduzunun fərqli saç düzümü 200-ci illərin əvvəllərində yaratdığı ən diqqətçəkə

02.08.2026 597
.

"Onların yoxluğu dərin bir boşluqdur"

Xəbər verdiyimiz kimi, bu gün Xalq şairi Nəriman Həsənzadə vəfat edib. Axşam.az-ın məlumatına görə, aparıcı Lalə Azərtaş bununla bağlı sosial media hesabında paylaşım edib. Aparıcı ötən ilin məhz bu günü dünyasını dəyişən Xalq artisti Arif Babayevi də yad edib. "Avqustun 1-i Azərbaycan mədəniyyətini

02.08.2026 287
.

Şakira Mbappeni klipində oynamasına necə razı saldı?

Kolumbiyalı dünya ulduzu Şakira 2026-cı il Dünya çempionatının rəsmi himni olan "Dai Dai" mahnısı ilə yenidən turnirin simalarından birinə çevrilib. xarici mediaya istinadən xəbər verir ki, mahnının klipində Lionel Messi, Erlinq Holand, Harri Keyn, Luis Dias, Camal Musiala, Kilian Mbappe kim

26.07.2026 453
.

Afra Saraçoğlu sevgilisi ilə görüntüləndi

Türkiyəli aktrisa Afra Saraçoğlu şəxsi həyatı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, son olaraq "A.B.İ." serialında rol alan sənətçi sevgilisi Poyraz Yosmaoğlu ilə birlikdə kameralara tuş gəlib. Məlumata görə, cütlük gecəni birlikdə keçirdikdən sonra geri qayıdarkən görüntülənib. Poyra

25.07.2026 330
.

Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO- Heyranedici gözəllik

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovanın yeni görünüşü çox bəyənilib. xəbər verir ki, müğənnin sosial mediada yeni görüntüləri yayımlanıb. Onun görünüşü və dəyişimi diqqət çəkib. İlqarənin görüntüsü izləyicilərin marağına səbəb olub. Sözügedən paylaşımı təqdim edirik:

26.07.2026 526
.

Elnarə Abdullayevaya ağır itki

Əməkdar artist Elnarə Abdullayevanın ailəsində ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, sənətçinin qardaşı Yaqub vəfat edib. Bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında yazıb. O, qardaşının ölümü ilə bağlı kədərini bu sözlərlə ifadə edib:. "Bəzən insan elə bir itki yaşayır ki, on

22.07.2026 839
.

TOP MP3