"Arif Quliyev koronavirus deyildi, beynində problem var idi"
"Mən də hamı kimi Arif Quliyevi ekrandan tanımışam. Onun aktyor kimi böyük sənətkar olduğu göz qabağında idi. Bir bədbəxtliyi var idi ki, rejissoru olmadı. Əgər Arif İtaliya, Fransa, İngiltərədə dünyaya gəlsəydi, oraların məşhur rejissorları ilə təmasda olsa idi, dünya şöhrətli aktyor olardı. Bunu çəkinmədən deyirəm. Arif Quliyevin rejissoru Azərbaycanda tapılsaydı, 10 dəfə daha qüdrətli obrazlar canlandırardı".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlilicanzadə "AStar" layihəsində Mərhum Xalq artisti Arif Quliyev haqqında danışarkən deyib. O, 3 yaşında uşaqlar evinə tərk edilən A.Quliyevin doğma ailəsi ilə sonralar əlaqə saxlamaq istəmədiyini bildirib:
"O, qardaşlarını özünə yaxın buraxmırdı. Onun əsl anası ilə maraqlanıram ki, kimdir. Yaşadığı kəndi də bilirəm, amma oğlunun icazəsi olmadan deyə, bilmərəm. Amma Bakı kəndlərindən biridir. Onun hansı səbəbdən uşaq evində böyüməsini bilmirəm. O, insanlarda özünü axtarırdı ki, mən bu xasiyyəti hansı anadan-atadan almışam. Tapa bilmirdi. Onun çəkdiyi dərdləri bilsələr, hönkür-hönkür ağlayardılar".
Q.Əlilicanzadə bildirib ki, mərhum sənətçi oğlu Fəridin faciəli həyatına görə çətin dövrdən keçib:
"Çox dərd çəkirdi. Bəlkə də təklikdə ağlayıb, amma bunu görən olmayıb. O, dərdini insanlara göstərmək istəmirdi".
Q.Əlilicanzadə A.Quliyevin koronavirusdan deyil, başqa xəstəlik səbəbindən vəfat etdiyini açıqlayıb:
"Arif koronavirus deyildi, beynində problem var idi. Onun ciyərlərində soyuqdəymə yox idi. Təzyiqi qalxıb-düşürdü. Sonra da ona qızdırma gəldi. Bəli, adını koronaviris qoyduq, amma evdə müalicə ala bilərdi. Arif inanmırdı öləcək. Orada da deyib-gülməyindən, zarafatından qalmırdı. Amma vəziyyət ciddiləşəndə o da dəyişdi. Elə bil Arif sağollaşıb getdi".
Xatırladaq ki, A.Quliyevin oğlu Fərid Quliyev 2000-ci ildə qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. 14 illik məhkumluq müddəti verilmiş aktyorun oğlu 2011-ci ildə əfv olunmuş, 2012-ci ildə isə vərəm xəstəliyindən dünyasını dəyişmişdi.
Qeyd edək ki, Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb
Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük
19.09.2026 242 10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27.09.2026 489 "Yeraltı"nın yayım tarixi bəlli oldu
Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin
13.09.2026 575 Hakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25.09.2026 319 Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19.09.2026 297 Vəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO
Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd
27.09.2026 450 3 il aradan sonra seriala çəkilir
Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha
19.09.2026 266 Yeni layihəsi bəlli oldu
"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib
27.09.2026 189 Bunun üçün 1 milyardından keçdi
"BTS" qrupunun üzvü Canqkuk xeyriyyə məqsədilə böyük məbləğdə ianə edib. Axşam.az xəbər verir ki, Cənubi Koreyanın məşhur ifaçısı Seul Milli Uşaq Xəstəxanasına 1 milyard von, təxminən 1 milyon 268 min manat bağışlayıb. Müğənni bildirib ki, vəsait maddi imkanı məhdud ailələrdən olan uşaqları
13.09.2026 324