"20 Yanvar hadisəsini törədənlərin cəzalanmaması dünya ədalətsizliyinin sübutudur"-Tural İsmayılov
Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, 20 Yanvar faciəsi tarixin ən kədərli hadisələrindən biridir. Bu təkcə xalqımıza qarşı həyata keçirilən bir akt və proses deyil, bütövlükdə insanlıq əleyhinə işlənmiş ən ciddi cinayətlərdən biridir:
"Sovet rəhbərliyinin öz xalqının üzərinə tanklarla getməsi bir daha onu nümayiş etdirmişdir ki, xalqların azadlıq və müstəqillik hissi istənilən imperialist rejimin qəddar fəaliyyətindən daha üstündür.
Azərbaycan xalqı 20 Yanvar faciəsinə ona görə məruz qaldı ki, o, azadlıq və müstəqillik istəyirdi. SSRİ rəhbərliyini və onların havadarlarını Azərbaycan xalqı başa saldı ki, o, heç vaxt dövrün ona verdiyi qanunlarla yaşamayacaqdır. 20 Yanvar hadisələri də məhz Azərbaycan xalqının azadlıq və müstəqillik idealarına zərbə vurmaq və qorxutmaq məqsədi ilə həyata keçirilən bir hadisə idi. 20 Yanvar hadisəsinin baş verməsinə görə günahı olan adamların beynəlxalq hüquqi sistemdə cəzalanmaması da dünyanın nə qədər ədalətsiz olduğunun növbəti sübutudur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 638 Tarix: 20 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPISA 2025 tədqiqatı ölkənin hansı rayonlarını əhatə edib?
"PISA tədqiqatı 91 ölkə və iqtisadiyyatdan 760 min şagirdi əhatə edir. Azərbaycanda isə PISA 2025-də 241 məktəbdən 7 432 şagird iştirak edib". xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil nazir
12:16 124 Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb
Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini
13:06 142 Dron qalmaqalı böyüyür: Aİ və NATO hərəkətə keçdi
Aİ və NATO ölkələrinin liderləri Almaniyanın Leypsiq şəhərində baş verdiyi bildirilən dron hadisəsinə Moskvanın məsuliyyət daşıdığı qənaəti əsasında uzunmüddətli və davamlı cavab hazırlayırlar. xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Leypsiq hav
14:22 190 Qızılın qiyməti yenidən yüksəldi
Qızılın sentyabrın 8-ə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 476,39 manat, 1 qram qızılın qiyməti isə 240,37 manat təşkil edib. 99 əyyar təmiz qızılın 1 qramı 240,37 manat, 750 əyyar İtalyan qızılı 180,46 manat, 585 əyyar Türk qızılı 140,76 manat, 58
20:15 59 ÜDM artır, sənaye yerində sayır - Azərbaycan iqtisadiyyatında nə baş verir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında artım qeydə alınsa da, bu dinamikanın əsas sahələr üzrə eyni tempdə formalaşmadığı görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ÜDM 1,4 faiz artaraq 76,8 milyard manata çatıb. Eyni dövrdə sənaye məhsulu istehsalındakı artım is
14:12 197 Harri və Meqan Kralın məktubundan təəccübləniblər: cütlük "işləməyən kral ailəsi üzvü" kimi qalır
Sussex hersoqu Harri və hersoginya Meqan Kral II Çarlzın onların kral ailəsinin işləməyən üzvləri statusunu təsdiqləyən məktubundan əvvəlcədən kifayət qədər məlumatlandırılmadıqları üçün təəccübləniblər. xəbər verir ki, "Guardian"ın məlumatına görə, Bukingem Sarayının yüksək vəzifəli nümayəndəsi
21:00 2 İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula
14:51 205 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video
Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi
13:20 294 Paşinyan Rusiya Dəmir Yollarının konsessiyasının satılmasına münasibət bildirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Baş nazirin müavini Aleksey Overçukun konsessiyanın Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu"na (SCR) satılması ilə bağlı açıqlamaları müzakirələrin hazırkı vəziyyətini əks etdirmir. xəbər verir ki, Paşinyan b
14:33 171