Fermerlərin NƏZƏRİNƏ: Yeni subsidiyalar veriləcək

Fermerlərin NƏZƏRİNƏ: Yeni subsidiyalar veriləcəkAqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir. Şuranın qərarına əsasən, 2025-ci təsərrüfat ilindən başlayaraq fermerlər qarğıdalıya görə, əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da ala biləcəklər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil ediləcək. Öz torpaq sahəsində qarğıdalı yetişdirən və məhsulu belə müəssisələrə təhvil verən fermerlər əkin subsidiyası ilə yanaşı, təhvil verdikləri qarğıdalının hər tonuna görə 50 manat məhsul subsidiyası alacaqlar.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı becərilməsinə görə fermerlərə hər hektara görə 290 manat, müasir suvarma sistemləri quraşdırılmamış qarğıdalı sahələrinə görə isə hər hektara 230 manat əkin subsidiyası ödəniləcək. Təkrar qarğıdalı əkinlərinə görə isə fermerlərə hər hektar üçün 120 manat subsidiya ödənilməsi nəzərdə tutulur. Maraqlıdır, yeni qərarı şərtləndirən amillər hansılardır? Bundan sonra sözügedən sahədə nələr gözlənilir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Azad olunmuş ərazilərdə fərqli əmsal

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə qarğıdalı əkinlərinə görə fərqli əmsallar müəyyənləşib: "Növbəti təsərrüfat ilindən azad olunmuş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı əkinlərinə görə hər hektara 400 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış ərazilərdə qarğıdalı əkinlərinin hər hektarına görə 140 manat subsidiya ödəniləcək".

Nazirlikdən qeyd edilib ki, Azərbaycanda tək qarğıdalı əkinləri deyil, bütün əkinlər subsidiyalaşdırılır: "Subsidiya dövlət dəstəyidir. Fermerin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması mexanizmidir. Stimullaşdırma tədbiri olduğuna görə fermerlərə müsbət təsir edəcəyi gözlənilir".

Həm qida, həm də yem bazası

İqtisadçı Cəfər İbrahimli düşünür ki, qarğıdalı olduqca faydalı xammaldır: "Qarğıdalıdan qida kimi istifadə olunur. Yağ, nişasta və digər məhsullar alınır. Heyvandarlıqda yem bazası kimi də istifadəsi nəzərdə tutulur. Bu baxımdan, məhsula görə subsidiyanın verilməsi nəzərdə tutulur ki, qarğıdalının istehsal müəssisələrinə təhvil verilməsinə maraq artsın. Müəssisələrə verilməsə də, qarğıdalının həm dənindən, həm də silosundan istifadə olunur. Maldarlıqda qarğıdalı silosu olmadan süd məhsuldarlığı əldə etmək mümkün deyil. Bu baxımdan qarğıdalıya subsidiya və güzəştlərin edilməsi çox müsbət hadisə kimi qiymətləndirilməlidir".

Daha çox məhsul istehsal ediləcək

C.İbrahimlinin fikrincə, məhsul subsidiyalarının verilməsi reallaşandan sonra fermerlərin əldə etdikləri gəlirlər də artacaq: "Əkin subsidiyaları hər əkilən sahəyə görə verilir. Əkin subsidiyasında qarğıdalının hansı məqsədlə əkildiyinin fərqi yoxdur. Məhsul subsidiyası isə fermerlərin maraqlı olması üçündür. Məhsulun becərilməsinə qatqı məqsədi daşıyır. Əgər məhsul qida üçün emala gedirsə, hər iki subsidiya növündən yararlana bilərsiniz. Amma heyvandarlıq üçündürsə, yalnız əkin subsidiyaları şamil edilir. Qida kimi daha çox məhsul istehsal ediləcək, dəyər yaradacaq. Həmçinin təsərrüfat sahələrinin inkişafına dəstək olacaq. Qarğıdalının hətta atılan hissəsindən də istifadə edilir deyə, heç nə itkiyə getmir".

"Əkin subsidiyaları artırılmalıdır"

İqtisadçı bildirib ki, məhsul subsidiyası ilə müqayisədə əkin subsidiyaları olduqca azdır: "Düşünürəm ki, qarğıdalıya ayrılan subsidiya arpa və buğda ilə müqayisədə daha çox olmalıdır. Çünki onun istehsal xərcləri daha çoxdur. O səbəbdən subsidiya həcmi iki dəfə artırılmalıdır. Lakin görürük ki, arpa və buğdaya verilən qədər əkin subsidiyası ayrılır. Nəzərə almalıyıq ki, qarğıdalıda yerli toxumlarımız standartlara cavab verə bilmir. Əkilən qarğıdalı toxumlarının 80 faizə yaxını xaricdən gətirilir. O isə olduqca baha başa gəlir. Fermerlər üçün əlavə xərc olduğunu nəzərə alsaq, əkin subsidiyaları artırılmalıdır. Məhsul subsidiyası üçün isə 50 manat normal məbləğdir".

