"Like" və "comment"lərlə böyüyən uşaqlar: azadlıq, nəzarət, yoxsa qadağa?

"Like" və "comment"lərlə böyüyən uşaqlar: azadlıq, nəzarət, yoxsa qadağa?Azyaşlıların sosial şəbəkələrdən istifadəsi...

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrildikcə azyaşlıların bu platformalarda iştirakı məsələsi cəmiyyətin istər-istəməz diqqət mərkəzinə düşür. Uşaqların internetdə sərbəst fəaliyyəti onların inkişafına müəyyən hallarda müsbət təsir etdiyi kimi, müxtəlif təhlükələrlə də üz-üzə qoyur.

Uşaqların sosial şəbəkələrdən istifadəsinin müsbət tərəflərindən ən başlıcası onların yeni biliklər əldə etməsi, xarici dilləri inkişaf etdirməsi, elmi məqalələrə və dərsliklərə çıxış əldə etməsidir. Digər tərəfdən sosial şəbəkələr uşaqların rəsm, musiqi, fotoqrafiya və video montaj kimi sahələrdə öz bacarıqlarını nümayiş etdirə bilməsinə də geniş imkanlar yaradır.

Sosial şəbəkələrin başqa bir mütərəqqi tərəfi də ünsiyyət və sosiallaşma ilə əlaqədardır. Belə ki, bu yolla uşaqlar uzaqda yaşayan dostları və ailə üzvləri ilə əlaqə saxlamaq, maraqlı insanlarla tanış olmaq imkanı qazanırlar.

İnternet dünyanı ayağımıza gətirir

Dünyada baş verən hadisələr, elmi kəşflər və texnoloji yeniliklər haqqında məlumatlar əldə etmək də uşaqların dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir.

Etiraf etmək lazımdır ki, balaca istifadəçilərin öz fikrini ifadə etmə imkanına geniş fürsətlər yaratmasında da sosial şəbəkələrin payı əvəzolunmazdır. Məsələn, bloq yazmaq, video paylaşmaq və müxtəlif müzakirələrdə iştirak etməklə onlar öz fikirlərini ifadə edə bilir, hətta bu yolla istedadlı və qabiliyyətli uşaqlar daha tez "kəşf" oluna bilirlər.

Sosial şəbəkələrin uşaqlara mənfi təsirləri

Lakin bütün bu müsbət tərəfləri və üstünlükləri ilə yanaşı, sosial şəbəkələrin uşaqlara yaratdığı çox ciddi təhlükələr və risqlər də az deyil.

Sosial şəbəkələrin ən pis mənfi tərəflərindən biri uşaqlarda psixoloji asılılıq yaratması, dərs və digər fəaliyyətlərə maraqlarını azaltmasıdır.

Onun təhlükəli tərəflərindən biri kiberzorakılıqla bağlıdır. Belə ki, digər istifadəçilərin təhqirləri, təhdid və zorakılıqla müşayiət olunan paylaşımları uşaqların psixologiyasına mənfi təsir edə bilər.

Həmçinin unudulmamalıdır ki, uşaqlar internetdə kiber dələduzlar və digər təhlükəli insanlarla da qarşılaşa bilirlər.

Bundan başqa, uşaqlar bəzən sosial şəbəkələrdə bilmədən öz şəxsi məlumatlarını paylaşır və bununla da müxtəlif risklərə məruz qalırlar.

Sosial şəbəkələrdə tez-tez yayılan saxta informasiyalar da uşaqlara ciddi zərər vurur. Təcrübə göstərir ki, uşaqlar yalan xəbərlər və manipulyativ məzmunlara inanıb bunun təsiri altında yanlış qərarlar verə bilirlər.

Həmçinin, sosial şəbəkələrə həddindən artıq aludəçilik uşaqlarda sağlamlıq problemləri də meydana gətirir. Belə ki, uzun müddət ekrana baxmaq göz yorğunluğu, yuxu problemləri və fiziki aktivliyin azalmasına səbəb olur.

Uşaqların internetə çıxışına qadağa qoyulmalıdırmı?

Təsadüfi deyil ki, mənfi tərəflərindən dolayı bir çox ölkələrdə azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı xüsusi tənzimləmələr və qadağalar mövcuddur.

Hər şeydən əvvəl qeyd edək ki, uşaqların sosial şəbəkələrdə hesab açması məsələsi müxtəlif ölkələrdə fərqli şəkildə tənzimlənir. Məsələn, Böyük Britaniyada 13 yaşından kiçik şəxslərin onlayn platformalarda hesab açması qadağandır. İtaliyada isə 14 yaşından kiçiklərin mobil telefona sahib olması, 16 yaşından kiçiklərin isə sosial şəbəkələrdə profil açması qadağandır. Cənubi Koreyada isə 16 yaşından kiçik uşaqların gecə saat 24:00-dan 06:00-a qədər onlayn oyun oynaması qadağandır.

