NASA alimləri Qrenlandiya buzlaqlarının altında nəhəng gizli nüvə şəhəri aşkar edib
"Century" düşərgəsi 1959-cu ildə Qrenlandiyada ABŞ tərəfindən inşa edilib və Sovet İttifaqına potensial hücuma hazırlıq görülüb...".
NASA "soyuq müharibə" dövrünün hərbi bazasının sirlərini açıb
2024-cü ilin aprel ayında Qrenlandiya üzərində uçuş zamanı NASA alimləri gözlənilməz bir kəşf edib. Onlar 30 metr buz qatının altında gizlədilmiş nəhəng tunellər şəbəkəsini aşkar edib.
Bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.
"Biz buzlaqların xəritəsini tərtib edirdik və bu zaman "Century" düşərgəsi ortaya çıxıb", - deyə NASA-nın kriosfer üzrə alimi Aleks Qardner bildirib.
Bəlli olub ki, bu, "soyuq müharibə" dövründə ABŞ-ın inşa etdiyi supergizli hərbi baza olub. Həmin bazada Arktika tunellərində nüvə raketləri saxlanılıb.
"Hal-hazırda bu, tərk edilmiş təhlükəli tullantılarla dolu bir qalıqdır və buzların əriməsi ilə Qrenlandiyada "Century" düşərgəsinin "ruhları" üzə çıxa bilər. Bu isə həm ekoloji mühitə, həm də beynəlxalq münasibətlərə təhlükə törədə bilər", - materialda vurğulanır.
"Buz qurd" layihəsi haqqında bəlli olanlar
"Century" düşərgəsi ABŞ-ın Mühəndis Korpusu tərəfindən 1959-cu ildə inşa edilib. Bu baza təkcə uzaq bir Arktika forpostu deyil. Baza yer səviyyəsindən təxminən 3 min metr hündürlükdə, temperatur -56 °C-yə qədər enən, küləyin sürəti isə saatda 193 km-dən artıq olan ekstremal iqlim şəraitində yerləşib.
Əvvəlcə "Century" düşərgəsi tədqiqat obyekti kimi elan edilsə də, "soyuq müharibə" dövründə "Iceworm" layihəsi çərçivəsində nüvə raketlərinin buz tunellərində saxlanılması planlaşdırılıb.
Bununla ABŞ Sovet İttifaqına potensial hücum hazırlığı görüb. Lakin buzun dəyişkən və qeyri-sabit təbiəti layihəni qeyri-praktiki hala gətirib. Bu səbəbdən 1967-ci ildə baza bağlanıb və 47 min galon radioaktiv tullantı buzun altında qalıb.
Bu tullantılar və "Buz qurd" layihəsinin digər təfərrüatları 1995-ci ilə qədər heç kimə məlum olmayıb. Lakin Danimarkanın xarici siyasət araşdırması onları üzə çıxarıb.
1997-ci ildə ABŞ-ın "Iceworm" planlarını əhatə edən sənədlər dərc edilib. Həmin sənədlərə görə, bu layihə Qrenlandiyanın buzları altında 135 min kvadrat kilometr sahədə (Danimarkanın üç qatı qədər) nəhəng raket şəbəkəsinin inşasını nəzərdə tutub.
2016-cı ildə alimlər bu obyektlə bağlı ciddi xəbərdarlıq edib. Qrenlandiya buzlarının əriməsi səbəbindən toksik tullantılar 2100-cü ilə qədər səthə çıxa bilər.
"Bu kəşf ABŞ, Danimarka və Qrenlandiya arasında diplomatik gərginliyi artırıb. Hər üç tərəf bu potensial ekoloji fəlakətin nəticələrinin aradan qaldırılması məsuliyyətini müzakirə edir", - nəşr qeyd edib.
Qrenlandiya ilə bağlı son xəbərlər
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Donald Tramp Qrenlandiyaya iddia etdiyini bəyan edib. O, ABŞ-ın bu ərazini nəzarətə götürmək arzusunda olduğunu bildirib.
Qrenlandiya baş naziri Mute Egedə isə bu bəyanata cavab olaraq ölkəsinin satılmayacağını və azadlıq uğrunda mübarizədən geri çəkilməyəcəyini bildirib.
Daha sonra Danimarka baş naziri Tramp ilə Qrenlandiya haqqında danışıb və vurğulayıb ki, adanın gələcəyi ilə bağlı qərarı yalnız Qrenlandiya sakinləri verə bilər./moderator.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1052 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPISA 2025 tədqiqatı ölkənin hansı rayonlarını əhatə edib?
"PISA tədqiqatı 91 ölkə və iqtisadiyyatdan 760 min şagirdi əhatə edir. Azərbaycanda isə PISA 2025-də 241 məktəbdən 7 432 şagird iştirak edib". xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil nazir
12:16 124 Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb
Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini
13:06 142 Dron qalmaqalı böyüyür: Aİ və NATO hərəkətə keçdi
Aİ və NATO ölkələrinin liderləri Almaniyanın Leypsiq şəhərində baş verdiyi bildirilən dron hadisəsinə Moskvanın məsuliyyət daşıdığı qənaəti əsasında uzunmüddətli və davamlı cavab hazırlayırlar. xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Leypsiq hav
14:22 190 Qızılın qiyməti yenidən yüksəldi
Qızılın sentyabrın 8-ə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 476,39 manat, 1 qram qızılın qiyməti isə 240,37 manat təşkil edib. 99 əyyar təmiz qızılın 1 qramı 240,37 manat, 750 əyyar İtalyan qızılı 180,46 manat, 585 əyyar Türk qızılı 140,76 manat, 58
20:15 59 ÜDM artır, sənaye yerində sayır - Azərbaycan iqtisadiyyatında nə baş verir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında artım qeydə alınsa da, bu dinamikanın əsas sahələr üzrə eyni tempdə formalaşmadığı görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ÜDM 1,4 faiz artaraq 76,8 milyard manata çatıb. Eyni dövrdə sənaye məhsulu istehsalındakı artım is
14:12 197 Harri və Meqan Kralın məktubundan təəccübləniblər: cütlük "işləməyən kral ailəsi üzvü" kimi qalır
Sussex hersoqu Harri və hersoginya Meqan Kral II Çarlzın onların kral ailəsinin işləməyən üzvləri statusunu təsdiqləyən məktubundan əvvəlcədən kifayət qədər məlumatlandırılmadıqları üçün təəccübləniblər. xəbər verir ki, "Guardian"ın məlumatına görə, Bukingem Sarayının yüksək vəzifəli nümayəndəsi
21:00 2 İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula
14:51 205 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video
Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi
13:20 294 Paşinyan Rusiya Dəmir Yollarının konsessiyasının satılmasına münasibət bildirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Baş nazirin müavini Aleksey Overçukun konsessiyanın Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu"na (SCR) satılması ilə bağlı açıqlamaları müzakirələrin hazırkı vəziyyətini əks etdirmir. xəbər verir ki, Paşinyan b
14:33 171