"Suvarma sistemlərinə də dəstək olmaq lazımdır"

Ekspert düşünür ki, qarğıdalı ilə bağlı təsərrüfatlarda xeyli inkişaf mövcuddur: "Son 10 ilə yaxındır məhsuldarlıq artıb. Dənlik qarğıdalının məhsuldarlığı 10 ton üzərinə çıxır, əvvəl 3-4 ton güclə olurdu. Silosluq qarğıdalıda da hər hektardan 60-70 ton məhsul götürülə bilir. Bu da fermerlərin əməyi nəticəsində baş verib. Düşünürəm ki, dəstək bir az da artırılsa, proses daha da inkişaf edər".

C.İbrahimli bu sahədəki həll edilməli digər məsələlərə də toxundu: "Qarğıdalının suya çox ehtiyacı var. Onların suvarma sistemlərinə də dəstək olmaq lazımdır. Heyvandarlıq təsərrüfatları üçün bu qidaların əkilməsinə yer ayrılmalıdır. Hansı ki, özləri qarğıdalı yetişdirsinlər və ondan da yem kimi istifadə etsinlər. Belə olduqda, daha sərfəli yem bazalarını formalaşdırmış olarlar. Bu baxımdan qarğıdalı əkinlərinin artırılması vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 819   Tarix: 12 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:. Media və Yayım Şurasının sədri

14:20 159
.

Bu xanımlar direktor müavini təyin edildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Qaynarinfo xəbər verir ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoj

10:13 199
.

Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə hansı pillədə qərarlaşıb?

"Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə 422 bal toplayaraq 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə nəticə isə 2022-ci illə müqayisədə 63 bal artaraq 460 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı

12:58 126
.

Rusiya Vitkov və Kuşnerin səfərindən bir gün sonra Kiyevi vurub

Rusiya çərşənbə axşamı səhəri Ukraynanın paytaxtı Kiyevi raket və dronlarla bombalayıb, iki nəfər ölüb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu, ABŞ səfirləri Stiv Vitkov və Cared Kuşnerin dalana dirənmiş sülh danışıqlarına başlamaq üçün regiona səfər etməsindən bir gün sonra baş verib. Kiyevdəki CN

11:13 164
.

Azərbaycanda qızlar oxu savadlılığında oğlanları qabaqlayıblar

Azərbaycanda cinslərarası ən böyük fərq oxu savadlılığında qızların xeyrinə qeydə alınıb. Qızlar oğlanları 36 balla qabaqlayıblar. Buna baxmayaraq, qızların oxu nəticələri belə baza səviyyəsinin altındadır. xəbər verir ki, bu, PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

12:50 122
.

"Ay Bizimdir" - Trampdan gözlənilməz paylaşım

ABŞ Prezidenti Donald Tramp Ayla bağlı diqqətçəkən paylaşım edib. xəbər verir ki, o, bunu özünün "Truth Social" səhifəsində yazıb. Ağ Ev rəhbəri Ayın şəklini "Ay Bizimdir" başlığı və ABŞ bayrağı ilə paylaşıb. Paylaşımın hansı hadisə və ya qərarla bağlı olduğu isə aydın deyil. Bel

14:10 153
.

Azərbaycanlı jurnalistlərin İsrail səfəri: Media sahəsində yeni əməkdaşlıq

Azərbaycanlı jurnalistlərin İsrailə səfəri iki ölkə arasında münasibətlərin yalnız siyasi, iqtisadi və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını, media istiqamətində də əlaqələrin inkişaf etdiyini bir daha göstərib. Media-tur çərçivəsində İsrailə səfər edən azərbaycanlı jurnalistlər bir sıra yerl

13:43 204
.

Dron qalmaqalı böyüyür: Aİ və NATO hərəkətə keçdi

Aİ və NATO ölkələrinin liderləri Almaniyanın Leypsiq şəhərində baş verdiyi bildirilən dron hadisəsinə Moskvanın məsuliyyət daşıdığı qənaəti əsasında uzunmüddətli və davamlı cavab hazırlayırlar. xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Leypsiq hav

14:22 162
.

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea

11:44 159
.