ABŞ-da isə hələ 2016-cı ildə uşaqların və yeniyetmələrin internetdən, sosial mediadan və texnologiyadan istifadəsi ilə bağlı tədqiqatlar aparan, valideynlərə və müəllimlərə tövsiyələr verən "Common Sense Media" təşkilatının hesabatına görə amerikalı uşaqların 56%-nin sosial media hesabı var idi və hesab açma yaşı orta hesabla 12 idi. Bu və bunun kimi digər məsələlər ABŞ-da sözügedən problemin həllini gündəmə gətirmişdir. Bunun nəticəsidir ki, hazırda, ölkədə 14 yaşına çatmayan uşaqların sosial media hesabı açması qadağandır, 14-15 yaşlı uşaqlar isə valideynin icazəsi ilə sosial media hesabı aça bilərlər. Lakin bu qadağanın necə tətbiq ediləcəyi və yaşın təsdiqi məsələləri hələ də müzakirə mövzusu olaraq qalmaqda davam edir.

Azərbaycanda uşaqların internetdən istifadəsi

Azərbaycana gəldikdə, 2023-cü ildə aparılan araşdırmalar belə bir xoşagəlməz mənzərəni meydana çıxarmışdır ki, ölkəmizdə 10-15 yaş arası uşaqların 68%-i gündə ən azı 4 saatını sosial şəbəkələrdə keçirir.

Təəssüf ki, ölkəmizdə hələlik uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı hüquqi tənzimləmələr mövcud deyil. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu, dolayısı ilə valideynlərin uşaqlarının internet istifadəsinə nəzarət etməli olduqlarını deməyə əsas verir.

Bundan başqa, "Uşaq hüquqları haqqında", eləcə də "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" Azərbaycan Respublikasının qanununlarında da uşaqların həyatının, sağlamlığının və mənəviyyatının qorunması baxımından valideynlərin üzərinə düşən bir sıra vəzifələr və öhdəliklər nəzərdə tutulur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 674   Tarix: 10 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu səhra Saharadan 5 dəfə daha qurudur, amma... - Milyonlarla çiçəklə örtüləcək

Çilinin şimalında yerləşən Atakama Yer kürəsinin ən quraq ərazilərindən biri hesab olunur. Səhra Sakit okeanla And dağları arasında 100 kilometrdən çox məsafəyə uzanır. Burada ildə orta hesabla təxminən 15 millimetr yağıntı düşür, halbuki Saharada bu göstərici təxminən 75 millimetrdir. Atakama səhrasını

08.09.2026 182
.

Bakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb

"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

08.09.2026 154
.

Turistlərin ən çox cibgirlərin hədəfinə çevrildiyi şəhərlər

Fransanın Paris şəhəri ən təhlükəli hesab olunur. Məşhur turistik şəhərlər, məşhur görməli yerlər və kurortlar hər il milyonlarla səyahətçini cəlb edir, lakin bir problem var: izdiham cibgirləri və fırıldaqçıları da cəlb edir. bildirir ki, "Daily Mail"in məlumatına görə, qiymət müqayisəsi xidmət

08.09.2026 228
.

ÜDM artır, sənaye yerində sayır - Azərbaycan iqtisadiyyatında nə baş verir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan iqtisadiyyatında artım qeydə alınsa da, bu dinamikanın əsas sahələr üzrə eyni tempdə formalaşmadığı görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ÜDM 1,4 faiz artaraq 76,8 milyard manata çatıb. Eyni dövrdə sənaye məhsulu istehsalındakı artım is

08.09.2026 223
.

Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə hansı pillədə qərarlaşıb?

"Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə 422 bal toplayaraq 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə nəticə isə 2022-ci illə müqayisədə 63 bal artaraq 460 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı

08.09.2026 211
.

"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil" - İqtisadçı Akif Nəsirli ilə MÜSAHİBƏ

"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil. Yəni yenədə gediş haqqı Azərbaycan höküməti tərəfindən nəzarətdədir və bunu Tarif Şurası müəyyən edəcək". Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BİG.AZ-a müsahibəsind

08.09.2026 213
.

Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

08.09.2026 170
.

Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara

08.09.2026 193
.

İranda "Bəsic" komandiri öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Bəsic" hərbiləşdirilmiş qüvvələrinin komandirlərindən biri Əbdürrauf Esaqi öldürülüb. İran KİV-nə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərq bölgəsində baş verib. İran hakimiyyəti hadisəni terror hücumu kimi təsvir edib. Medianın məlumatın

08.09.2026 206
.